«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiya səviyyəsində, ABŞ şirkətlərinə qarşı düşmənçilik fəaliyyətinə, intellektual sərvətin oğurlanmasına, kiberhücuma və seçkilərə müdaxiləyə görə, Çin Xalq Respublikasına (ÇXR) yönəlik «geniş hücum»ma keçməyə hazırlaşır.
Bu barədə, Ağ Evdəki özəl mənbələrinə istinadla «Axios» portalı xəbər verib.
Portalın məlumatına görə, Ağ Ev özəl və dövlət sektoruna münasibətdə Çinin düşmənçilik hərəkətləri barədə yeni informasiyanı açıqlamağı və bu informasiyadan çıxış etməklə, fəaliyyət göstərməyi planlaşdırır. Mənbənin portala xəbər verdiyi kimi, administrasiya Çini «məhvedici fəaliyyətinə» görə, tənqid edir.
«Biz, imkan verməməliyik ki, müqəvva təkcə Rusiya olsun. Bu – həm Rusiya, həm də Çindir» – deyə, portal mənbələrin birindən sitat gətirir.
Mənbənin məlumatına görə, Çinə qarşı «hücum» yaxın bir neçə həftədə baş tutmalıdır. Bu hücuma milli təhlükəsizlik Şurasının yüksək məqamlı nümayəndələrinin rəhbərliyi altında maliyyə, ticarət və müdafiə nazirlikləri də qoşulmalıdır.
Mənbənin məlumatına görə, prezident Donald Tramp buna icazə verib.