Bu gün Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilir.
Şəhidlər Xiyabanına gələn hər kəs şəhid məzarları önünə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarını böyük ehtiramla yad edirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi də Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarını ziyarət edib, xatirələrini dərin ehtiramla anıblar.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 31 il ötür. 31 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən Sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədiblər.