09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kapitalizm dünyasında hegemon kimdir – solçular, yoxsa sağçılar?

11 Fevral 2019, 08:37
Gündəm
A A
Kapitalizm dünyasında hegemon kimdir – solçular, yoxsa sağçılar?

Salvadorda fələstinli daha bir solçunun prezident seçilməsi bəşəriyyətdə yeni sosializm dalğasının başlandığı iddialarını artırır; Sərdar Cəlaloğlu: “Skandinaviya ölkələrində kasıbların hakimiyyəti deyil”

Salvadorda fələstinli Nayib Bukele prezident seçilib. 37 yaşlı Bukele 2012-ci ildə Nuevo-Kuskatlan bələdiyyəsindən mer seçilib. 2015-ci ildə San-Salvadorun meri vəzifəsini daşıyıb.

O, Farabundo Marti adına Milli Azadlıq Cəbhəsinin namizədi olub. Bu təşkilatın adı 1932-ci ildə qətlə yetirilmiş salvadorlu kommunist Farabundo Martinin adına bağlıdır.

Bu partizan təşkilatının nümayəndəsi, keçmiş telejurnalist Maurisio Funes 2009-cu ildən bəri Salvadorun prezidenti idi. O, rəqibi olan polis şefi – Rodriqo Avilanın seçkidə dizlərini yerə qoymuşdu.

1992-ci ildən bu təşkilata fələstinli Şəfik Xandal rəhbərlik etmişdi. İndi təşkilatın daha bir fələstinli üzvü – Bukelenin prezident seçilməsi təsadüfi hesab olunmur.

Hətta 2004-cü ilin prezident seçkilərində Ş.Xandal səslərin 36 faizini alaraq ikinci olmuşdu. Nəhayət, 2009-cu ildə 49 yaşlı Maurisio Funes prezident seçilir. Bu sol ideologiyanın Latın Amerikasında zəfərlərindən biri kimi də dəyərləndirilir.

Ancaq Salvador L.Amerikasında ilk sol hakimiyyət olan ölkə deyil. Venesuelada Nikolas Maduro, Boliviyada Evo Morales solçu liderlərdir. Eyni zamanda Ekvadorda və Çilidə hakimiyyətdə sosialistlərdir.

Kubada solçu inqilabçıların hakimiyyətdə olduğunu bilməyən yoxdur – Raul Kastro prezidentdir. Nikaraquada isə sandinistlər iqtidara qayıdıblar. Uruqvayda da solçu prezidentdir.

Картинки по запросу Nayib Bukele

Nayib Bukele

Paraqvayda sol ideologiyaya meyilli Fernando Luqo 2012-də devrilib. Braziliya və Argentinada isə sol partiyalar seçkilərdə uduzublar.

Avropaya gəlincə, Portuqaliyada 1986-cı ildən bəri iki partiya hakimiyyətdə bir-birini əvəzləyir: sosialist partiyası və sosial-demokrat partiyası…

Sosial-demokratların ənənəvi güclü olduğu coğrafiya əsasən Skandinaviyadır. Danimarka, İsveç, İslandiya, Norveçdə sosial-demokratiya üstün görünür.

Asiya qitəsinə gəlincə, Çin, Vyetnam, Laos, Nepalda kommunist hakimiyyətləridir. Afrikada isə Anqola solçuların hakimiyyətdə olduğu dövlətdir.

Almaniyada da sosial-demokratlar parlamentdə mühüm mövqe tuturlar. Fransadakı “sarı jiletlilər” hərəkatında oraq-çəkic olan kommunizm bayraqlarının Parisdə küçələrdə qaldırılması Avropanın bu dövlətində də sol ruhun gücünü nümayiş etdirdi.

Bununla demək olmaz ki, kapitalizm dünyasının yarısında sosialistlər hakimiyyətdədir. Çünki onların əksəriyyətinin sadəcə adı sosialistdir, özləri siyasətlərində neliberallardan geri qalmırlar.

Sadəcə, son illərdə Qərb ölkələrinə miqrant axını millətçiliyin alovlanmasına, seçkilərdə sağçı partiyaların daha çox səs almasına gətirib çıxardı. Çünki onlar miqrantlara qarşı sərt tədbirlər görülməsi, onların ölkədən çıxarılması təşəbbüsü ilə çıxış edirlər.

Sovet İttifaqının süqutundan sonra hakimiyyətə yeganə olaraq Moldova kommunistləri müvəffəq olublar. 2001-ci ildə hakim partiya seçilən Kommunist Partiyası 2009-cu ilə qədər iqtidarda olub.

Похожее изображение

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a dedi ki, Salvador kimi geridəqalmış ölkələrlə Skandinaviya dövlətlərindəki sosializm fərqlidir.

ADP sədrinin fikrincə, Skandinaviya ölkələrində kasıbların hakimiyyəti deyil: “Kommunist ideologiyası ilə dövlət idarə etməklə sosial dövlət anlayışı ayrı-ayrıdır. Bu gün solçuluq dünyada siz deyən qədər geniş yayılmış ideologiya deyil.

Əsrin əvvəllərində sosialistlər dünyada hegemon idilər, Sosintern var idi. Sosial ədaləti Skandinaviya dövlətləri prioritet hesab edirlər, ideologiya kimi qəbul etmirlər.

Kasıb ölkələrdə sosial dövlət yaratmaq olmur, sosialist dövləti resursu böyük dövlətlərdə qurulur. Azərbaycan isə sol ideyanın hakim olduğu dövlətdən çıxıb, indi onların yenidən iqtidara gəlmək şansları yoxdur”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Əvvəlki yazı

QK Qarabağ mitinqinə hazırlaşır – icazə veriləcəkmi?

Sonrakı yazı

Ziya Məmmədovun “partlatsınlar” dediyi hoteli dağıtdılar

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.