ABŞ-ın Konnektikut ştatının Qroton şəhərindəki Qızıl Ulduz körpüsündə yanacaq daşıyan tanker təkəri partlayan avtomobillə toqquşub və aşıb.
Tankerdə yanğın baş verən kimi alov körpüyə də keçib. Əraziyə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.
Konnektikut qubernatoru Ned Lamont qəzada tanker sürücüsünün öldüyünü, avtomobildə olan 2 nəfərin yaralandığını açıqlayıb.
Qəza səbəbindən körpünün üzərindəki yollar hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb.