22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Nazilidən 32 nəfərlik nümayəndə heyəti ön cəbhə rayonu Tovuzu ziyarət edib, görüşlər keçirib

07 Avqust 2018, 12:27
Cəmiyyət
A A
Nazilidən 32 nəfərlik nümayəndə heyəti ön cəbhə rayonu Tovuzu ziyarət edib, görüşlər keçirib

Qardaş Türkiyənin Nazili vilayətindən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə 32 nəfərdən ibarət nümayəndə heyəti “Nazilidən Azərbaycana könül körpüsü” layihəsi çərçivəsində ölkəmizə səfər ediblər. Nazili bələdiyyə başqanının müavinləri, Naizli bələdiyyə məclisinin üzvləri, tanınmış aydınlar və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyəti, Azərbaycana ilk dəfə səfər edən qonaqlar ölkəmizin müxtəlif bölgələri ilə yaxından tanış olmağa başlayıblar və bu çərçivədə ilk olaraq Tovuz rayonuna da səfər ediblər və Tovuzda ilk öncə Şəhidlər Xiyabanını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva qonaqlara Tovuz rayonunun ən çox şəhid verən rayonlardan olduğunu deyib: “ Torpaqlarımızın müdafiəsi uğrunda Tovuz rayonundan yüzlərlə qəhrəman oğlumuz şəhid olub və biz hər zaman onların və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!”.Azərbaycanda ilk dəfə səfərdə olan Nazili bələdiyyə başqanının müavinləri, Nazili bələdiyyə məclisinin üzvləri, tanınnmıış aydınlar və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyəti daha sonra Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Ağdam kəndində olub. Burada Türkiyə nümayəndə heyətinə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında, azərbaycanlılara qarşı törətdikləri vandalizm aktları haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Ağdam kəndinin sakinləri hər an ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qaldıqları üçün neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Qonaqlar ermənilər tərəfindən kəndin sərhəddə yerləşən qədim ziyarətgah yeri olan Alı Dədə abidəsinin və qəbiristanlığın dağıdıldığının şahidi olmuşlar. Sakinlər qonaqlara ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması barədə məlumat vermişlər. Türkiyəli qonaqlar eyni zamanda Tovuzun Ağdam kəndində böyüyüb-başa çatmış və şəhid olmuş Milli Qəhrəman Naiq Yusifovun ailəsini ziyarət edib, valideynləri ilə görüşdülər. Şəhidin atası Nəsir Yusifov vətənin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrini ziyarət etdikləri üçün təşəkkür etdi. Millət vəkili Qənirə Paşayeva bildirdi ki, Naiq Yusifovun, eləcə də digər şəhid qardaşlarımızın vətənə sevgisi, onun uğrunda şəhid olması gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Türkiyə nümayəndə heyətinin üzvləri bildirdilər ki, Azərbaycan şəhid ailələrinin acısı onların da acısıdır. Onlar, “Torpaq uğrunda ölən varsa, vətəndir”—deyərək şəhidin ailəsinə belə igid övlad yetişdirdiyi üçün minnətdarlıq etdilər. Qonaqlar kəndin gündəlik həyat tərzi, qayğı və problemləri ilə maraqlandılar. Millət vəkili Qənirə Paşayeva Ermənistanla həmsərhəd olan digər kəndlər kimi Ağdamın da Ermənistan ordusunun daimi atəşi altında yaşadığını,törədilən bütün çətinliklərə baxmayaraq, əhalinin mətn və əzmkarlıqla gündəlik həyat məşğuliyyətlərinə davam etdiyini vurğuladı. Mütəmadi olaraq, Ermənistan hərbi birləşmələrinin əkin sahələrində, həyətində işləyən və ya yolda gedən mülki əhalini, eləcə də qadın və uşaqları, yaşlıları hədəf götürməsi, evləri atəşə tutması yay aylarında kəndə gələn suyun qarşısını kəsməsi bir daha işğalçı Ermənistanın əsl mahiyyətini üzə çıxarır. Onun sözlərinə görə, Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana gələrək cəbhəyanı kəndlərimizdəki durumla daha yaxından tanış olması Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ həqiqətlərinin beynəlxalq aləmə daha obyektiv çatdırılmasında mühüm rol oynayır. Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan həqiqətlərini, azərbaycanlıların necə yaşadıqlarını eşitməyin başqa, gözlə görməyin tamam başqa olduğunu söyləmişdir. Milli Məclisin deputatı Qənirə Paşayeva isə qardaş ölkə nümayəndələrinin burada gördüklərini vətənlərinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaqlarına, Türkiyə ictimaiyyətini daha müfəssəl şəkildə məlumatlandıracaqlarına ümidvar olduğunu bildirmişdir. Nazili bələdiyyə başqanının müavinləri, Nazili bələdiyyə məclisinin üzvləri və folklor qrupunun üzvlərindən ibarət 32 nəfərlik nümayəndə heyəti Tovuz rayon icra başçısı Məmməd Məmmədovla görüşüb. Tovuz rayon icra başçısı Tovuzun tarixi, bugünki vəziyyəti, iqtisadi potensialı və imkanları barədə geniş məlumatlar verib . Bölgələri haqqında geniş məlumatlar verən Türkiyə nümayəndə heyəti millət vəkili Q.Paşayevanın Nazili bölgəsinə səfəri zamanı hər zaman bu bölgənin Azərbaycanın bölgələri ilə, özəlliklə Tovuzla qardaşlaşması təklifi ilə çıxış etdiyini deyiblər və Azərbaycanın bölgələri, o cümlədən Tovuzla qardaşlaşmanın çox gözəl bir addım olacağını qeyd ediblər. Türkiyəyə qayıtdıqdan sonra təmsil etdikləri bölgənin Tovuz ilə qardaşlaşması məsələsi üzərində işləyəcəklərini və yaxın zamanlarda qardaş bələdiyyələrin yaradılacağına ümidvar olduqlarını bildiriblər. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” düşüncəsini qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən Tovuz rayon icra başçısı M. Məmmədov da qardaş Türkiyənin bölgələri ilə qardaşlaşmaqdan böyük məmnuniyyət duyacağını qeyd edib. Görüşdə iştirak etmiş millət vəkili Q.Paşayeva Nazilidən gəlmiş heyətə onun təklifini nəzərə alaraq Nazilidə bu ilin fevralında Qarabağ parkının və Xocalı soyqırımı abidəsinin açılışına görə bir daha təşəkkürünü bildirib. Görüşün sonunda türkiyəli qonaqlara milli musiqi aləti olan saz hədiyyə edilmişdir. Tovuzun tarixi-mədəni abidələri, gözəl təbiət guşələri ilə yaxından tanış olan Türkiyəli qonaqlar ziyalıları və gəncləri ilə də görüşüb, sualları cavablandırıb.

Əvvəlki yazı

Elmar Vəliyevdən təzə xəbər var – İşə çıxması planlaşdırılır

Sonrakı yazı

Dünya Bankı: Azərbaycan hökumətinin borclanmaya ehtiyacı yoxdur

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.