22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Müğənniyə ev, maşın alan məmur həbs oluna bilər

26 Yanvar 2022, 18:14
Maqazin
A A
Müğənniyə ev, maşın alan məmur həbs oluna bilər

 

İfaçı Kəmalə Qaramollayeva ona maddi dəstək olan vəzifəli şəxsdən danışıb. İfaçı həmin vəzifəli şəxsin ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirib. Sitat: “Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Bilirsiniz də, xanımlara bir çox təkliflər olur. O, çox təkid edirdi. Dedim ona bildirin ki, mən təmiz insanam. O, mənə yardım etmək istəyirdi. Mən onun yardımından imtina etdim. Həmin insan çox təəccübləndi. Deyib ki, mən bunu araşdıracam, əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı”.

İfaçının bu açıqlaması sosial şəbəkələrdə müzakirə edilən mövzulardan birinə çevrilib. Vəzifəli şəxsin kimliyi ilə bağlı ən müxtəlif fikirlər qeyd olunub. Ən diqqətçəkən məqam isə vəzifəli şəxsin bir ifaçıya ev və maşın bağışlayacaq qədər vəsaiti hansı mənbədən əldə etməsi ilə bağlı olub. İstifadəçilər ifaçını ev və maşın bağışlamaqla xoşbəxt edən vəzifəli şəxsin korrupsiyaya qurşanmış biri olması ehtimallarını bölüşürlər.

Azərbaycanda vəzifəli şəxslərin minimum əmək haqqı 624 manat, maksimum isə 3084 manatdır. Bəs kimdir, hansı vəzifəli şəxsdir ifaçı Qaramollayevanı bahalı hədiyyələrlə sevindirən? Vəzifəli şəxsin əməli korrupsiya predmetinə görə araşdırılmalıdırmı?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hər bir kəs sərəncamında olan şəxsi vəsaitindən sərbəst şəkildə istifadə etmək hüququna malikdir: “Məsələn, Kəmalə Qaramollayeva desəydi ki, filan iş adamı mənə ev və maşın bağışlayıb, məsələnin hüquqi baxımdan hər hansı bir araşdırma mövzusuna çevrilməsi doğru olmazdı. Çünki iş adamı pulu öz biznesindən qazanır. Özü istədiyi kimi də xərcləyə bilir. Yəni ona kimsə niyə pulunu aparıb filankəsə verdin, hədiyyə etdin iradını bildirə bilməz. Kəmalə Qaramollayeva isə deyir ki, ona evi və maşını vəzifəli şəxs bağışlayıb. Həmin vəzifəli şəxsin kimliyi araşdırılmalı, onun bir müğənniyə ev və maşınını hansı mənbədən əldə etdiyi vəsaitlə bağışladığı aydınlaşdırılmalıdır. Əgər həmin vəsaitin mənbəyi dövlət büdcəsi olubsa, o, istintaqa cəlb edilməli, Qaramollayevanın sərəncamında olan maşın və evin üzərinə həbs qoyulmalıdır. Bundan sonra iş məhkəməyə göndərilib müvafiq hökmlə ev və maşın geri alınmalı, dövlətə vurulan ziyan da ödənməlidir”.

Hüquqşünas deyir ki, ümumilikdə Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət mexanizmi şəffaf deyil və bu, antikorrupsiya tədbirlərinin effektivliyini minimallaşdıran əsas amildir: “Büdcə pullarına ictimai nəzarət güclənməlidir ki, vəzifəli şəxslər büdcə pulları ilə öz şəxsi vəsaitlərini qarışdırıb dağıtmasınlar. Büdcə vəsaitinə nəzarət etmək üçün yaradılan qurumlar nəzarəti həyata keçirə bilmirlər. 1000 manat məvacib alıb az qala yarısını kommunal xərclərə verən vəzifəli şəxs əlbəttə ki, bunu etmək istəməyəcək. O, büdcə puluna əli çatan vəzifəli şəxsin əlinə baxan olacaq. Bu gün büdcə təşkilatlarında korrupsiya cinayəti adi haldır. İri məmurların həbsləri ilə vəziyyət dəyişməyəcək. Nə qədər büdcə vəsaitlərinin xərclənməsində örtülü bazar olacaqsa, belə hallar da var olacaq. Antikorrupsiya tədbirləri də istənilən nəticəni verməyəcək”.

Hüquqşünas deyir ki, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət sayılmır: “Qaramollayevanın vəzifəli şəxs dediyini istintaqa cəlb etsələr belə, onun vəsaitinin mənşəyini rəsmi qaydada təqdim etməsi tələb edilə bilməz. Qanun yol vermir. Azərbaycanda dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsi qaydası yoxdur. Daha doğrusu, bununla bağlı müəyyən işlər görülsə də, uzun illərdir proses yubadılır. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir. Ölkədə korrupsiya cinayətlərinin qarşısını almaq çətin olacaq. Hər yeni yaradılan nəzarət qurumu əlavə korrupsiya cinayətinə yol açır, korrupsiyanın miqyasını daha da böyüdür. Korrupsioner bir yoxlayıcını yola salmaq üçün 5 manat xərcləyirsə, hər ikisinə nəzarət edənə – həm yoxlayıcıya, həm də yoxlanan quruma – 5 yox, 15 manat verməli olur. Nəticədə büdcədən 10 manat deyil, 30 manat oğurlanır. Belə pullar gec-tez harınlıq yaradır, qanunların işləməsini əngəlləyir və dövlətin əsaslarının sarsıdılmasına gətirib çıxarır. Müğənniyə kimsənin ev və maşın bağışlamasında qəbahət yoxdur. Amma həmin kimsənin vəzifəli şəxs olması məsələnin mahiyyətini dəyişir, Azərbaycan reallığını, vəzifəlilərin büdcədən çırpışdırdıqları vəsaitlərin hansı istiqamətlərə xərcləmələrini ortaya qoyur”.

Мама из г. Баку за день з

Əvvəlki yazı

Azərbaycanda “Omikron”a yoluxma sayının artması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sonrakı yazı

Baş Prokurorluqdan bu şəxslərə XƏBƏRDARLIQ

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.