25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ-da Xaşuqci gərginliyi və bin Salmanın taleyi –Qərb vəlihədin “qələmini qırmağa” qərar verdi (Təhlil)

05 Dekabr 2018, 11:44
Siyasət, Cəmiyyət
A A
ABŞ-da Xaşuqci gərginliyi və bin Salmanın taleyi –Qərb vəlihədin “qələmini qırmağa” qərar verdi (Təhlil)

Şahin Cəfərli

(Politoloq)

Bir neçə saat əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Senatın aparıcı simaları üçün Camal Xaşuqci cinayəti barədə qapalı brifinq verib.

Brifinqdən çıxan respublikaçı senatorlar bildiriblər ki, Kaşıkçının qətlini vəliəhd şahzadə Məhəmməd bin Salmanın sifariş etdiyi haqda təkzibedilməz subutlar var. Respublikaçıların liderlərindən olan Lindsi Qrem (Lindsey Graham) deyib ki, bin Salmanın bu cinayətdəki rolunu görməmək üçün kor olmaq lazımdır. L.Qrem əvvəllər Trampı tənqid etsə də, son aylar prezidentlə xeyli yaxınlaşıb və onunla qolf oynayan respublikaçılardan biridir. Yəni qənaətləri önəmlidir və dövlət siyasətinə təsir imkanları var. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Korker isə dəlillərin ciddiliyinə işarə edərək vurğulayıb ki, bin Salman ABŞ-da məhkəməyə çıxarılsa, onu qətldə ittiham etmək üçün andlılara cəmi 30 dəqiqə lazım olar. Hər iki senator administrasiyanın qanunvericiləri aldatmasından qəzəblənib.

Bu məsələdə maraqlı detal budur ki, CİA Ağ Evin mövqeyinə zidd olaraq MbS-i “vurmağa” çalışır. Əvvəlcə CİA adından qətlin arxasında məhz vəliəhdin dayandığı haqda mediaya məlumat sızdırıldı, sonra isə yenə CİA adından xəbər yayıldı ki, bin Salman Xaşuqcinin ləğvi əməliyyatına rəhbərlik edən şəxslərə cinayətdən əvvəl və sonra 11 dəfə mesaj atıb. Və nəhayət, bu gün CİA direktoru Haspel senatorlara məsələnin mahiyyətini açıb. Tramp şəxsi sədaqətə önəm verən adamdır və CİA direktorluğu üçün Haspelin namizədliyini irəli sürürkən güman edilirdi ki, bu xanım onun sadiq kadrlarından olacaq. Lakin Trampın və kürəkəni Kuşnerin vəliəhd şahzadə ilə dərin əlaqələri, onların bölgənin dizaynı, Fələstin məsələsinin həlli, İranın neytrallaşdırılması kimi önəmli məsələlərdə birgə planlar cızdıqları məlum olduğu halda, CİA faktiki olaraq, prezidentin bu siyasətini sabotaj etməklə məşğuldur. Bu planların içində olan İsrailin baş naziri Netanyahunun da durumu həsəd doğurmur, bu günlərdə İsrail polisi tövsiyə ilə çıxış etdi ki, hökumət başçısına qarşı korrupsiya ittihamları irəli sürmək üçün əsaslar var.

Açıq görünür ki, Ağ Ev xaricindəki Amerika (buna “dərin dövlət”, dövlətin özünü demokratların dünyagörüşünə yaxın hiss edən qatları da demək olar) Məhəmməd bin Salman yükündən qurtulmağa çalışır. Bu şəxs artıq Vaşinqton başda olmaqla, Qərb üçün toksik hala gəlib. Təkcə Kaşıkçı məsələsi deyil, Yəməndə insanlığa qarşı cinayətlər, Qatarın blokadası, Həriri məsələsi, sülalə mənsublarının təcrid edilib soyulması və digər avantüralar da var. Belə görünür ki, anqlo-sakson ittifaqı tərəfindən vəziri qurban verib, şahı xilas etmək, yəni Salmanı kənarlaşdırıb, daha məqbul fiquru gətirməklə Səudiyyə Ərəbistanı ilə müttəfiqliyə davam etmək variantına üstünlük verilib. Bu yaxınlarda qoca kralın kiçik qardaşı, bin Salmanın əmisi Əhməd bin Əbdüləziz ABŞ və Britaniya kəşfiyyatlarından təhlükəsizlik təminatı aldıqdan sonra Londondan vətənə dönüb. Şahzadə Əhməd qardaşı oğlunun vəliəhd seçilməsinə müxalifdir. Güman olunur ki, vəliəhd məhz Əhməd özü ola bilər, yaxud o, yeni vəliəhdin müəyyən edilməsində ciddi rol oynaya bilər.

Məhəmməd bin Salman isə şahmat taxtasında öz gedişini etməyə çalışır, Vaşinqton və Londonda onu devirmək istəyən çevrələri Rusiya ilə yaxınlaşmaqla təhdid edir. Lakin onun durumu indi suqsvanqa daha çox oxşayır…

Əvvəlki yazı

Mircəfər Bağırovun 1937-ci ildə Stalinə yazdığı qapalı məktub üzə çıxdı –Dörd min adamın həbsi üçün icazə istənilir (FOTO)

Sonrakı yazı

Bakıda atasını baltalayan qız məcburi müalicəyə göndərildi- Məhkəmə hökmü

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.