ABŞ dövlət katibi Entoni Blinken iyunun 6-8-də Səudiyyə Ərəbistanına səfər edəcək. ABŞ Dövlət Departamentindən verilən açıqlamada Blinkenin Səudiyyə Ərəbistanına səfəri ilə strateji əməkdaşlığın inkişafı, regional və qlobal məsələlər, o cümlədən iqtisadi və təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi qeyd edilib. İki ölkənin Sudanda döyüşən orduları üçün davamlı atəşkəs üçün həll yolu axtaracaqları da bildirilib.
Səfər çərçivəsində Blinkenin Körfəz Əməkdaşlıq Şurası ilə nazirlər səviyyəsində görüş keçirməsi planlaşdırılır.