29-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əmirullayev də bata bilmir – istefa versin?

31 Yanvar 2022, 11:19
Sosial
A A
Əmirullayev də bata bilmir – istefa versin?

Gəlin, son 1 ayın KİV-də yayılan statistikasına göz ataq: Bakıda 9 saylı tam orta məktəbin direktoru Zinyət Əhmədovanın iki şagirdə foyedə şillə vurması görüntüləri yayılır.
Sonra paytaxtın 117 saylı məktəbində müəllimin şagirdin başını divara çırpması valideyn tərəfindən ictimailəşdirilir.
Ardınca şəhərin 165 nömrəli məktəbində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı kadrlar yayımlanır, çox keçmir ki, Ağstafada məktəb direktorunun rüşvət istəməsinin audio yazısı üzə çıxır.
Bu da son olmur, Xırdalanda bir məktəbdə şagirdlərin tədrisə uyğun olmayan hərəkətləri sosial şəbəkədə paylaşılır. Beləliklə, yanvar ayında ard-arda təhsil ocaqlarında özbaşınalıqları əks etdirən kadrlar yayımlanır.
Lakin bütün bunlar nə ilkdir, nə son. Çünki axtarsaq, total şəkildə bu hallarla qarşılaşmaq mümkündür. Bəs, bu videoların ardıcıl olaraq yayılması təsadüfdürmü? – İnandırıcı görünmür.
Hiss olunur ki, təhsil naziri Emin Əmirullayevin bacarıqsızlığı, səriştəsizliyi, təhsil adamı olsa da, yaxşı idarəçi, təşkilatçı, islahatçı olmadığı, nazir postuna layiq görülmədiyi təsəvvürü yaratmaq məqsədi güdülür. Bu sözlərdə xeyli həqiqət payı var.
Anaxeber.info bildirir ki, E.Əmirullayev Misir Mərdanovdan sonrakə təyinatlar arasında təhsil sahəsinə birbaşa aid olan nazirdir. Mikayıl Cabbarov və Ceyhun Bayramov vergi-maliyyə sektoru üzrə ixtisaslaşmış məmurlardır, Emin Əmirullayev isə təhsilin nəzəriyyəsini bilən kadrdır, di gəl, idarəçilik qabiliyyəti qaneedici deyil. Nəticədə onun yarıtmaz olduğu haqda ictimai rəy formalaşdırmaq üçün ayrı-ayrı məktəblərdən rəzil görüntüləri tirajlanır.
Odur ki, bunun köhnə qvardiya tərəfindən təşkil edilmiş bir hücum kampaniyası, yaxud qara piar olduğu ehtimalını mülahizə kimi irəli sürməklə yanaşı, deməliyik ki, reallıq da göz deşir – Əmirullayev islahat apara bilmir, təhsil sektorunda “köhnə hamam, köhnə tas” davam edir, direktorlar, müavinlərin içində xeyli dəllal, sələmçi, lombard alverçisi tapmaq olar, “fond pulu” yığışdırılmayıb, (baxmayaraq ki, nazirin müəyyən təklifləri səslənmişdi), o cümlədən, təhsilin keyfiyyətində də irəliləyiş müşahidə olunmur, üstəlik, bu neoarxaik problemlərin üzərinə bir də məktəblərdə nəzarətsizlik, səhlənkarlıq, şagirdə şiddət faktları gəlməkdədir.
Belə məlum olur ki, Əmirullayev reformist deyil, yaxud istəsə belə, qətiyyətli addımlar ata, köklü dəyişikliklər edə bilmir. 2020-ci ilin 27 iyulunda nazir təyin edilən Əmirullayevin 6 ay sonra postunda iki ili tamam olacaq.
Nəzərə alsaq ki, tədris ilinin də başa çatmasına cəmi 4 ay yarım qalıb, o zaman bu müddətdə təhsil sektorunda hər hansı inqilabi qərarlar, dəyişikliklərə də ümid bəsləmək olmaz. Deməli, 5-ci təhsil nazirimiz də bu vəzifədə iki ilini boşa verdi.
Əlbəttə, “kənardan danışmaq asandır” deyə bilərsiniz. Xüsusilə təhsil kimi ağır bir sahə, illərlə qalaqlanmış problemlər, mafiyalaşmış təhsil şöbələrinin müdirləri, yüksək vəzifəli şəxslərə bağlantıları olan məktəb direktorları – bunların öhdəsindən gəlmək bir günün işi deyil, şəbəkələşmiş korrupsiya piramidası var.
Lakin sadalanan problemlərin radikal şəkildə həlli qəliz görünsə də, ən azı buna qarşı mübarizə elementlərini görməliydik. Amma Əmirullayev bu müddət ərzində hansı müqaviməti göstərib? Hansı real addımlar atıb?
Anaxeber.info yazır ki, konkret və təcili görülməli tədbirlər var. Əgər Təhsil Nazirliyi, Bakı şəhər Təhsil İdarəsi səmimidirsə, ictimaiyyətlə birgə səfərbər olmalı, ən azı müəyyən mübarizə tədbirləri görməlidirlər. Sözsüz ki, ardıcıl olaraq yayılan görüntülərdən sonra inzibati tədbirlər görülüb, töhmət alan, işdən çıxarılanlar olub, amma çıxış yolu deyil.
İlk növbədə Əmirullayev sərt şəkildə əmr verməlidir və məktəblərdə “fond pulu” söhbəti qanqrena kimi kəsilib atılmalıdır. Və ictimaiyyətə bəyan edilməlidir ki, bu prosesdə səfərbər olsunlar, əgər hansısa məktəb direktoru haqda bir kəlmə qulağa çatsa, dərhal işinə xitam verilsin!
İkincisi, təhsilin təminatında keyfiyyət artırılmalıdır. Hətta bu adda agentlik fəaliyyət göstərir, profili, funksiyası bəlli deyil, nə işlə məşğul olduğu da bilinmir.
Nazir bu məsələdə də iradə nümayiş etdirməlidir. Məktəblərdə nəzarət, dərsə davamiyyət, təhsilin keçirilməsinin səviyyəsinin artırılması ilə yanaşı direktorlarla bağlı real tədbirlər lazımdır. Çünki bir sıra məktəblərin direktorları alverçi, bazarkom xarakterinə malikdirlər, bürokrata çevriliblər, rüşvətə bulaşıblar.
Eyni zamanda, təhsil sektorunda islahatlar sidq-ürəkdən istənilirsə, Azərbaycan hakimiyyətinin də bu məsələdə iradəsi, mövqeyi, tələbi olmalıdır.
Hakimiyyətin təhsilə diqqəti nəqliyyat, tikinti xərclərinə qoyulan sərmayədən qat-qat azdır. Ona görə pullu insanlar övladlarını özəl məktəblərdə oxudur, xaricdə tələbə olmağa göndərirlər.
Hakimiyyət də, nazirlik də yaxşı bilir ki, bəzi məktəb direktorları və müavinləri çirkab içindədirlər, valideyn komitələrinin işi müəllimlərə pul yığmaqdan ibarətdir. Bax, bu məsələlər üçün siyasi iradə olmalıdır. Olacaqmı?

Əvvəlki yazı

“ONLAR XANKƏNDİDƏN QORXAQCASINA QAÇMIŞDILAR…” – PREZİDENT

Sonrakı yazı

11-ci sinif şagirdi qəfil ölüb – Lənkəranda

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.