04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”…

08 Avqust 2018, 14:50
Cəmiyyət
A A
“Neft daşları”ında neftçilərə baha qiymətə yararsız yemək sırıyan “Xəzər İaşə”…

Bu günlərdə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “facebook” sosial şəbəkəsində “Neft Daşları” NQÇİ-də çalışan neftçiləri yeməklə təmin edən podratçı şirkət “Xəzər İaşə” MMC barədə bir sıra ciddi ittihamlar irəli sürüb. Hüquq müdafiəçisinin bildirdiyinə görə, uzun illərdir bu şirkət neftçilərə keyfiyyətsiz yemək, içmək üçün yararlı olmayan su satır, üstəlik “Neft Daşları”ına su qablarında spirt daşıyır və neftçilərə satır. Habelə platformalarda bu şirkətə məxsus mağazalarda xəlvəti araq satışı təşkil edilib.

Mirvari Qəhrəmanlının “Facebook”da yazdıqlarından: “Xəzər İaşə” MMC-nin Neft Daşlarındakı yeməkxanasının əbədi və əzəli sahibinə sual: İşçilərə satdığın yeməyin üstünə qoyduğun nazik balıq dilimini niyə 2 manata satırsan? İşçilər yeməyin keyfiyyətindən narazıdırlar. Rəhbər işçilərə yedizdirdiyin yeməyin keyfiyyəti ilə işçiyə yedizdirdiyin yeməyin keyfiyyəti niyə fərqlidir?”.

Qəhrəmanlı daha sonra “Xəzər İaşə”yə məxsus yeməkxanadan fotogörüntü paylaşaraq masanın üstündəki xan arağına diqqət çəkir: “Neftçi dili ilə desək “zavodskoy araq” dənizə hansı vasitələrlə gətirilir? Deyəsən, stolun üstündə balıq da var.Təsadüfən o balıqçı qayıqlarının tutduğu balıq deyil, Xəzər İaşə?”

Qəhrəmanlı növbəti statusunda “Neft Daşları” NQÇİ-nin Mübariz adlı əməkdaşının iyulun 24-də özünü 5-ci mədən 620 saylı meydançadan dənizə atdığını qeyd edərək yazır ki, işçini yaxşı ki, zamanında çıxara biliblər. O, hadisənin spirtli içkinin təsiri altında baş verdiyini istisna etmir.

Bu Facebook qeydləri barədə virtualaz.org saytına danışan Mirvari Qəhrəmanlı deyib ki, ona daxil olan məlumatlara görə “Neft daşları”ında neftçilərə çiy ət də daxil olmaqla kolbasa, sosiska, hazır qidalar və digər ərzaqların gətirilməsi şifahi qadağan olunub. Gün ərzində bir neçə dəfə neftçilərin qaldığı yataqxanalar yoxlanılır, soyuduculardakı yeməklər atılır. Məqsəd isə neftçilərin yalnız “Xəzər İaşə”-dən yemək almağa məcbur edilməsidir. Neftçilər baha, amma keyfiyyətsiz yeməklə qidalanmağa məcburdular.

Qəhrəmanlının sözlərinə görə, dənizdə işləyən neftçilərə gündəlik 15 manat yemək pulu ayrılır. Yeməkxanada 1 dəfə qidalanma 4,5-5 manata başa gəlir. Məsələn, 1 tikə balıq 2 manata satılır. “Çörəyin çəkisi az, dadı xoşagələn deyil. Yeməyin hazırlanmasında istifadə edilən yağın keyfiyyəti pisdir. Təşkilata şikayət edən neftçilər deyirlər ki, yeməkdən sonra mədə qıcqırması, qarın ağrıları olur. Amma heç kim neftçilərin şikayətlərinə əhəmiyyət vermir. Yəqin kütləvi zəhərlənmənin olmasını gözləyirlər”, -hüquq müdafiəçisi əlavə edib.

