04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dində Yeni ili qeyd etmək haramdır? – İlahiyyatçıdan açıqlama

24 Dekabr 2021, 17:31
Manşet
A A
Dində Yeni ili qeyd etmək haramdır? – İlahiyyatçıdan açıqlama

Hər il olduğu kimi, bu il də Yeni il ərəfəsində bir çox sosial şəbəkələrdə “bu profilin sahibi Yeni ili qeyd etmir” tipli, üzərində çarpaz xətt çəkilmiş Yeni il şəkillərinin olduğu insanlar tez-tez paylaşımlar edirlər.

Bəs görəsən, uşaqların və əksər böyüklərin marağına səbəb olan şam ağacının qurulmasında, Yeni il şənliklərində iştirak etməkdə, Şaxta Babayla şəkil çəkdirməkdə hansı qəbahət var? İslam dini bu əyləncəni qadağan edirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri Yeni ilin sırf xristian bayramı kimi qələmə verilməsinin düzgün olmadığını deyib:

“Yeni il anlayışında bir neçə məsələ var. Birincisi, Yeni il həqiqətən xristianların bayramıdırmı? Yaxud xristianların özlərinin bu məsələ ilə bağlı fikirləri, görüşləri nələrdir? Yaxud bunun İslamdakı bayramlardan fərqi, özəlliyi, eyniliyi nələrdir? Bir insan Ramazan bayramını qeyd etsə, yaxud Qurban bayramında qurban kəsərsə, müsəlman olurmu? Yaxud qurban kəsməzsə müsəlman sayılmazmı? Əvvəlcə bu kimi suallara cavab tapılmalıdır.

Xristianlarla bağlı məsələyə gəldikdə, onlar bu bayrama “Christmas”, “Noel”, “Milad” deyir. Yəni bu sözlər bir ifadənin fərqli dilərdə olan versiyalarıdır. “Christmas” İsa Məsihin doğumu ilə bağlı istifadə olunan ifadədir. Amma xristian teologiyası ilə baxsaq görərik ki, onlarda İsa peyğəmbərin hansı tarixdə doğulması heç bəlli deyil. Çünki era İsa peyğəmbərin doğumu ilə sıfırıncı ildə başlamasına baxmayaq, bütün xristian teoloqları belə bir məqamı qeyd edirlər ki, İsa peyğəmdər eradan əvvəl ya dördüncü, ya da beşinci ildə dünyaya gəlib. İlin dekabrın sonunda gəlməsi ilə bağlı belə bir fikir də var, həmin dövrdə xristianlığı rəsmi din halına gətirən Roma olub. 313-cü il fərmanı ilə xristianlığın Roma imperatorluğunda yayılması dövlət tərəfindən himayəyə götürülür. Həmin dövrdən xristianlıq rəsmi din halına gələnə qədər, yəni ilk 3 əsrdə yeni il, İsa peyğəmbərin doğumu, Yeni il anlayışı olmayıb. Bu, dinin rəsmi olmasından sonra insanları bir çətir altında birləşdirmək üçün meydana gəlib. Çünki Roma özü paqan, yəni bütpərəst din anlayışına sahib idi. Paqanizmdə isə nə rəsmi din qurucusu, nədə yazılı hər hansı qanun olur. Həmin dövrdə  Mitraizm yayılırdı. Bu, Roma imperiyasında Xristianlıqla bərabər yayılan və onunla rəqabət aparan İran, hind  məşəli bir din idi.  Onlar Günəş Tanrıçasını dekabrın 25-i ilə əlaqələndirirdilər və elə qeyd edirdilər. Ona görə də xristianlıq rəsmi din halına gələndən sonra bunu İsa peyğəmbərin anadan olması ilə əlaqələndirdilər. Konkret olaraq Yeni ilin qeyd edilib, edilməməsi hər kəsin şəxsi yanaşmasıdır. Mən düşünürəm ki, bir insan buna dini məqsədlərlə yanaşmırsa, onu rituallaşdırmırsa, ibadət halına salmırsa, onu heç kəs qınaya bilməz. Qeyd etməyənləri də qınamaq düzgün deyil, bu onların fikri və yanaşmasıdır. Təbii ki, Yeni ili ibadət halına çevirmək doğru yanaşma deyil”.

Onun sözlərinə görə Yeni il  bu gün sırf kapitalist maraqlara xidmət edən bayram halını alıb:

“Faktiki olaraq bu gün kapitalizmin dini, mənəvi məslələri də hesaba qataraq Yeni ili keçirməsi isə tamamilə başqa məsələdir. Yeni il ərəfəsində insanlar bu gün bir-birinə yardım edirmi? Xeyr, bunu görmürük. “Sent Klaus” deyilən Əziz Nikolas adlı xristian rahibin özünün hədiyyə paylamaq anlayışı var idi. Gəlin, görək biz bunu bu gün görürükmü? Yeni il bu gün kapitalist istehlakçılığına yönəlmiş bayram kimi qarşımıza çıxır. Bayramı keçirənlərə və keçirməyənlərə heç kim heç bir şəkildə bir söz deyə bilməz. Biz sekulyar dövlətdə yaşayırıq”.

Əvvəlki yazı

“Komando briqadasının yaradılması bizim üçün yenilikdir” – Dövlət başçısı

Sonrakı yazı

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.