27-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müxalifət haqqında qanuna ehtiyac varmı? – Partiyalardan REAKSİYA

03 Fevral 2022, 21:23
Cəmiyyət
A A
Müxalifət haqqında qanuna ehtiyac varmı? – Partiyalardan REAKSİYA

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Azərbaycanda “Müxalifət fəaliyyəti haqqında” qanunun qəbul olunmasını təklif edib. Bununla bağlı deputat Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında çıxış edərək bildirib ki, qanunun qəbulu ilə müxalifətçilik fəaliyyətinin çərçivələri müəyyənləşəcək.

 

Maraqlıdır, digər müxalifət partiyaları da belə bir qanunun qəbulunu dəstəkləyirmi? Müxalifət funksionerləri “Müxalifət haqqında” qanun layihəsində hansı məqamların xüsusi qeyd edilməsini istəyir?

 

 

Müsavat Partiyasının sədri Arif Hacılı Modern.az-a açıqlamasında sözügedən qanunun aktual olmadığını söyləyib:

 

“Dövlətin bütün sahələri qanunla idarə olunmalıdır. Bu baxımdan qanunvericilik təşəbbüsünə müsbət yanaşmaq olar. Lakin qanunlar bir qayda olaraq, demokratik institutların fəaliyyətinin məhdudlaşdırılmasına yönəlir. Ona görə də, Azərbaycan üçün müxalifət haqqında qanunun xüsusi aktuallıq kəsb etdiyini düşünmürəm”.

 

 

AĞ Partiya sədri Tural Abbaslı “Müxalifət haqqında” qanunun qəbul edilməsinin tərəfdarıdır:

 

“Çünki bu fəaliyyəti tənzimləyən heç bir normativ sənəd, qanun yoxdur. Bu məsələ müxalifəti bir növ qanundan kənar saxlayır. Yəni Azərbaycanda iqtidar anlayışı var, hüquq baxımından, amma müxalifət anlayışı yoxdur. Buna görə müxalifət haqqında qanunun tərəfdarıyam. Çünki müxalifətin dövlətin siyasi həyatında rolunu təsbit edəcək, kriteriyalarını, hüquq və vəzifələrini müəyyənləşdirəcək qanun olmalıdır. Bu məsələdə illərdir boşluq var. Təxminən 2005-2010-cu illərdə müxalifət partiyaları tərəfindən belə bir qanun layihəsinin qəbulu irəli sürülmüşdü, amma təəssüf ki, o zaman plenar iclasa tövsiyə olunmamışdı.

 

Bir çox nüanslar var ki, qanunda əksini tapmalıdır. Bunu təklif edənlərin layihələri ictimai müzakirəyə çıxarılsa, daha faydalı olar. Çünki konkret sənəd üzərində, maddələr üzərində danışmaq daha rahat olar. Ümumən müxalifət haqqında qanun qəbul olunmalı, bu fəaliyyət növü qanunla tənzimlənməlidir”.

 

 

Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova hesab edir ki, belə bir qanuna ehtiyac var və partiya qanunun qəbulunu dəstəkləyir:

 

“Müxalifət haqqında qanun qəbul edilsə, saxta, qondarma cinayət işi ilə bağlı partiya sədrləri həbsə atılmaz. Bütün dövlət tədbirlərində müxalifətin iştirakı təmin edilməlidir. Bununla bərabər, hesab edirəm ki, siyasi partiyalar haqqında qanun layihəsinin qəbul edilməsi labüddür”.

 

 

Respublikaçı Alternativ (ReAl) Partiyasının icra katibi Natiq Cəfərli isə qeyd edib ki, müxalifətçilik qanunla tənzimlənmir:

 

“Proses ölkə qanunvericiliyinə uyğun şəkildə fəaliyyət göstərən siyasi təşkilatlara, seçkilərdə iştiraka, seçki prosesində platformaların yarışına və bu kimi məsələlərə bağlıdır. Bu tipli qanun layihəsi dünya ölkələrindən tək Britaniyada var. Amma orada ikipalatalı sistemdir və əsasən iki partiya olur. Orada müxalifətçilik qanunla yox, ənənələrlə tənzimlənir. Müxalifətdə olan siyasi partiya özünün kölgə kabinetini açıqlayır. Hökumət nazirlərini kölgə kabinetində elan edir. Kölgə kabinetində iqtidar və müxalifətin nümayəndələri müzakirə aparır. Fikir müxtəlifliyi orada yaranır. Bu kimi ənənələr olsa da, Azərbaycanda prosesin qanunla tənzimlənməsi zamanı nəzərdə tutulan məsələni anlamıram.

 

Siyasi partiyalar və seçkilər haqqında qanunda pozitiv dəyişikliklər olsa, məncə, bu kifayətdir. Həmin məqamlar çərçivəsində müxalifətçilik fəaliyyəti davam edə bilər”.

 

 

Ümid Partiyasının sədr müavini Tamilla Qulami düşünür ki, müxalifətlə bağlı qanunun olması məhdudiyyət deməkdir:

 

“Məncə, müxalifətin, siyasi partiyaların fəaliyyətini qiymətləndirən, onun haqqını verən, onu meydandan uzaqlaşdıran da seçkilər olmalıdır, daha hansısa qanunla fəaliyyətinə məhdudiyyət qoyaraq deyil”.

 

 

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu da müxalifətçiliyi qanunla çərçivələndirməyi düzgün hesab etmir:

 

“Seçkidə ən çox səs toplayan partiya hakimiyyətə gəlir. Digər partiyalar isə müxalifətdə qalır və siyasi mübarizəsini davam etdirir. Müxaliflik konkret vəzifə deyil ki, qanunla tənzimləyək. Hər partiyanın nizamnaməsi, fəaliyyət istiqaməti var. Heç bir siyasi qurum nizamnaməsində “müxalifətçilik” öhdəliyini götürmür. Belə bir qanun qəbul olunarsa, yaranmış partiya fəaliyyətini necə tənzimləyəcək? Əvvəlcədən bəyan edəcək ki, müxalifət partiyası kimi fəaliyyətə başlayır? Deməli, başqa cür fəaliyyət göstərsə, partiyanın qeydiyyatını ləğv edəcəklər, yaxud məhdudiyyətlər qoyacaqlar. Bu, sadəcə siyasi fəaliyyətin deyil, ümumən insan haqlarının pozulması anlamına gəlir”.

Əvvəlki yazı

Bakıda özünü dənizə atan qadın belə xilas edildi – VİDEO

Sonrakı yazı

Əli Əliyevin şikayəti üzrə məhkəmənin vaxtı bilindi

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.