07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AAYDA ittihamlara cavab verdi

27 Noyabr 2019, 16:58
Cəmiyyət
A A
AAYDA ittihamlara cavab verdi

“Noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığında keçən hissəsində baş vermiş sürüşmə nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yolun çökməsi hadisəsindən sonra yenə də sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gördüyü işlərə kölgə salan, Dövlət agentliyinin rəhbərliyi haqqında böhtan xarakterli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan yalan və qərəzli məlumatlar paylaşılmağa başlanılıb”.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən ərazidə noyabr ayının 7-də çatların yaranması aşkar edilib və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub: “Əməkdaşlarımız tərəfindən nəzarət altında saxlanılan ərazidə noyabr ayının 24-də intensiv yağan yağışlar nəticəsində həmin çatların böyüməsi aşkar edilib. Sürüşmənin baş verə bilməsi ehtimalı ilə əlaqədar hadisədən 10 saat öncə, daha dəqiqi, noyabrın 24-də axşam saat 7-8 radələrində yolda avtonəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulması barədə agentliyin rəhbərliyi tərəfindən tapşırıq verilib. Təəssüflər olsun ki, ehtimallarımız özünü doğrultdu və noyabrın 25-də səhər saat 5-6 radələrində sürüşmə nəticəsində avtomobil yolunun bir hissəsi dağıldı. Lakin agentlik tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi daha ağır fəsadların qarşısını almış oldu. Hadisədən dərhal sonra əraziyə agentliyin rəhbərliyi və əlaqədar bölmələrin rəhbərləri, həmçinin aidiyyəti qurumların əməkdaşları cəlb olundu. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görüldü və agentlik tərəfindən qərargah yaradıldı. Qısa müddət ərzində sürüşmə nəticəsində bağlanan Bakı buxtası-3 küçəsinin açılması, həmçinin ərazidən keçən içməli su borusunun bərpası üçün yola tökülmüş torpaq qatının təmizlənməsinə start verildi. Hazırda da bu istiqamətdə işlər davam etdirilir”.

Nəcəfli deyib ki, Bakı-Ələt-Astara yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında olan yolun inşasına “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi əsasında 2009-cu ildə başlanılıb və 2010-cu ildə yekunlaşdırılıb: “Bu ilin mart ayında isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bibiheybət” məscidi istiqamətindən şəhərə tərəf olan yolda əsaslı yenidənqurma işi deyil, yalnız təmir işləri aparılıb. Çünki bu ərazidə yol kənarında 75 metr uzunluğunda yol-memarlıq elementi olan bəzək divarı dağılıb, yolun hərəkət hissəsində deformasiya və çatlar müşahidə olunurdu. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Aparılan işlər sadəcə olaraq bu maneənin aradan qaldırılmasına yönəlmişdi. Sürüşmənin baş verməsinin daha dəqiq səbəbinin öyrənilməsi və ərazidə gələcəkdə bu kimi hadisələrin yaşanmaması üçün atılacaq addımların nədən ibarət olduğunu aydınlaşdırmaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən agentliyin əməkdaşlarının iştirakı ilə yaxın müddət ərzində sınaq quyularının qazılmasına başlanılacaq. Lakin baş vermiş hadisə ilə bağlı bəzi kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə hadisənin təfsilatına varmadan, hadisənin baş vermə səbəbi araşdırılmadan, mütəxəssislərdən fikir öyrənilmədən qeyri-dəqiq, qeyri-peşəkar informasiyalar yayılıb,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və onun rəhbərliyinin ünvanına əsassız ittihamlar irəli sürülüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bundan təəssüf hissi keçirir və kütləvi informasiya vasitələrindən vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan bu cür yalan və qərəzli məlumatlar yaymamağı xahiş edir”.

Əvvəlki yazı

Tibbi sığorta gəlir, hərəyə 90 manat…

Sonrakı yazı

Afaq Gəncəlidən qlamur – Fotolar

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.