22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Gənclərimiz gələcəyə inamla, vətənpərvərlik ruhunda böyüyürlər

04 Fevral 2022, 14:55
Cəmiyyət
A A
Gənclərimiz gələcəyə inamla, vətənpərvərlik ruhunda böyüyürlər

SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti nəhayət XX-ci əsrin sonlarında – 1991-ci ildə öz müstəqilliyini artıq ikinci dəfə yenidən bərpa etdi.
Qəbul edilən Müstəqillik Aktı dövlətimizi bütün dünyaya tanıtdı. Qüdrətli, möhkəm dövlət olmadan isə müstəqilliyi əldə saxlamaq mümkün deyil.
Müstəqillik qazandığımız illərdə xalqımız bir çox çətinliklərlə üzləşdi, olduqca ağır günlər yaşadı. 20 faiz torpaqlarımız erməni quldurları tərəfindən işğal edildi. Bakıya, Sumqayıta və başqa rayonlara İrəvandan, doğma Qarabağdan və digər ətraf rayonlardan bir milyondan artıq soydaşlarımız qaçqın və köçkün düşdü. Onlar olduqca ağır şəraitdə – çadırlarda, vaqonlarda və vaqonların altında məskunlaşdılar.
Erməni şovinistləri və onların bir sıra havadarları yenicə müstəqil olmuş, hərc-mərclik burulğanında olan ölkəni parçalayıb mənimsəmək istəyirdilər. Siyasi vəziyyət olduqca ağır idi. Güclü, xalqı öz ətrafında birləşdirə biləcək siyasi liderə ehtiyac var idi. Bu vaxt xalqın təkidi və istəyi ilə Heydər Əliyev hakimiyyətə gəldi. Dahi insanın rəhbərliyi ilə insanlarda milli şüur, dövlətçilik, vətənpərvərlik hissləri gücləndi.
Məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində 1994-cü ilin may ayının 12-də atəşkəsə nail olundu. Respublikamız, dövlətçiliyimiz üçün bir sıra mühüm işlər görüldü.
Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi də məhz Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1988-ci ildə ölkədə xaos vəziyyəti yaranmışdı. Belə vəziyyət gənclər siyasətinə də ağır zərbə vurmuşdu. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkə gənclərini ön plana çəkməyə başladı. Dahi rəhbər ölkənin inkişafını gələcək nəslin – uşaqların və gənclərin hərtərəfli inkişafında görürdü. Odur ki, hələ ölkədə mühitin gərgin olmasına baxmayaraq Gənclər və İdman nazirliyi yaradıldı. Gənclərlə iş prioritet vəzifəyə çevrildi.
Ümumilli Liderimiz Heydər Əliyev deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
2 fevral 1996-cı ildə isə Azərbaycan gəncliyinin həyatında yeni, daha parlaq bir dövr yarandı. Həmin gün Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. MDB və Şərqi Avropa ölkələri arasında ilk dəfə olan Gənclər Gününün təməli qoyuldu.
Artıq hər il fevral ayının 2-si Azərbaycanda Gənclər Günü kimi yüksək səviyyədə qeyd olunur.
Ölkəmizdə Ümummilli Liderimizin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət gənclər siyasətini də uğurla davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Gənclər böyük potensiala malikdir. Ulu Öndər hər zaman olduğu kimi, uzaqgörənlik göstərərək məhz gənclərə üz tutdu, onları dəvət etdi, onlara öz tövsiyyələrini verdi və gəncləri gələcək inkişaf üçün, təşkilatlandırmaq və hazırlamaq üçün əməli praktiki addımlar atıldı.
İndiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad ölkədə yaşayır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır.
Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün və dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar”.
Bu gün hər sahədə gənclərə qayğı göstərilir. Odur ki, gənclərimiz elm, mədəniyyət, idman və sair sahələrdə uğurla irəliləyirlər. Ölkəmizin mədəni və içtimai-siyasi həyatında yaxından iştirak edirlər.
Gənclərimiz gələcəyə inamla, vətənpərlik ruhunda böyüyürlər. 44 günlük vətən müharibəsində bütün Azərbaycan gəncləri Ali Baş Komandanımızın ətrafında sıx birləşdi. Vətənə məhəbbətlə, Ali Baş Komandana inamla düşmən üzərinə gedərək vətəni işğalçılardan təmizlədi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Müharibə zamanı gənclərin rolu həlledici olmuşdur. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar.
Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticəsi necə ola bilərdi.
Bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirdilər”.
Ali Baş Komandanımızın uzaqgörən siyasəti, Ordumuzun səriştəsi və vətənpərvər gənclərimizin sayəsində 30 il işğal altında qalan doğma yurd-yuvalarımız işğaldan azad edildi. Düşmən pərən-pərən düşərək igid, vətən övladlarının vətənini tərk etdi. Artıq vandalların işğal dövründə dağıtdıqları ərazilərimizdə quruculuq işləri gedir. Yollar çəkilir, su elektrik stansiyaları, xəstəxanalar, məktəblər, inzibatı binalar, hava limanları tikilir.
Gözü vətən yollarında qalan qaçğın və köçkünlərimizin üzü gülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bütün şəhərlərimiz dirçəldikcə bu iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləməlidirlər. Azad edilmiş torpaqlarda cari ildə 5 su elektrik stansiyası inşa ediləcək. İnşa ediləcək elektrik stansiyaları ümumi enerji potensialımızı gücləndirəcək və yeni iş yerləri açılacaqdır. Misal üçün,Şuşa şəhərində oteldə və digər yerlərdə işləyənlərin bir çoxu şuşalıların uşaqlarıdır.
İki il keçmədən artıq qayıdış başlayır. Bunun çox böyük rəmzi mənası var. Artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar”.
Şəhla Ağbulud

Əvvəlki yazı

Prezident Administrasiyasına yeni səlahiyyət verildi

Sonrakı yazı

Peyvənd olunanların sayı açıqlandı

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.