Reportyor.info sosial şəbəkə seqmentində ilin fəal deputatlarının kim olması ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edən sosial media istifadəçiləri parlamentin hansı üzvlərinin aktiv olduqlarını açıqlayıblar.
Sorğu iştirakçılarının fikrincə, Milli Məclisin üzvləri siyahısında Arzu Nağıyev, Zahid Oruc, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Adil Əliyev, Aqil Abbas, Qənirə Paşayeva, Vahid Əhmədov ilin fəallığı ilə seçilən deputatlarıdır.
Bəzi sosial şəbəkə aktivistləri isə hesab edirlər ki, spiker Sahibə Qafarova, Cavid Osmanov, Şahin İsmayılov, Ramil Həsən, Nigar Arpadarai, Elman Nəsirov, Hikmət Babaoğlu ilin fəallarıdırlar.
Həmçinin, Tahir Kərimli, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Elman Məmmədov, Aydın Hüseynov, Fəzail Ağamalının adlarını çəkənlər də var.