18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ Azərbaycanı anti-Rusiya projesinə qoşur?

10 Fevral 2021, 09:43
Siyasət, Manşet
A A
ABŞ Azərbaycanı anti-Rusiya projesinə qoşur?

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) bir sıra tərəfdaş ölkələrdə “regional enerji təchizatı təhlükəsizliyini, etibarlılığını və səmərəliliyinin artırılmasına” yönəlmiş proqram həyata keçirməyi planlaşdırır.

“Yeni Müsavat”ın verdiyi məlumata görə, enerji sektorundakı investisiya layihələrinin əhatə edəcəyi ölkələr sırasında Azərbaycan, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Kosovo, Moldova, Şimali Makedoniya, Serbiya və Ukrayna var. Bu prosesin mahiyyətcə Amerika biznesi və texnologiyası üçün bazarlar açmasına kömək etməsini hədəflədiyi vurğulanır. Agentlik Avropa və Avrasiya bölgələrindəki tərəfdaş ölkələrin əsasən Rusiyadan neft və qaz idxalından asılılığını hədəfləyir. Bu səbəbdən, bu dövlətlərin enerji sektoruna yatırılan investisiyalar, amerikalı mütəxəssislərin fikrincə, “tədarüklərin təhlükəsizliyi və etibarlılığının artmasına birbaşa təsir göstərəcək” və “siyasi müdaxilə” qarşısında həssaslığı da azaldacaq.

USAİD Azərbaycanda ile ilgili görsel sonucu

USAİD Azərbaycanda yeni deyil, illlərlə Azərbaycanda fəaliyyət göstərib. Tramp dönəmində fəaliyyəti xeyli zəifləsə də, Bayden dönəmində, göründüyü kimi, iri proyektlər planlaşdırır. Amma burada həssas məqam ondan ibarətdir ki, Azərbaycandan başqa digər ölkələrin – onların sırasında NATO dövlətləri də var- Rusiya ilə ciddi siyasi problemləri mövcuddur. Bu səbəbdən bu projektin Rusiyaya yönəldiyini də demək olar.

kreml ile ilgili görsel sonucu

Yəni Moskva ilə münasibətləri yaxşı olmayan Gürcüstan, Moldova, Ukraynanın cərgəsində Azərbaycanın da yer alması, bəzi təhlilçilərin fikrincə, Kremllə əlaqələrə xoş olmayan rəng qata bilər. Hətta bunu ABŞ-ın Azərbaycanı Rusiyaya qarşı layihəyə qoşmaq planı kimi qiymətləndirirlər. Ancaq rəsmi Bakının bu projedə yer almasını Moskvanın necə qarşılayacağı da maraqlıdır.

Son illərdə, xüsusən 44 günlük müharibənin nəticələrindən asılı olaraq Azərbaycan-Rusiya əlaqələri son dərəcə yaxınlaşıb. Həmçinin rus sülhməramlıların Qarabağda yerləşməsindən və oradakı fəaliyyətindən hakimiyyət rəsmiləri razılıq edir, Kremlin əleyhinə yönəlik hansısa siyasi kampaniyada iştirak etmirik. O baxımdan, USAİD-in siyahısında Azərbaycanın da olması analiz tələb edir.

Politoloq Qabil Hüseynli ile ilgili görsel sonucu

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli zənn etmir ki, Vaşinqton Bakını oyuna sala bilər. Siyasi şərhçinin “Yeni Müsavat”a bildirdiyinə, əlbəttə, Rusiya Avropa bazarlarında sıxışdırılmasını istəməzdi: “Amma ermənilərin Tovuz hücumunda Bakı-Ceyhan, TANAP layihələrini təhdid etmək hədəflənmişdi. Bizim isə Rusiya ilə Avropanın qaz bazarı uğrunda mübarizəmizin tarixi çoxdan bitib. Son akkordları isə ermənilərin qısqırdılıb Tovuz əməliyyatları dövründə vuruldu. Azərbaycanın Avropa bazarı uğrunda hegemon mövqelər qazanması o qədər uzaqda deyil. Artıq ”Şahdəniz-2″ layihəsi işə düşüb, Azərbaycan Avropa bazarlarına 20 milyard kubmetrdən çox təbii qaz çıxarır, yaxın vaxtlarda “Qarabağ” qaz mədənində estakadaların qurulması işləri yekunlaşacaq və qaz hasilatına başlanacaq. Bu ilin sonuna qədər uğurlar olacaq.

