25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır”

01 Fevral 2022, 13:20
Cəmiyyət
A A
Deputat: “Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır”

“Bakıda 1 milyona qədər avtomobil var, ancaq şəhərdə parklanma yerlərinin sayı 20-30 min arasındadır. Bəs vətəndaş avtomobilini harada saxlasın? Avtomobili saxlamağa yer yoxdursa, cərimələr niyə artırılır, vətəndaş nə etsin?”

Reportyor.info-nun bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.

Bu sahədə cərimələrin artırılmasının yolverilməz olduğunu vurğulayan F. Mustafa deyib ki, Bakıdan Şamaxıya qədər yollar sarı xətdir: “İndi necə edək, Bakıdan Şamaxıya qədər yolda avtomobili saxlamayaq? Cərimələrin artırılması ilə pis vəziyyətdə qalan vətəndaş olacaq. Azərbaycanda alternativ tramvay, trolleybus xətləri var? Burada siyasət dəyişməli və tamamilə yeni baxış ortaya qoyulmalıdır”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev nəzərə çatdırıb ki, səkilərin yaxınlığında avtomobillərin saxlanılmasına görə 40 manat cərimənin tətbiqi ciddi problemlər yaradacaq: “İstanbulda qar yağdı, şəhər bir həftə iflic vəziyyətində qaldı. Bakıda qar yağsa, yol işarələri necə görünəcək? Yolların kənarında parklanmaya gəlincə, bəzi yerlərdə ciddi tədbirlər görülməlidir ki, piyadalara mane olmasın. Ancaq elə yerlər var ki, səki genişdir, avtomobil saxlananda piyadalara mane olmur. Bakıda cəmi 20 minə qədər parklanma yeri var. Mən komitədə qanun layihəsinin müzakirəsindən sonra çıxdım, Mətbuat prospektində yol kənarında yüzlərlə avtomobil saxlanmışdı. Bu qanun layihəsində bu məqamlarla bağlı ciddi düşünməli, tələsməməliyik. Bu qanun tək Bakı yox, bütün Azərbaycan üçün qəbul olunur”.

Deputat belə maddələrin qəbulunu gələcəyə saxlamağı, indiki şəraitdə layihədən çıxarmağı təklif edib.

Deputat Fəzail Ağamalı da Bakıda parklanma sahəsində ciddi problem olduğunu vurğulayıb: “Yeganə həll yolu Bakıda uzunmüddətli parklanma yerlərinin yaradılmasıdır. Geniş meydanların, küçələrin altında da parklanma yerləri yaradıla bilər. Bunun şəhərsalma sisteminə daxil etməklə həll edə bilərik. Bakıda kanalizasiya və parklanma problemləri şəhər üçün iki ciddi problemdir, bunları sistemli həll etmək lazımdır. Heç bir cərimə, inzibati tədbirlərlə belə parklanmanın qarşısını ala bilməyəcəyik. Sürücü yolda düşüb kioskdan qəzet alanda avtomobilə cərimə gəlir. Bu, düzgün deyil. Bir dəqiqə, 5 dəqiqəyə saxlanmaya görə belə cərimələr yolverilməzdir. Xüsusən, təhsil müəssisələrinin qarşısında avtomobilin bir-iki dəqiqəyə görə saxlanılması ciddi narazılıq yaradır”.

Deputat Rüfət Quliyev 1 il əvvəl bu problemi qaldırdığını xatırladıb: “Bakı Nəqliyyat Agentliyinin konsepsiyası olmalıdır, konsepsiyası yoxdur, 5-6 nəfər şəhərə düşüb, avtomobilləri gah orada, gah burada çəkir, cərimələyir. Bəsti Bağırov küçəsində Bakı Nəqliyyat Agentliyi guya layihə həyata keçirir, 50-70 metr səki yaradıblar, o yalda 10-15 maşın saxlamaq olar. Nəyə lazımdır belə səki? Onu, bunu çəkməklə, cərimələməklə məsələ həll olunmur. O cərimə pulları hara gedir? Bakı Nəqliyyat Agentliyi məsələnin həlli üçün konsepsiya hazırlamalıdır. Yolu daraldır, istehkamlar qururlar, belə olmaz. Bakı Nəqliyyat Agentliyini tənqid edəndə də deyirlər ki, deputat niyə tənqid edir?!”

Əvvəlki yazı

Parlament Şuşa Bəyannaməsini təsdiqlədi

Sonrakı yazı

Tağı Əhmədovun ayaqları tutulub – Əlil arabasında gəzdirilir….

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.