10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ 7 BİZNESMENİN ƏLİ İLƏ TÜRKİYƏNİ ÇALXALAYIR – Ankara geri çəkilsə, 50 illik inkişaf planı da təxirə düşəcək

02 İyun 2019, 16:11
Manşet
A A
ABŞ 7 BİZNESMENİN ƏLİ İLƏ TÜRKİYƏNİ ÇALXALAYIR – Ankara geri çəkilsə, 50 illik inkişaf planı da təxirə düşəcək

Türkiyə daxilindəki güclərdən biri Çin və Avrasiyaya önəm verdiyi halda, digəri də qlobal arenada ABŞ-la birlikdə hərəkət etmək istəyindədir. Bu səbəblə həm daxildə, həm də xaricdə böyük mübarizə gedir.

Məsələni bir az açaq. MKİ-nin kölgəsi sayılan “Stratfor” pul almadan heç bir iş görməz. Bilənlər bilir. Ən azı, son illərədək durum belə idi. Mövzu Türkiyə olunca, “Stratfor” bu prinsipindən vaz keçdi. 7 türk iş adamı üçün “Türkiyə 2019-2020” araşdırması apardı və hesabat hazırladı. Hesabatda Türkiyənin regional güc olaraq önəmli hala gəldiyi, ancaq ABŞ-la qarşı-qarşıya gəlməsi səbəbilə bütün iş adamlarının da qərar verməli olduğu yazıldı. Doğrusu, mövzu budur. Daxildə gedən çəkişmənin altında yatan həqiqət də budur.

7 türk iş adamının belə bir tələbinin olmamasına rəğmən, “Stratfor”un hesabat hazırlaması və onlara çatdırması çaşdırıcı bir hərəkət kimi görünsə də, həqiqət fərqlidir. Bu qrupa daxil olan iş adamları 2012-ci ildə “Kölgə MKİ”-yə 100 min dollar ödəyərək, araşdırma apartdırdı. Bu səbəblə 7 iş adamının hər hansı bir tələbinin olmamasına baxmayaraq, bu xüsusi araşdırma ilə tanış olmasında təəccüblü bir şey yoxdur.

Bu iş adamlarının altısı daima ABŞ-la birlikdə hərəkət edən şəxslərdir. Ankara ilə qurduqları yaxın münasibətlərlə birlikdə çox böyüdülər, xaricdəki investisiyalarını artırdılar. Onlardan biri isə, digərlərinə nisbətən, Ankara ilə daha çox yaxınlaşdı. Ancaq o da son qərarını Vaşinqtonun xeyrinə verdi. Bu iş adamlarının 7-si də Vaşinqtonla birgə yürüməyi seçməklə birlikdə, əlaqədə olduqları əlavə 20 iş adamını razı salma vəzifəsini də aldılar. Yəni, 7+20… Əgər bu 20 iş adamını da razı salarlarsa, Türkiyəni ciddi bir iqtisadi böhrana itələmək üçün çalışacaqlar. ABŞ-ın S-400 və F-35-lərlə bağlı Türkiyəyə qarşı başlatmağı planlaşdırdığı təsir və təzyiqlərdə bu iş adamları (7+20) çox önəm qazandı.

Türkiyədə müxtəlif sektorlarda iş görən 20 iş adamından işlərin yavaşıdılması tələb edildi. İş həcminin 20%azaldılması Türkiyənin iş potensialında ciddi bir problemə səbəb olacaq. 20 iş adamının hamısı bunu qəbul edərmi? Bununla bağlı fərqli baxışlar mövcuddur.

“Stratfor” Türkiyənin S-400-lə bağlı verəcəyi qərarla birlikdə ya Vaşinqtonla ipləri tamamən qoparmağa, ya da bir ortaqlıq ehtimalına qərar verəcəyinə inanır.

“Stratfor” Türkiyənin S-400-ləri alması halında, ABŞ-ın başladacağı sanksiyalara Ankaranın “İncirlik”lə qarşılıq verəcəyini Pentaqona çatdırdı. ABŞ üçün “İncirlik” önəmini əsla itirməz. Bu məsələ ilə bağlı edilən blefləri ciddiyə almamaq lazımdır. Bu səbəblə, Vaşinqtonu “İncirlik”dən çıxaran və S-400-ləri alan Türkiyə artıq ABŞ-ın müttəfiqi ola bilməz. Gərginlik ciddi səviyyədə yüksələcəkdir. Bu, dəqiqdir.

Hər il Pentaqonda verilən brifinqlərdə “İncirlik” bazasının önəmi qeyd edilir. 2019-cu ilin yanvar ayında verilən brifinqdə də “İncirlik” bazasına verilən dəyər heç azaldılmadı. Türkiyə də artıq bunu bilir və şahmat oyununda həmləsiz qalmadığını Vaşinqtona göstərir.

Vaşinqton Aralıq dənizindəki qarışıqlığı önə çıxarmadan, Türkiyəni Suriya və YPG spiralında məşğul etmək, başını qatmaq istəyir. Bu problem böyüyərkən, iş adamlarının iqtisadi böhran üçün Vaşinqtonun əmrlərini həyata keçirməsi və ardınca başladılacaq sanksiyalar Türkiyəni Aralıq dənizində gücsüzləşdirə bilər. Aralıq dənizindən geri çəkilən Türkiyə 50 illik inkişaf planını da təxirə salmış olacaq. Planları budur. Beyinlərində olan fikir budur.

Region çox ciddi nəticələrə hamilə olacaq qarışıqlıq yaşayır. Türkiyə əlindəki kozırları bilir. Qarşı tərəf də iqtisadi sıxıntıları artıraraq gəlmək istəyir. İranı saldıqları durumun bənzərini yaratmaq üçün addımlar atırlar. Hesabatlarda əks olunmasa da, ən çox daxildə olan fikir ziddiyyətinə güvənirlər. Hədəfləri puldan daha çox, düşüncə əsasında olan toqquşmanı cəmiyyətə yaymaqdır. Məqsəd hüzuru pozmaq, birliyi sarsıtmaqdır.

Türkiyənin verəcəyi qərar dünyanın qərarı olacaq. Ankara bugünədək heç olmadığı qədər önəmlidir. Mübarizə də, çəkişmə də bu səbəblədir.

Əlbəttə, Türkiyə qalib gələcək. Şübhə yoxdur. Sıxıntı ola bilərmi? Ola bilər, lakin o da aşılar, dəf olunar. Çünki Türkiyə çox böyük ölkədir.

Ergün Diler

“Takvim”, Türkiyə, 31 may 2019-cu il

Tərcümə Strateq.az-ındır

Əvvəlki yazı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiə Günü qeyd olunub

Sonrakı yazı

Heydər Əliyev Fondu Xaçmazda iftar süfrəsi təşkil edib

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.