09-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Qədim Kapadokyada Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

11 Avqust 2018, 09:50
Cəmiyyət
A A
Qədim Kapadokyada Azərbaycan şəhidləri abidəsinin açılışı olacaq

Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü, Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 100-cü ildönümü” tədbirlərdə iştirak etmək üçün Kapadokyaya səfərə gedən Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Uçhisar bələdiyyə başqanı Ali Karaaslan ilə görüşüb.

İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Kapadokya arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili bələdiyyə başqanı ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğaldan azad edəcəyik,” – deyib. Millət vəkili Q.Paşayeva qədim Kapadokyada, Üçhisarda Azərbaycan şəhidləri abidəsinin açılışı təklifi ilə çıxış edib və bələdiyyə başqanı A.Karaaslan millət vəkilinin təklifini qəbul edərək tezliklə reallaşacağını və həmin açılışa millət vəkilinin də dəvət olunacağını deyib. Millət vəkili Q.Paşayeva onun təklifini nəzərə alaraq bir il əvvəl Kapadokyada Qarabağ küçəsinin açılına görə Üçhisar bələdiyyə başqanına bir daha təşəkkürünü bildirib və hər il Kapadokyada Azərbaycan, Azərbaycan-Türkiyə münasibətlərinin dünəni, bu günü, gələcəyi, Qarabağ problemi, Xocalı soyqırımı, Türk dünyası ilə bağlı tədbirlərin keçirilməsinin önəmindən danışıb və gələcəkdə də bu tədbirlərin davamlə şəkildə davam edəcəyinə inandığını deyib, hər zaman bu tədbirlərdə iştirak ediyini deyən millət vəkili bundan sonra öz iştirakını məmnuniyyətlə davam etdirəcəyini deyib. Azərbaycanı çox sevdiyini deyən Uçhisar bələdiyyə başqanı Ali Karaaslan ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Üçhisarı da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Uçhisar bələdiyyə başqanı Ali Karaaslan bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət və görməkdən məmnun olarıq deyib. Görüşdə Q.Paşayeva qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib və Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib. Görüşün sonunda millət vəkili Uçhisar bələdiyyə başqanı Ali Karaaslana Azərbaycan tarixi və mədəniyyətinə aid materiallar hədiyyə edib. Millət vəkili Q.Paşayeva eyni zamanda Kapadokyada bir sıra təşkilatların rəhbərləri ilə də görüşüb.

Əvvəlki yazı

ATƏT-dən bloklanan saytlarla bağlı hökumətə çağırış

Sonrakı yazı

“Bu il ixtisar olunmuş 1287 nəfərə işsizlikdən sığorta ödənişi verilib” – Sahil Babayev

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.