05-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezident “Media haqda” mürtəce qanunu geri qaytara bilər – Avropa Şurasında tək ölkəyik ki…

02 Fevral 2022, 10:43
Uncategorized
A A
Prezident “Media haqda” mürtəce qanunu geri qaytara bilər – Avropa Şurasında tək ölkəyik ki…

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2018-06-21 01:50:43Z | |

 

 

Avropa Şurasına 47 üzv ölkə var. Media azadlığında onların içərisində bəlkə də siyahının sonundan birinciyik. Hətta düşmən ölkə də indekslərdə və hesabatlarda bizdən irəlidədir. AŞ üzvləri arasında qismən Rusiya ilə “əkiz” ola bilərik. Şimal qonşumuzda da mətbuat azadlığı yox kimidir. Bizimlə birgə bir də AŞ üzvlüyünə namizəd olan Belarusu “nümunə” göstərmək olar.
Amma hakimiyyət ideoloqları və rəsmiləri Azərbaycanda medianın azad olduğuna iddia edirlər. Hərçənd Rəsulzadə haqda sənədli filmi AzTV-nin efirinə verməyən, yaydığı xəbərə görə təkcə son aylarda iki jurnalisti 500 manat cərimələyən, “Media haqda” qanunda absurd məhdudiyyətlər tətbiq edən hakimiyyətin “mətbuat azaddır” deməsi sabun köpüyünə çevrilir. Ona görə də Avropa Şurası iqtidarı Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilən “Media haqda” qanunun təsdiqindən geri çəkilməyə, dəyişikliyə çağırır.
Anaxeber.info-nun məlumatına görə, ötən həftə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Prezident İlham Əliyevə məktub yazıb. Miyatoviç Əliyevdən xahiş edib ki, parlamentin təsdiq etdiyi qanuna bir də baxsın və geri qaytarsın. Əslində, AŞ nümayəndəsinin məktubu hakimiyyət rəsmiləri tərəfindən it-bata salınmaqdadır. Yəni Miyatoviçin çağırışına reaksiyalar sıfır səviyyəsindədir. Sanki Qərbdən gələn açıqlamaların mahiyyətini dərk edirlər.
Eyni zamanda, Prezidentin qanunu indiyə qədər təsdiqləməməsi göstərir ki, hələlik müəyyən tərəddüdlər var və iqtidar daxilində Avropanın qanunu necə qarşılayacağına dair fikir mübadiləsi aparılır. “Yeni qəbul edilmiş qanun ölkədə ifadə azadlığı və media azadlığının vəziyyətini daha da pisləşdirir, media sektorunu tənzimləmək üçün dövlət qurumlarına xüsusi səlahiyyətlər verir ki, buraya lisenziyalaşdırma, jurnalistlərin işini həddən artıq məhdudlaşdırma, media şirkətləri və qurumlarının maliyyə, hüquqi və operativ fəaliyyətinə bəzi məhdudiyyətlər daxildir,” – Miyatoviçin məktubunda belə deyilir. Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.
Miyatoviç qanunvericiliyin söz və media azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır. Lakin yuxarıda dediyimiz kimi, biz AŞ-da sondan birincilərdənik. Heç bir ölkədə belə mürtəce qanun qəbul edilməyib. Sadəcə, hakimiyyət hesab edir ki, Qərbdən reaksiyalar boğazdan yuxarı çağırışlardır, əhəmiyyətsiz təzyiqlərdir, əsas sözəbaxan mətbuat formalaşsın.
Ümumiyyətlə, iqtidar tənqid eşitmək istəmir, amma bunun tam buxovlaya, ölkəni Şimali Koreyaya da döndərə bilmir, o qədər asan deyil. Monitorinqlərə görə, son bir ildə böhtan və təhqirlə bağlı 20-dən çox jurnalist məhkəməyə verilib. Hakimiyyətin qərəzli adlandırdığı “Sərhədsiz Reportyorlar” mətbuata dəstək təşkilatının dünya üzrə 2021-ci ilin Mətbuat Azadlığı İndeksinə görə Azərbaycan ötən ilə nisbətdə bir pillə irəliləyərək 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Təsəvvür edin ki, dünya üzrə ən son pillələrdəyik, “qara zolaq”dan çıxmırıq, o ki qala Avropa Şurasında 47 ölkə arasında olsun…
