24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Çörək qalxdı heç nə demədik, heç olmasa dərmanları qaldırmayın…” – Şeyx Əbdül

11 Yanvar 2022, 15:10
Cəmiyyət, Manşet
A A
“Çörək qalxdı heç nə demədik, heç olmasa dərmanları qaldırmayın…” – Şeyx Əbdül
Xalq artisti, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Şeyx Əbdül Mahmudov ölkədə olan bahalaşmaya münasibət bildirib.
O, Bakupost.az -a açıqlamasında deyib ki, acınacaqlı vəziyyət yaranıb:
“Əvvəla insanların büdcəsi olsun ki, sonra biləsən bu bahalaşmanın büdcəyə ziyanı və xeyri nədir. Sənət adamının büdcəsi harda ola bilər ki? Hətta bu pandemiya ortalığa çıxandan sonra teatrlar, studiyalar, verilişlər hamısı bağlanıldı. Ona görə də sənət adamları üçün bu ikiqat çətindir. Cəmiyyətlə, dövlətlə, qanunla bağlı hər hansı bir yenilik olursa, birinci əzabı, ziyanı sənətçilərə dəyir. Çünki dilənçi kökündə yaşayan sənətçiyə nə etsən o özünə gələr? Bu boyda Azərbaycan xalq artistinə 180 manat pul verərlər? Bu, sadəcə ayıbdır. Azərbaycanda 50-60 xalq artisti var. Onların hərəsinə 1000-2000 manat vermək nə böyük şeydir”.
Xalq artisti bildirib ki, sənət adamları bir yaşdan sonra ciddi müalicəyə ehtiyac duyur, amma qiymətlərin bahalığı onların vaxtında səhhətlərinin qayğısına qalmalarına imkan vermir:

“Hazırda məni müflis edən apteklərdir. Mən xəstəliklə mübarizə aparıram. Cənab Prezidentə deyirəm ki, vallah pandemiyanın bizimlə işi yoxdur, bizi qıran, məhv edən apteklərdir. Çörək qalxdı heç nə demədik. Heç olmasa bu apteklərə nəzarət edilsin. Bunlara nəzarət edilmədiyi üçün qiyməti qaldırırlar, haram xoşları olsun. İnşallah axirət dünyasında yanacaqlar. Heç olmasa aldığımız dərmanların xeyri olsun, o da yoxdur. Hamısı vaxtı keçmiş, içərisi dəyişdirilmiş… heç bir xəstəyə kömək etmir. Məni müalicə edən həkimlər resept yazan kimi deyirlər ki, bunları ya Türkiyədən, ya İrandan, ya da Rusiyadan gətizdir. Belə şey olarmı? Od qiymətinə bu millətə dərman satırsız, insan sağlamlığı üçün gedir dərman alır, amma dərmanların hamısı keyfiyyətsizdir. Qiyməti bir gecədə, bir dəqiqəyə qaldırırlar. Nəyə görə Tarif Şurası xalqı adam yerinə saymır? Tarif Şurası kimdir, kimin uşaqlarıdır? Maraqlanaq ki, onlar nə qədər maaş alırlar. O Tarif Şurasında olan adamların uzaq qohumlarından biri Vətən Müharibəsində iştirak edibmi? İcra başçılarının, nazirlərin övladları xaricdə kef edirlər. Bu Tarif Şurası xalqı adam yerinə qoyub bir məsləhət etsin, nə olar ki?”.
Şeyx Əbdül əsl sənət adamlarının siyahısının tutulmasını, onlara yardım edilməsini vacib hesab edir:
“Mən cənab Prezidentə müraciət etmək istəyirəm. Bizə qalibiyyət yaradan ilk Prezidentimizsən və 30 ilin rüsvayçılığını üzərimizdən götürmüsən. Ona görə də son nəfəsimizə kimi sənin arxandayıq. Çünki əsl Azərbaycan xalqı qədir bilən xalqdır. Amma mən cənab Prezidentə müraciət etmək istəyirəm ki, tapşırılsın normal, əsl xalq, əməkdar artistlərinin, aktyorların siyahısı tutulsun və onlara dəstək olunsun. Bizə verilən evləri xahiş edirəm təmir edib versinlər. Mənim üçün ikinci bir yük də budur. Bir tərəfdən ad olur ki, mənə ev verilib, ağzı bağlı qalıb orda. İstədim ki, təmir edim, sonra pandemiya gəldi və 30-40 min də ziyana düşdüm. Tikinti materialları, usta xərci də kəllə-çarxa qalxdı, 50 min borca düşdüm, ev də yarımçıq qaldı. Ad da oldu mənə ev veriblər. Belə evi verməyin nə mənası var? Verirsiz, heç olmasa normal ev verin. Azərbaycanda maksimum 100 nəfər xalq artisti var. Bu 100 xalq artistinə 1000 manat vermək yüz min manat edir. Hansı ki, oliqarx uşaqlarının bir gecədə restorana o pulu xərcləyirlər. Ayda bu məbləği vermək nə böyük şeydir axı? Cırıq şalvar, yamaqlı köynək nə vaxta kimi geymək olar? Burda da deyirlər ki, xalq artistisən. Mən həm xalq artistiyəm, həm əməkdar incəsənət xadimiyəm, həm dövlət mükafatı laureatıyam, həm Milli Yaradıcılıq Akademiyasının Elmlər doktoruyam, amma nə olsun. Ortalıqda heç nə yoxdur. Sağ olsun mənə təqaüd veriblər. Əgər o təqaüd olmasaydı, acından qırılardıq. O Təqaüdün hamısı uşaqların məktəb, yol, artırılan işıq, qaz, çörək, una ancaq çatır. Deyərdim ki, heç o da çatmır. İnsanların taleyi məişət, sosial qayğılardan başlayır. Bu gün Azərbaycanda hər bir ailəyə ayda 2000-3000 pul vermək çox asan və mümkündür. Sadəcə oğurluğun, rüşvətin qabağı alınsın. Milyardları çapanlar, talayanlar, villaları göz qabağında olanların uşaqları xaricdə kef edənlərin hamsı bəllidir. Alın pulları onlardan camaata qaytarın. Yaxud onlardan pullar alınıb bura investisiya qoysunlar, iş yerləri açsınlar ki, heç olmasa bu əhali normal dolansın. Oğurluyub aparırlar və xeyri də xaricə verirlər. Bu xalqın siması onun sənət adamları, elm-mədəniyyət xadimləridir. Mən normal, əsl sənət adamlarından danışıram. Bu sənət adamlarının siyahısı tutulsun və tapşırılsın bir neçə oliqarxa ki, bunlara hər ay müəyyən dolanışıq verilsin”.
Əvvəlki yazı

ÜST: Omicron ştamından ölüm halları yüksək deyil

Sonrakı yazı

Nazirin dostu agentliyi “dostluq” şirkətinə çevirib – İddialar

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.