Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 25-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.
Reportyor.info DİN-ə istinadən xəbər verir ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.