Eyni zamanda Türkmənistanla imzaladığımız “Dostluq” sazişi də qaz hasilatına xeyli kömək edəcək. Bundan başqa, ABŞ və Avropanın təzyiqlərində Türkiyə aktiv rol oynayr. Aydın məsələdir ki, neft-qaz layihələrinin reallaşdırılması Rusiyanın Avropa qaz bazarından sıxışdırılıb çıxarılmasına yönəlik enerji strategiyasıdır. Ancaq Amerikanın Azərbaycanı hansısa avantüraya çəkməsi mümkün deyil”.

Q.Hüseynli hesab edir ki, Azərbaycan düşünülmüş, ağıllı, müttəfiqi Türkiyə ilə birgə koordinasiyalı siyasət yürüdür: “Bu səbəbdən nə Rusiyadan çəkinəcəyimiz var, nə də Amerikanın bizi şübhəli əlaqələrə çəkəcəyini düşünmək sadəlövhlük olardı. Əksinə, ABŞ Azərbaycanın Avropa qaz bazarına daxil olmasını alqışlayır”. Ekspertin fikrincə, bundan sonra Azərbaycan İranın mübahisəli elan etdiyi Lənkəran istiqamətindəki neft-qaz yataqlarının da istismarına başlaya bilər.

Natiq Cəfərli ile ilgili görsel sonucu

Natiq Cəfərli 

REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycan Avropanın qaz bazarında çoxdan var: “Azərbaycan TANAP və TAP layihələri ilə bu prosesə qoşulub. Bu ildən kiçik həcmlərlə qazın Avropaya çatdırılmasına başlanacaq. Sadəcə, Azərbaycan Avropaya 10 milyard kub, Rusiya isə 150 milyard kub qaz satır. Ona görə Azərbaycan qazının Avropaya çıxması Rusiyanı dərindən narahat etmir. Düzdür, Rusiyanın xoşu gəlmir ki, Avropa qaz bazarında kimlərsə olsun. Ancaq Qərbin əsas hədəfi TANAP və TAP layihələrinin qoşulmasıdır”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanın TAP-da 20, TANAP-da isə 57 faiz payı var: “Bu, kifayət qədər yaxşı faizdir. Bizim bu layihələrdə yaxşı iştirakımız milli və iqtisadi maraqlarımıza xidmət edir. Rusiya isə əvvəldən bu layihələri xoş qarşılamırdı, amma həmin mərhələni keçmişik. Bütün maneələrə baxmayaraq, hər iki proyekt reallaşdı. Təbii ki, Qərbdən çox ciddi dəstək oldu. İndi isə növbəti mərhələ başlayır, Türkmənistan və İran qazının layihəyə qoşulmasından söhbət gedir. O zaman Avropaya qazın hasilatının həcmi artacaq. Bu da Avropanın qaz tələbatna təsir edəcək. Təxminən 25 milyard kub nəzərdə tutulub. Azərbaycanın da 10 milyard kub qaz hasilatını əlavə etsək, 35 milyard nəzərçarpacaq rəqəmdir. Şübhəsiz ki, Rusiyanın müəyyən narazılığı olacaq, amma Azərbaycan öz müstəqil siyasətini aparacaq. Türkmənistanla ”Dostluq” sazişinin bağlanması da bu ölkənin Transxəzər qaz kəmərlərinə qoşulması baxımdan müsbət hadisədir. Bu layihəni Avropa da dəstəkləyir”.

Əvvəlki yazı

İran kimsə “Araz” deyən kimi coşur – Deputatdan reaksiya

Sonrakı yazı

Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.