07-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“AAAF Park” prezidentini kim və niyə sıxışdırır? – Gizlinlər

24 Oktyabr 2018, 15:06
Sosial
A A
“AAAF Park” prezidentini kim və niyə sıxışdırır? – Gizlinlər

“AAAF Holdinq” MMC-nin ətrafında yenə də problemlər yaranıb.Xatırladaq ki, bu yaşayış kompleksi ətrafında qalmaqallar ötən ildən başlayıb.

Dünən “AAAF Holdiniq” MMC-nin təsisçisi Tofiq Heydərov öz sosial şəbəkə profilindən kompleksdə yaşayan sakinlərə müraciət edib.AAAF-da vəziyyətin acınacaqlı olduğunu bildirən sahibkar müraciətində bəzi məmurları hədəfə alaraq, adını çəkmədiyi qüvvələr tərəfindən təzyiqə məruz qaldığını bildirib. Tofiq Heydərov binaları inşa edən podratçıların işləri dayandıraraq, AAAF Parkdan getdiyini bildirib:

“Bu gün təxribatlar nəticəsində bəzi podradçılar parkda inşa etdiyi binaları yarımçıq buraxaraq bizə böyük çətinliklər yaradıblar.Onların işlərini tamamlamaq və bəzilərin yerinə vergi borclarını ödəmək dözülməz dərəcədə ağır olsa da biz bunun öhdəsindən gəlməyi Allahın köməyi ilə bacarırıq”.

Tofiq Heydərov bir ay əvvəl “Azərişıq” tərəfindən Parkın ərazisində olan binaların elektrik xətlərinin kəsilməsini də qeyri-qanuni adlandırıb:

“Elektriki kəsməklə, vergi yoxlamaları ilə, obyektlərin qabağının asfaltını yalandan qazmaqla belə gizli oyunları artıq bağça uşaqları da başa düşə bilir. Mənim, əlbəttə, bu adamlara yazığım gəlir.Sakinlərimizə isə yenə xəbərdarlıq edirəm.Təxribata uymasınlar, kommunal ödənişlərini artıq ödəməyə başlasınlar, sayğaclara və mənzilə görə borclarını ödəsinlər.Balaca bir şey olan kimi evimə hücum etməsinlər, çünkü artıq parkda yaşamıram.Bütün sakinlərimiz başa düşməlidirlər ki, bu təxribatçıların ocağına benzin tökməklə bu odda özləri yanacaqlar.Övladlarımızın sağlam gələcəyi üçün inşa edilən bu gözəl məkanımızın inkişafı və bitməsinə hamı bir nəfər kimi dəstək olmalıdır.Qarşıdan qış gəlir, bununla bağlı Abşeron rayon İcra Hakimiyyəti, “Azəriqaz” və “Azərışığ”ın rəhbərliyindən son dəfə yaradılan problemləri aradan qaldırmağı tələb edəcəyəm”.

Maraqlıdır, AAAF Parkın ətrafında hansı problemlər yaşanır?

Qeyd edək ki, bir müddət öncə Prezident Administrasiyası barəsində ən çox şikayət edilən tikinti şirkətlərinin adlarını açıqlamışdı. Onların arasında AAAF Parkın da adı var idi:

“Bir sıra müraciətlərdə artıq tikintini başa çatdırmış, lakin yaşayış üçün normal şərait yaratmamış “AAAF Park”, “Bağçalı evlər” yaşayış komplekslərində problemlərin illərdən bəri həll olunmadığını yazırlar”.

Qeyd edək ki, Prezident Administrasiyasının məlumatında konkret olaraq, adları açıqlanmasa da, bildirilib ki, adı çəkilən bəzi MMC və MTK-ların vəzifəli şəxsləri barəsində artıq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, vətəndaşların etibarından sui-istifadə edərək, əlbir olduqları şəxslərlə birlikdə tikdikləri yaşayış binalarında bir mənzili bir neçə şəxsə satdıqlarına, vətəndaşların külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirdiklərinə görə onlar məsuliyyətə cəlb ediliblər. Tikinti sektorunda baş vermiş korrupsiya, hüquqpozmaları ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhz vətəndaş müraciətləri əsasında 13 cinayət işinin istintaqı tamamlanaraq, məhkəmələrə göndərilib, 300-dək şəxs zərərçəkmiş qismində tanınıb. Bu cinayət işlərindən “AAAF Park” və “Xalq City” MTK-ları, “Xudafərin” və “Fateh-N” MMC-ləri göstərmək olar.

Ötən ilin payızında “AAAF Holdinq” MMC-nin təsisiçisi Tofiq Heydərovun həbs olunması, MMC-nin əmlakına həbs qoyulduğu barədə xəbərlər yayılsa da, MMC tərəfindən bunlar təkzib edilmişdi.Qeyd olunmuşdu ki, aparılan yoxlamalara gəlincə, bu, cari inventarizasiyadır.

Həmçinin Vergilər Nazirliyində “AAAF Park”ın digər həmtəsisçisi Ruslan Xanverdiyev barəsində cinayət işi açılması haqqında xəbər yayıldı, qeyd olundu ki, o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb. Növbəti problemlərin mahiyyətinin nədən ibarət olması, podratçı şirkətlərin AAAF Parkdan çəkilmə səbəbləri və qeyd olunan digər məsələlərə aydınlıq gətirmək məqsədilə MMC-nin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyevlə əlaqə saxladıq. O, suallarımızı MMC-nin rəhbəri Tofiq Heydərova çatdıracağını bildirdi. Sonradan isə şirkətin rəhbərinin indiki mərhələdə açıqlama vermək istəmədiyini dedi. Kənan Məstəliyev da yaşayış kompleksi ətrafında nələr baş verməsi haqqında danışmaq istəmədiyini dedi.

Əvvəlki yazı

“Yaxın vaxtlarda partiya sədrliyindən gedəcəm” – MÜSAHİBƏ

Sonrakı yazı

Müşfiqə aid olduğu deyilən qalıqlar çıxarıldı

DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.