25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərin tərkibi…

06 Avqust 2018, 00:18
Cəmiyyət, Seçmə
A A
XƏSTƏLİK və ÖLÜM GƏTİRƏN İÇKİLƏR! – “Bizon”, “Red Bull” və “Hell” içkilərin tərkibi…

Energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir

Nəhayət, energetik içkilərlə bağlı rəsmi xəbərdarlıq edildi. Belə ki, Qida Təhlükəsizliyi Agentliyi bəyanat yayaraq energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edib.

Agentlikdən əlavə edilib ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.

Bu səbəbdən də energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır: “Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir”.

Картинки по запросу Qida Təhlükəsizliyi Agentliyi

Həmçinin qeyd edilib ki, energetik içkilər artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda, energetik içkilərin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.

Qeyd edək ki, artıq bir neçə ildir ki, ölkəmizdə energetik içkilərin satışı kütləviləşib və xüsusən də isti yay mövsümündə bu cür içkilərə olan tələbat kəskin artır. Araşdırmalar da onu göstərir ki, bu cür içkilərin ən çox istifadəçisi gənclər və yeniyetmələrdir. Halbuki bundan əvvəl dəfələrlə mütəxəssislər energetik içkilərin insan həyatı üçün təhlükəli olduğunu bildiriblər. Həmçinin bir sıra millət vəkilləri  energetik içkilərin satışının qadağan olunması və yaxud ən azından yeniyetmələrə, uşaqlara satılmaması barədə təkliflər irəli sürüblər. Təkliflərdə bildirilirdi ki, energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün əlavə aksiya vergiləri tətbiq edilsin. Lakin bu təkliflər elə təklif olaraq qaldı.

Bu gün istənilən böyük və ya kiçik tipli mağazalarda “Hell”, “Burn”, “Boss”, “Jaguar”, “Rox”, “Red Bull”, “Pitbull”, “Bizon”  kimi markalara rast gəlirik. Onların qiymətləri 1-4 manat arasında dəyişdiyindən yeniyetmələr və uşaqlar üçün də əlçatan olur. Bununla da tez-tez ictimaiyyətdə əlində bu cür içki olan yeniyetmələrə, hətta uşaqlara rast gəlirik.  Ekpsertlər həyəcanla bildirir ki, energetik içkilərin alışının kütləviləşməsi xüsusən də efilərdə aparılan reklam kampaniyalarıdır. Bəh-bəhlə təqdim edilən bu içkilər hər kəsi özünə cəlb edə bilir. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində energetik içkilərin reklamı, istehsalı və satışı qadağan olunub.

Картинки по запросу hell burn boss jaguar bizon

Məsələn, Rusiya Səhiyyə Nazirliyi hələ 2010-cu ildən energetik içkilərin reklamını məhdudlaşdırmağı təklif edirdi, çünki bunu uşaq və yeniyetmələrin sağlamlığı üçün təhlükəsiz saymırdı. Lakin bu təşəbbüsün nəticəsi olmadı. 1 il sonra həddi-buluğa çatmayanlara alkoqolsuz enerji içkilərinin satışını qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub. Parlament tərəfindən dəstəklənmədiyindən 2 il sonra təkrar müzakirəyə çıxarılıb. Bu dəfə də deputatlar layihəni geri çevirdilər, Rusiya hökuməti qadağa üçün yetərli tibbi səbəb görmürdü. Bununla belə, məsələ yenidən müzakirəyə çıxarıldı və qanun layihəsini Dövlət Dumasında müxtəlif fraksiyalardan olan 40 deputat imzaladı. Lakin energetik içkilərin satışının məhdudlaşdırılması cəhdi yalnız dövlət başçısı Vladimir Putin deputatlarla görüşündə öz mövqeyini ortaya qoyduqdan sonra baş tutdu.

Energetik içkilərə qadağaya münasibətini o, belə ifadə etmişdi: “Mən bu sahədə indi daha qətiyyətlə hərəkət edərdim”.

Norveç, Danimarka, Fransada da belə içkilərin sərbəst satışı qadağandır. Energetik içkilərə hansı fəsadlara yol aça bilir?

Energetik içkilər qəfil ölümlərə səbəb ola bilir. Bunu mütəxəssislər deyir. Belə ki, bu içkilər insanın istər psixoloji durumuna, istərsə də ürək-damar sisteminə, maddələr mübadiləsinə mənfi təsir göstərir, yuxu, əsəb sistemini pozur. Ən pisi isə energetik içkilər insanda asılılıq yaradır və nəticədə insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər. Bəzi ekspertlər isə qeyd edir ki, energetik içkilərin insanlarda asılılıq yaratması üçün məqsədli şəkildə tərkibinə müəyyən əlavə edilir. Belə ki, onların tərkibində əsasən kofein olur və onun dozası yüksək dərəcədə götürülür. Bu maddələr orqanizmi bir müddət tonusa gətirsə də, sonradan ona yenidən ehtiyac yaradır. Yəni energetik maddələrdən asılılıq yaranmağa başlayır. Digər tərəfdən, stimullaşdırılmış əzələlər, xüsusən də ürək əzələsinin normadan artıq çalışması sonradan ürək əzələsinin boşalması və müəyyən zədələrin yaranmasına səbəb ola bilir.Bəzən gün ərzində bu içkilərdən bir neçə dəfə istifadə edilir, nəticədə ürəyə böyük yük düşür. Məhz bu ürək əzələləsinin zədələnməsinə və digər fəsadlara gətirib çıxarır.

Картинки по запросу energetik içki ölüm

Xatırladaq ki, bir müddət bundan əvvəl energetik içkilərin zərərli maddələrdən ibarət olması ilə yanaşı, tərkibində öküz sperması olduğu haqda məlumatlar yayılmışdı. Araşdırma nəticəsində məlum olmuşdu ki, energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir. Belə ki, “Lonqorn” şirkəti enerji içkisi markalarını test edib. Şirkətin gəldiyi nəticə isə ürəkbulandırıcı olub.

Araşdırma sonrası energetik içkilərin tərkibində öküz sperması olduğu aydınlaşıb. (musavat.com)

 

Əvvəlki yazı

Neftçalada həkim səhlənkarlığından yeni doğulan uşaq tələf olub-ŞİKAYƏT

Sonrakı yazı

Astroloji proqnoz – 6 avqust

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.