10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ-ın Yaxın Şərqdə ən böyük qumarı:BÖLGƏNİN SİYASİ XƏRİTƏSİNİ DƏYİŞMƏK CƏHDİ BƏZİ ƏRƏB DÖVLƏTLƏRİNİ ƏSLA SEVİNDİRMİR

03 İyun 2019, 11:14
Manşet
A A
ABŞ-ın Yaxın Şərqdə ən böyük qumarı:BÖLGƏNİN SİYASİ XƏRİTƏSİNİ DƏYİŞMƏK CƏHDİ BƏZİ ƏRƏB DÖVLƏTLƏRİNİ ƏSLA SEVİNDİRMİR

Rəmzi Barud

“Middle East Monitor”, 03.06.2019

 

Bəhreyn “Əsrin müqaviləsi”nin iqtisadi versiyasına ev sahibliyi etməyə hazırlaşır. 25-26 iyun tarixlərində Manama şəhərində ABŞ-la birgə təşkil edilən ikigünlük konfransın keçirilməsi planlaşdırılır.

Fələstin rəhbərliyi amerikan-ərəb tədbirində iştirak etməkdən boyun qaçırıb.

Bəziləri Bəhreynin konfransını yalnız iqtisadi səy kimi təqdim etməyə çalışsa da, Ağ Ev rəsmiləri bəyan ediblər ki, bu, onların sülh planında ilk mərhələdir.

Tramp administrasiyası üçün Manama görüşü Fələstinlə bağlı beynəlxalq hüququn və Fələstin xalqının ayrılmaz hüquqlarının pozulmasına yönəlmiş daha böyük strategiyada ilk addımdır.

Tədbir İsrail baş naziri Binyamin Netanyahunun “iqtisadi sülh” adlı versiyasını təklif etməyə çalışacaq, bu, İsrailin Fələstini işğal etməsini rəsmiləşdirmə cəhdidir. Odur ki, iqtisadi rifah səviyyəsini “sülh”lə uyğunlaşdırma uğursuzluğa məhkumdur.

Bəhreynin son Amerika qambitinin mərkəzi kimi seçilməsi strateji hərəkətdir, çünki ərəb ölkələri ilə İsrail arasında davam edən normallaşmanın daha geniş kontekstinə uyğun gəlir.

Ancaq ABŞ-İsrail siyasətbazlığı ərəb ölkələri arasında İsrail işğalını normallaşdırmadan daha çox şeyi hədəfləyir: siyasi və mənəvi cəhətdən ərəb mərkəzləri status-kvosunun dəyişdirilməsi.

Ancaq bu normallaşdırma hekayəti Tramp və onun administrasiyasından çox-çox əvvəl başlayıb.

Həqiqətən, 1990-91-ci illərdə Küveyt müharibəsindən qabaq Yaxın Şərq regionunda daha da fəallaşan ABŞ-da başa düşüblər ki, İsrail və ərəb müttəfiqləri arasında normallaşma regional prioritetləri üstələməlidir. Bu səylər 1991-ci ildə Madriddə birbaşa Ərəb-İsrail sülh danışıqlarında, sonra 1993-cü ildə Oslo Anlaşmalarında və 1994-cü ildə İsrail-İordaniya Sülh Müqaviləsində müvəffəq olub. Həmin sazişlər əsasən beynəlxalq hüquq xaricində baş verib.

O gündən etibarən idman və işgüzar nümayəndələr mübadiləsi, bəzən gizli, bəzən açıq-aşkar şəkildə diplomatların və kəşfiyyat şeflərinin iştirakı ilə ərəb-İsrail normallaşdırması işləri davam etdirilir.

Normallaşma üzrə kampaniya Barak Obama administrasiyası dövründə, səylərin yoxluğundan deyil, son onilliklərdə bölgədə seysmik geosiyasi dəyişikliklər nəticəsində əhəmiyyətli dərəcədə yavaşlayıb. İraqın işğalı və 2011-ci ildə “Ərəb baharı”ndan sonra ABŞ Yaxın Şərqdəki prioritetlərini dəyişdirməyə məcbur olub, bu da müttəfiqlərini, xüsusən İsrail və Səudiyyə Ərəbistanını hiddətləndirib.

