04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ HƏRBİ GƏMİLƏRİ TÜRKİYƏNİ TƏHDİD EDİR! – Məşhur 6-cı flotiliya mübahisəli sularda!

07 Mart 2018, 22:44
Siyasət
A A
ABŞ HƏRBİ GƏMİLƏRİ TÜRKİYƏNİ TƏHDİD EDİR! – Məşhur 6-cı flotiliya mübahisəli sularda!

Türkiyə ilə ABŞ arasında Suriya məsələsi və xüsusilə “Zeytun budağı” əməliyyatı ətrafında yaranan gərginlik artıq Kipr adası sahillərinə qədər uzanıb. Bunu ABŞ Hərbi Dəniz Donanmasının 6-cı flotiliyasının Kipr adasının Türkiyə və Yunanıstan arasında uzun illərdən bəri mübahisə obyekti olan dəniz sularına göndərilməsi təsdiqləyir. Belə ki, ABŞ Suriyadakı konflikti bəhanə gətirərək, Aralıq dənizinə daha 4 böyük hərbi gəmidən və 2500 hərbçidən ibarət flotiliya göndərib ki, bu hərbi qüvvə də Cəbbəlütariq boğazından keçərək, mübahisəli sulara yaxınlaşıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla bildirir ki, ABŞ-ın bu addımı Türkiyəyə növbəti təzyiq və təhdid cəhdi kimi qiymətləndirilir. Məsələ ondadır ki, ABŞ gəmilərinin istiqamət aldığı ərazilərdə kifayət qədər iri həcmli neft və qaz yataqları mövcuddur. Həmin yataqlarda iri neft şirkətləri Kiprin yunan kəsiminin rəhbərliyinin razılığı ilə qazma işləri aparmağa dəfələrlə cəhd etsələr də, Türkiyə tərəfi hərbi gəmilərilə müdaxilə edərək, buna imkan verməyib. Sonuncu dəfə İtaliyanın ENİ şirkəti qazma işləri aparmaq istərkən, eyni situasiya yaranmış və bu da böyük gərginliyə səbəb olmuşdu. Nəticədə, italyan şirkəti işi dayandırmış və ərazini tərk etmişdi.

reks tillerson

İndi isə məşhur “EXXONMobil” şirkəti bu ərazidə işə başlamaq istəyir. Həmin şirkət ki, ABŞ-ın dövlət katibi Reks Tillerson bu vəzifəyə təyin olunmamışdan öncə, onun rəhbərliyində təmsil olunub. Türkiyə mətbuatı və siyasətçilər bildirir ki, ABŞ donanmasının bu əraziyə gəlməsi qazma işləri başlanacağı təqdirdə Türkiyənin atacağı addımın qarşısını almaq və təbii ehtiyatların işlənərək, daşınmasının təhlükəsizliyini təmin etməyə hesablanıb. Bir sözlə, məqsəd Türkiyəyə qarşı güc nümayişi və təzyiqdir ki, bunu da qardaş ölkədə rəsmi Vaşinqtonun növbəti və əvvəlkilərdən daha böyük təxribatı hesab edirlər.

Xatırladaq ki, ABŞ-ın 6-cı flotiliyası Türkiyədə hələ ötən əsrin 60-cı illərindən məşhurdur. Belə ki, 1967-1971-ci illərdə bu donanmanın İstanbul sahillərinə yan alması və ABŞ dəniz piyadalarının şəhərdə görünməsi yerli əhalinin böyük qismi tərəfindən etirazla qarşılanmışdı. ABŞ əsgərlərinə qarşı xüsusilə tələbələrin yer aldığı aksiyalarda onlarla insan həyatını itirmiş, iğtişaşlar Türkiyənin bir çox iri şəhərlərini bürümüşdü. Süleyman Dəmirəlin baş nazir olduğu həmin dönəmdə siyasi mühit solçu və sağçı olmaqla, iki cəbhəyə – ABŞ hərbçilərinin əleyhinə olanlar və onları dəstəkləyənlərə bölünmüşdü ki, bu qüvələrin də arasında küçə və meydanlarda qanlı qarşıdurmalar baş verirdi.

Yeri gəlmişkən, CNN Türk telekanalında bu mövzu ilə bağlı yayımlanan proqramda bildirildi ki, Türkiyə parlamentinin hazırki rəhbəri İsmayıl Qəhrəman hələ gənc olduğu həmin illərdə ABŞ əsgərlərinin müdafiəsinə qalxan qüvvələrin tərkibində təmsil olunub…

Hazırda ABŞ-ın 6-cı flotiliyasının Kipr sahillərində iştirak etdiyi bu əməliyyatla bağlı rəsmi Ankara tərəfindən hər hansı mövqe ortaya qoyulmasa da, tezliklə cavab addımı atılacağı gözlənilir və siyasi ekspertlər onsuz da gərilən ABŞ-Türkiyə münasibətlərinin daha təhlükəli fazaya qədəm qoyacağından narahatlıqlarını gizlətmirlər.

Cəlal MƏMMƏDOV
AzPolitika.info

Əvvəlki yazı

“Halal Nemət, 1000 bərəkət” sosisinin içindən siçan nəcisi çıxdı – FOTOLAR

Sonrakı yazı

İnstaqramın ən populyar azərbaycanlı blogerinin cazibədar sevgilisi – FOTO

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.