03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Prezidentə iqtisadi şantaj: anti-iqtidar Tarif Şurasının mürtəce qərarı xalqı qızışdırır…

06 Avqust 2018, 01:11
Seçmə, Manşet, Banner
A A
Prezidentə iqtisadi şantaj: anti-iqtidar Tarif Şurasının mürtəce qərarı xalqı qızışdırır…

Ölkə yayın qızmarında ağrılı proseslərdən keçir. Bu hadisələrin vitrinində siyasi-ictimai məsələlər bərq vursa da, daha alt qatında sosial bəlalar dayanır.

Bu qaynar havalarda Azərbaycan gündəmini enerji böhranı, Gəncə terroru, mediadakı məlum olaylar zəbt etsə də, xalq üçün ən mühüm olanı bahalaşmadır.

Reportyor.İnfo-nun yazdığına görə, əhaliyə ən ciddi ziyan nəqliyyatdakı qiymət artımı oldu.

Hökumət rəsmiləri, parlament tezliklə Tarif Şurasının mürtəce qərarı olan bahalaşmanı unutdurmağa çalışır.

Xalq üçün nə Gəncə hadisələri, nə də mətbuatdakı daxili çəkişmələr maraqlıdır. Əhali gündəlik həyatında onu təqib edən problemlərdən cana doyub.

Hökumətin biət edən qurumu olan Tarif Şurası isə anti-xalq addım ataraq, prezidentin bahalaşmaya qarşı siyasətini sabotaj edərək metroda və avtobusda qiymətləri qaldırdı.

Bu, xalqın yarasına duz tökmək, problemlərini xirtdəyə qədər çatdırmaq, dövlətin iqtisadi siyasətinə xəyanətdir.

Çünki heç bir maliyyə prosesləri getmədiyi halda, inflyasiya, manatın devalvasiyası olmadığı zamanda, tələbələrin yeni tədris ilinə gəlməyinə ay yarım qalmış belə mürtəce bahalaşmaya getmək Tarif Şurasındakı başbilənlərin təxribatıdır.

Onlar görünür ki, Gəncə hadisələri, enerji fəlakəti yenicə soyumağa başlamış, cəmiyyəti qızışdırmaq üçün təzə provokativ siyasət yürüdürlər. Bu, prezidentə iqtisadi şantajdır.

Üstəlik, belə həssas zamanda, oktyabrda ölkəmizə qarşı təxribatların ola biləcəyi haqda iqtidar deputatlarının açıqlamaları gəldiyi vaxtda xalq ayağa qaldırılır.

Hakimiyyət yetkililəri dəfələrlə qeyd ediblər ki, xarici qüvvələr ölkədə sosial zülmün olduğu görüntüsü yaradaraq xalqı tərpətməyə, qarışıqlıq salmağa çalışırlar.

Elə Gəncə icra başçısına sui-qəsdin də sosial zülmə etiraz olaraq törədildiyi haqda səslənən fikirlərə iqtidar nümayəndələri sərt etiraz bildirmişdilər.

Bu baxımdan sual doğurur ki, Tarif Şurası hansı güclərlə əlbirdir, hansı dairələrin “dəyirmanına su tökür”, hansı mərkəzlər üçün zəmin yaradır ki, bu hadisələrdən çox keçməmiş ictimai nəqliyyatda gediş haqlarını qaldırır?!

Nəzərə almaq lazımdır ki, metro və marşrutdan əhalinin kasıb, aztəminatlı təbəqəsi, tələbələr, fəhlələr istifadə edirlər.

Bəs, anti-xalq, anti-hakimiyyət olan Tarif Şurası niyə sui-istifadə etməkdədir? Nə üçün heç bir iqtisadi hadisə olmayan vaxtda gediş haqları 30 qəpiyə qaldırılıb? Bu qərardan öncə əmək haqları artırılıbmı? Hər halda normal ölkələrdə maaş qalxır, sonra qiymət…

Reportyor.İnfo-nun yazdığına görə, Tarif Şurasının “bahalaşma şurası” olduğu çoxdan bəllidir. Bu əcaib qurumun indiyə qədər qiymətlərdə ucuzlaşma qərarı verdiyi olmayıb.

Sanki belə bir təşkilatın işçilərinin missiyası hər ay maaş almaq, lazım gələndə bahalama qərarı verməkdir.

Görünür, Tarif Şurasında işləyənlər metro və marşrutdan istifadə etmirlər, lüks avtomobillər sahibidirlər, yaxud da ildə iki dəfə mürtəce hərəkətləri ilə gündəmə gələn bu Şurada işləyənlərin maaşı çox yüksəkdir.

Əks təqdirdə, xalqın sosial şəraiti nəzərə alınardı. Ən azı vicdan, insaf deyilən keyfiyyətlər də var…

Ən dəhşətlisi və ikrah hissi doğuran budur ki, yeni maaşları artan deputatlar da bu şər aparatı olan Tarif Şurasının qərarına etiraz etmirlər. Niyə etsinlər ki?!

Bu il maaşını artırmağa müvəffəq olan millətin təyinatlı vəkilləri indi də tətil pulunu alaraq cənnət guşələrində istirahətə yollanıblar.

millətin deyil, hakimiyyətin vəkilləri olan təyinatlı deputatlara olan nifrətin köklü səbəbləri var.

İlk növbədə onlar geridə qalan bu üç il ərzində xalqın əleyhinə olan bütün mürtəce qanunlara “hə” deyiblər.

Həmin qanunlar insan azadlıqlarının məhdudlaşdırılması, cərimələrin sərtləşdirilməsi, biznes mühitinin çətinləşdirilməsinə xidmət edib.

İkincisi, deputatlar parlamentdə əhalinin problemlərini qaldırmırlar, seçiciləri ilə görüşlər keçirmirlər, onlara edilən müraciətlər qulaqardı edilir.

Üçüncüsü, 125 deputatın yarıdan çox MM-də çıxışlar etmir, əksəriyyəti biznes fəaliyyəti olan iş adamlarıdırlar və “ağzına su alıb” otururlar.

Dördüncüsü, ayrı-ayrı deputatlar çıxışlarında xalqı, qaziləri, şəhid ailələrini, müəllimləri, cəmiyyətin müxtəlif zümrələrini təhqir ediblər. Sonra üzr istəyiblər.

Bütövlükdə cəmiyyətin atomlaşması və nüvə effekti verən etirazları yaranmış böhranın fəsadlarıdır. İqtidarın fiqur dəyişiklikləri sistemdəki dərin yaraları, irinləri hələ ki təmizləyə bilmir.

Hakimiyyət seçkidən əvvəl verdiyi vədlərin demək olar ki, heç birinə əməl etmədi. Yalnız fiqurların dəyişikliyi ilə kosmetik vitrin yaratmağa müvəffəq oldular.

Odur ki, sistem cəmiyyətdə insan dərisinin ən dərin qatlarına iynələrini yeritməkdədir. Bu, yatmış sinirlərin epizodik oyanışı effekti verir – məqsəd təzyiq altında saxlamaqdır…

REPORTYOR.info

Əvvəlki yazı

Kosmosdan Yer kürəsinə gizli radiosiqnallar gəldi – Tarixdə ilk

Sonrakı yazı

Paşinyan Seyran Ohanyanı həbs etməyə hazırlaşır

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.