Müğənni Nüşabə Musayeva Yeni ildə səhnəyə çıxmaqdan imtina edib.
Reportyor.info xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında yazıb.
O, 31 Dekabrı şəhid anaları ilə birgə keçirmək istədiyini deyib:
“Yeni il gecəsi səhnə çıxışlarından imtina etdim. Həmin gecəni tək qalmış şəhid analarını evimə dəvət edirəm. Həmin gecəni sizlərlə bərabər evimdə bir masa arxasında oturmaqdan qürur duyuram”.
