ABŞ-ın Oklahoma ştatında baş verən tornado həyatı iflic edib. McClain qraflığında evlərə və bəzi tikililərə böyük ziyan dəyib. Əraziyə xilasedici qruplar göndərilib.
McClain County Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada Koul qəsəbəsində 2 nəfərin öldüyü, yaralıların müalicə olunduğu bildirilib.
Komandaların axtarış-xilasetmə işlərini davam etdirdiyi, ölənlərin sayının arta biləcəyi bildirilib. Bəzi sakinlərin sığınacaqlarda sıxışdırıldığı da bildirilib.
Ölkədə elektrik enerjisinin kəsilməsini izləyən Poweroutage.us saytının məlumatına görə, tornado səbəbindən ştatda 20 min abonent işıqsız qalıb.