Hazırlanan ittiham aktının təfərrüatları hələlik mətbuatla paylaşılmayıb. Lakin bunun ötən ilin avqustunda Trampın Floridadakı evində tapılan 100-ə yaxın məxfi sənədlə əlaqəli olduğu bildirilir.
Truth Social sosial media platformasında açıqlama verən Tramp vəkilləri vasitəsilə çərşənbə axşamı Mayamidə ifadə verməyə çağırıldığını açıqlayıb.
“Mən heç vaxt düşünməzdim ki, bu, ABŞ-ın keçmiş prezidentinin başına gələ bilər. Bu, ABŞ üçün qara gündür”, – Tramp deyib.
Ədliyyə Nazirliyinin bu addımının 2024-cü ildə keçiriləcək seçkilərdə özündən önə keçmək üçün atıldığını iddia edən Tramp, seçkilərdə də öndə olduğunu iddia edib.
CNN-ə danışan vəkillərindən biri Ceyms Trusti Trampın çərşənbə axşamı ifadə verməyə gedəcəyini təsdiqləyib.
İKİNCİ HÜCUM EDİLDİ
class=”medianet-inline-adv”>
Artıq ikinci dəfədir ki, Tramp rəsmi sənədlərdən istifadə etməkdə ittiham olunur.
ABŞ-da prezident də daxil olmaqla məmurların məxfi sənədləri təsdiqlənməmiş, təhlükəli yerlərdə saxlaması qanunsuzdur.
ABŞ prezidentləri qanunla səlahiyyət müddətləri ərzində öz ofisləri ilə bağlı bütün məktubları, rəsmi sənədləri və e-poçt yazışmalarını Milli Arxiv İdarəsinə göndərməlidirlər.
Tapılan sənədlərin məzmunu aydın deyil. Lakin onların bəzilərinin məzmunu açıqlanacağı təqdirdə milli təhlükəsizliyə zərər verə biləcək xarakter daşıdığı bildirilir.
Vaşinqton Post qəzeti isə ələ keçirilən sənədlər arasında nüvə silahı da daxil olmaqla adı açıqlanmayan xarici dövlətin müdafiə qabiliyyətinə dair çox məxfi dosyenin olduğunu yazıb.
İddialar ötən ilin avqustunda FTB Trampın Florida ştatının Mar-a-Laqo rayonundakı evinə basqın edən zaman açıqlanıb.
Trampın iqamətgahında 11 minə yaxın sənəd tapılıb, onlardan 100-ə yaxınının məxfi olduğu qeyd edilib.
İddia olunurdu ki, Tramp qeyri-qanuni olaraq prezidentliyi dövründən bir çox sənədləri cırıb.
Milli Arxiv İdarəsi daha əvvəl cırılmış sənədlərin bəzilərinin yapışdırıldığını açıqlamışdı.