İran daha çox təsir qazandığından və Rusiyanın bölgədə yeni iddiaları olduğundan Vaşinqton müttəfiqlərini itirməkdə günahlandırılıb. Səudiyyə Ərəbistanı ilə İsrail arasındakı normallaşmanın erkən əlamətləri görünməzdən əvvəl hər iki ölkə Obama administrasiyasından məyusluq keçirib. Netanyahu və onun Vaşinqton müttəfiqləri Obamanın İrana qarşı müharibəyə hazırlaşmamasından dəhşətə gəlib.

2015-ci ildə beynəlxalq güclər və İran arasında əldə edilən nüvə razılaşması İsrail baxımından xüsusilə bağışlanmaz idi. Səudilər bu fikri bölüşüblər. İranın artan təsirindən qorxan Səudiyyə rəhbərləri 1945-ci ildə Ruzvelt-İbn Səud müqaviləsindən (Kuinsi Müqaviləsi) bəri Yaxın Şərqdə baş verən istənilən dəyişikliyi qüdrətlərinə birbaşa təhdid kimi başa düşüblər.

İmpulsiv, dəyişkən prezident Trampın iqtidara gəlişi Səudiyyə Ərəbistanı ilə İsrailin anti-İran ittifaqının formalaşması üçün mükəmməl bir fürsət yaradıb. 2017-ci ilin mayında Səudiyyə Ərəbistanına səfər, Krallıq və digər Körfəz monarxiyaları ilə imzalanan astronomik maliyyə razılaşmaları (ümumi dəyəri 350 milyard dollar) ABŞ-ın bölgə yenidən fəallaşması idi: İsrail, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin güc mərkəzi olduğu Yaxın Şərq bölgəsini yenidən qurma arzusu.

Ərəb hökmdarları Fələstinə dodaq büzməyə davam etdiyi bir vaxtda, 13-14 fevral tarixlərində Trampın məsləhətçisi və kürəkəni Cared Kuşner və israilpərəst Yaxın Şərq üzrə xüsusi nümayəndə Ceyson Qrinblatt Varşavada normallaşmanın ən aydın əlamətlərindən birini açıqlayıblar. Varşavada keçirilən Yaxın Şərq zirvəsi, sadəcə, İranı yıxmaqdan daha çox şey edib, İsrail və Səudiyyə Ərəbistanının rəhbərliyi altında bəzi ərəb ölkələrinin ittifaqını yaradıb, Fələstin artıq prioritetliyini itirib.

Amma bütün ərəblər yeni Amerika gündəminə sevinmir və ya razılıq vermirlər. İordaniya hakim elitası narazıdır.

ABŞ-İsrail planı İordaniyanı marginallaşdırmaq məqsədi daşıyır. Onların fikrincə, ölkə hərbi cəhətdən zəifdir və maliyyə baxımından xarici yardımlardan asılıdır. Bu hesablamalarda həqiqət payı böyük olsa da, İordaniya mübarizə aparacaq, çünki əks halda, hamıdan çox itirəcək.

Zəngin Körfəz ölkələrini gücləndirməklə, daha kasıb ABŞ müttəfiqlərinin küncə sıxılması cəhdi tarixən ABŞ tərəfindən “mülayimlər” kimi qəbul edilən ərəb ölkələri ilə uzun müddətli ittifaqı poza bilər. Vaşinqtonun oyunu Fələstində İordaniyanın rolunu, xüsusilə də Qüdsdəki mövqeyini təhlükəyə atır. Bu, Haşimilər Krallığını və onun regional liderliyini pozur.

1990-91-ci illərdə Küveyt müharibəsi ilə başlayan bütün əvvəlki ABŞ təşəbbüslərində fərqli dərəcədə uğursuzluğu nəzərə alaraq, “Əsrin müqaviləsi”, eyni zamanda, bölgədə yeni siyasi xəritə yaratmaq cəhdidir.

Ən yaxşı halda, “Əsrin müqaviləsi” ABŞ, İsrail və ərəb hakim elitlərinə yalnız yerli fayda imkanı verir.

Bununla yanaşı, uzun illər Yaxın Şərqdə Amerikanın avanqardı kimi fəaliyyət göstərən ərəb düşərgəsinin parçalanmasına səbəb ola bilər.

Bu, ABŞ-ın regionda ən böyük siyasi qumarıdır.

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Azərbaycan təşkilatına 1 milyon dollarlıq bina alan Şapur Ənsari kimdir? (FOTOLAR)

Sonrakı yazı

Polis Abşeronda narkotik satan şəbəkəni həbs etdi –Təfərrüat

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.