Ona görə Prezident hələ də parlamentin qəbul etdiyi qanunu təsdiqləməyib. Əlbəttə, təsdiqləyəcəyi də istisna deyil və ehtimal yüksəkdir. Amma hakimiyyət bununla Azərbaycan haqda çağdaş dünyada ələbaxımlı və qeyri-azad mətbuatı olan ölkə imici yarada bilər.
Sual oluna bilər ki, bizdə mətbuatın azadlığının buxovlandığını necə sübut etmək olar – gəlin reallıqları səmimi qeyd edək: ayrı-ayrı məmurların maliyyəsi ilə fəaliyyət göstərən əksər media orqanları bir mərkəzə tabedir, heç bir müstəqil jurnalist tədqiqatı aparmaq imkanları yoxdur, rəsmi informasiyadan kənara çıxa bilmirlər. Həmçinin, mərkəzi aparatdan gələn tezislər əsasında materiallar hazırlanır və istənilən mövzuda yazmamaq qadağası tapşırığı gələ bilər, əksəriyyəti də əmrə müntəzirdirlər.
İkinci kateqoriya – söz eşitməyən media qurumlarının sıxışdırılmasıdır. Əvvəlcə, tənqidi və yaxud araşdırma məqaləni silmək tələb olunur, icra edilməyəndə xəbərdarlıq edilir, ən sonda hüquq-mühafizə orqanlarında profilaktik söhbət aparılır. Üçüncü problem jurnalistlərin müstəqil araşdırma aparmaq, dövlət qurumlarına sorğu göndərib məlumat əldə etmək imkanları son dərəcə məhduddur.
İndisə qəbul edilən “Media haqda” qanun təsdiqlənərsə, mətbuatın meydanı daha da daralacaq. Çünki media reyestrinin yaradılması nəzərdə tutulur və adı qeydiyyatda olmayan jurnalistlər təcrid ediləcək, çıxdaş olunacaq, hətta zaman-zaman müxtəlif dövlət strukturları “Sənin adın media reyestrində yoxdur” bəhanəsi ilə müstəqil KİV-lərin nümayəndələrini sıxışdıra biləcəklər. Beləliklə, heç bir Qərb standartlarına cavab verməyən, Avropada rast gəlinməmiş media qanunları Avropa Şurasının üzvü olan Azərbaycanda tətbiq ediləcək. Ümumiyyətlə, yeganə ölkəyik ki, AŞ qarşısında götürdüyümüz bəzi öhdəlikləri yerinə yetirmirik. Onlardan biri İctimai TV yayımı haqda öhdəliklərin dürüst icra edilməməsi, digəri isə mer seçkilərinin keçirilməməsidir. Bunun üzərinə Qərb dövlətlərindən uzaqda media “standart”larının gətirilməsi AŞ üçün bəyənilən deyil.
Bu qanun müstəqil KİV-lərin, frilanser jurnalistlərin işini xeyli dərəcədə məhdudlaşdıracaq. Xüsusən audio və video yazının qarşı tərəfin razılığı olmadan yayılması tələbi qədər həmin qanunda ikinci belə absurd müddəa yoxdur. O baxımdan hakimiyyət parlamentdə bir deputatın belə etiraz etmədiyi və ucdantutma hamının lehinə düyməsinə basdığı qanunun təsdiqi üçün “min ölçüb bir biçməlidir”.

Əvvəlki yazı

Azərbaycanın gələcəyi gənclərimizdən və uşaqlarımızdan asılıdır

Sonrakı yazı

Bakıda ərəblər qızı evə çağırdı – Başına oyun açdılar (FOTO)

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edildi

05 Sentyabr 2025, 15:10
Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

Aynur Camalın agentliyi özünü doğrultmadı – Əməkdaşlar kütləvi işdən çıxarıldı

05 Sentyabr 2025, 14:52
Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

Salyanda yolları 1,3 milyona təmir edəcək “VNM İnşaat” kimindir?

05 Sentyabr 2025, 14:51
Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

Müğənni Mənzurəyə fantastik qiymətə üzük alındı – Nişan efirdə olacaq

05 Sentyabr 2025, 14:48
Prezident SƏRƏNCAM imzaladı

Prezident SƏRƏNCAM imzaladı

05 Sentyabr 2025, 14:46

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

05 Sentyabr 2025, 14:45
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Sentyabr 2025, 14:44
Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.