18-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AAYDA bu şəxslə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi

03 Oktyabr 2019, 13:19
Cəmiyyət
A A
AAYDA bu şəxslə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi

Dövlət orqanlarına, media qurumlarına həqiqətə uyğun olmayan, əsassız və böhtan xarakterli müraciətlər ünvanlamaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, agentliyin “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbərliyinin ünvanına şər və yalanlar səsləndirərək AAYDA-nın işgüzar nüfuzuna xələl gətirdiyi üçün Əliyev Əliheydər Qabil oğlu ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

AAYDA-dan Reportyor.info-ya verilən məlumata görə, müraciətlərdə vətəndaş “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin sifarişi əsasında yol tikinti işlərinə tələb olunan tikinti-inşaat materiallarının alınması və daşınması işlərini həyata keçirdiyini və bunun müqabilində guya pulunun ödənilmədiyini, nəticədə ona 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat məbləğində borcun yaranmasını bildirib.

Ə.Q.Əliyevin müraciətləri əsasında müxtəlif dövlət qurumları tərəfindən aparılmış araşdırmalar zamanı ərizələrdə qeyd olunanların həqiqətə uyğun olmaması, tikinti materiallarının daşınmasının dəyərinin tam ödənildiyi müyəyyən edilmiş və bu barədə Əliyev Əliheydər Qabil oğluna rəsmi cavablar verilib.

Bundan başqa, Əliyev Əliheydər Qabil oğlunun ərizəsi əsasında Bakı Şəhəri, Xətai Rayon Prokurorluğu tərəfindən həmin hallarla bağlı cinayət işi başlanılıb və aparılmış istintaq nəticəsində “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi mövcud olmadığı üçün 05 yanvar 2017-ci il tarixli qərarla işin icraatına xitam verilib.

Həmçinin Əliyev Əliheydər Qabil oğlu notarial qaydada təsdiq etdirdiyi 30 dekabr 2016-cı il tarixli ərizəsində AAYDA-nə (red. o zaman “Azəryolservis” ASC) və “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin vəzifəli şəxslərinə heç bir pul iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirib.

Bütün bunlara baxmayaraq, Əliyev Əliheydər Qabil oğlu sonradan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, görülmüş işlərlə bağlı 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat pulun, həmçinin qeyd olunan məbləğin vaxtında ödənilməməsi ilə əlaqədar ona vurulmuş zərərə görə 85000 (səksən beş min) manat, ümumilikdə 438660 (dörd yüz otuz səkkiz min altı yüz altmış) manat pulun  tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib .

Məhkəmə prosesi zamanı Əliyev Əliheydər Qabil oğlu iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübütlar təqdim etməyib, həmin halların baş verməsinin sübuta yetirə bilməyib və məhkəmə araşdırması zamanı qeyd edilən hallar öz təsdiqini tapmayıb.

Qeyd edilənlər nəzərə alınaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(005)-3429/2019 nömrəli qətnaməsi ilə iddiaçı Əliyev Əliheydər Qabil oğlunun mənə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməyib.

Bununla belə, Əliyev Əliheydər Qabil oğlu öz qanunsuz əməllərindən əl çəkməyək müxtəlif dövlət orqanlarına, media qurumlarına yenə də həqiqətə uyğun olmayan, əsassız və böhtan xarakterli müraciətlər ünvanlamaqda, müntəzəm olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, həmçinin agentliyin “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbərliyini şantaj etməkdə, hədə-qorxu gəlməkdə davam edir, şər və yalan dolu hərəkətləri ilə pul tələb edir. Bütün bunlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işgüzar nüfuzuna xələl gətirdiyi üçün qeyd olunanlarla bağlı Əliyev Əliheydər Qabil oğlu barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Əvvəlki yazı

AST Telmanın maşını “su qiymətinə” düşdü

Sonrakı yazı

Mingəçevirdə polis bıçaqlandı – Rəsmi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.