Razi CANİKLİGİL / NEW YORK
Bazar günü Nyu-Yorkun Lexington Avenue metro stansiyasında 35 yaşlı Emine Özsoyu səbəbsiz yerə relslərə itələyərək ağır yaralayan təcavüzkar həbs edilib.
Nyu-York polisi, Kamal Samrade kimi şəxsiyyətini açıqladığı 39 yaşlı hücumçunun ictimai yerlərdə spirtli içki qəbul etdiyinə görə cinayət sabıkasının olduğunu və Emine Özsoyla heç bir əlaqəsinin olmadığını açıqlayıb. Qeyd edilib ki, Səmrade tərəfindən metronun önünə itələnən Özsoyun vəziyyəti ağırdır və onurğa beynindəki sınıqlar səbəbindən yenidən yeriməkdə çətinlik çəkir. Hadisə zamanı Özsoyun köməyinə qaçan şahidlər bildiriblər ki, gənc qadın dəfələrlə “Öləcəyəmmi?” sualını verib.