İttihamlardan biri də neftçilərə verilən içməli suyun tərkibinin həddindən artıq çirkli olmasıilə bağlıdır. Təşkilat rəhbərinin sözlərinə görə, su yığılan çənlər qəsdən təmizlənmir ki, neftçilər “Xəzər İaşə”yə məxsus mağazalardan butulkalarda su alsınlar. Mağazalarda isə adi suyun bir butulkasının qiyməti 1 manat 60 qəpikdən başlayır.

Qəhrəmanlı hesab edir ki, araşdırmaya ehtiyac olan şikayətlərdən biri də adaya gizli yollarla spirtli içki keçirilməsidir. “Təşkilata bunu sübut edən fotogörüntü də təqdim edilib. Rəhbər işçilər yeməkxanada “Xan” arağı içirlər”,- təşkilat sədri söyləyib.

Sayt məsələ ilə bağlı “Neft Daşları” NQÇ-də çalışan neftçilərlə danışıb. İşdən çıxarılmaqdan qorxduğu üçün adını açıqlamayan neftçi bildirib ki, gün ərzində 11-12 saat işləyir, cəmi 1 saat 30 dəqiqə istirahət edirlər. Amma bu vaxtı yeməkxanada yemək növbəsində keçirməli olurlar.

Neftçinin sözlərinə görə, son 3-4 ilə qədər problem olmayıb, evdən ərzaq gətirərək yataqxananın mətbəxtində, yaxud otaqda bişiriblər. “Yataqxanalar təmir edilib, mətbəxtdə hər cür şərait yaradılıb. Əvvəlki illərdən fərqli olaraq soyuducular var, kondinsoner quraşdırılıb. Ərzaqları saxlamağa, yemək bişirməyə şərait yaradılıb. Amma “Xəzər İaşə”nin pul qazanmaq hərisliyi imkan vermir”, -neftçi şikayətlənib.

◀▶

Digər neftçi isə deyib ki, satılan yemək keyfiyyətli və ucuz olarsa heç kim ağır çanta daşımaz: “Yağsız, ətsiz kələm supunun 100 qramına 50 qəpik veririk. Məsələn, toyuq budunu 3 yerə bölüb, hər parçasını 90 qəpikdən satırlar. Günorta nahar 4 manat 50 qəpik-5 manata başa gəlir. Doymuruq, üstəlik mədəmiz xəstəlik tapıb”.

Neftçilər deyirlər ki, pul olan yerdə adada hər nə istəsən təşkil etmək mümkündür. Məsələn, 24 manat verib 1 litr spirt alıb, araq düzəltmək mümkündür. Otaqlarda ərzaq axtaranlar araq satışının qarşısını ala bilmirlər. ““Xəzər İaşə”nin 2 böyük mağazası var. Mağazada soğan 1 manata, kartof 1 manat 20-1 manat 40 qəpiyə satılır. MMC-nin təyin etdiyi qiymətin üstünə satıcı da əlavə pul qoyur. Çıxılmaz vəziyyətdəyik”,-neftçilər deyirlər.

Qəhrəmanlı isə deyir ki, bir neçə il əvvəl 450 neftçinin imzası ilə şikayət edilib. Bundan sonra komissiya gəlib, neçtçilərin şikayətləri bir müddət həllini tapıb. Neftçilər indi də şikayətlərinə baxılacağına ümid edirlər. Neftçilərə ya keyfiyyətli, ucuz yemək verilsin, ya da onların özlərinə yemək bişirmələrinə şərait yaradılsın.

Qeyd edək ki, “Xəzər İaşə” MMC fəhlə təhcizatı idarəsinin bazasında yaradılıb. MMC ilə bağlı məlumatlarda neftçilərə müxtəlif çeşidli keyfiyyətli qida verildiyi qeyd olunur.

“Xəzər İaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. Şirkətlə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Əvvəlki yazı

Beyləqanda məmur iş otağında bıçaqlandı

Sonrakı yazı

“Görünür, Azərbaycanda mitinqlərə ilk başlayan Müasir Müsavat partiyası olacaq” – Hafiz Hacıyev

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.