12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

TRAMPIN TARİF MÜHARİBƏSİ ÇİNİ DAHA DA GÜCLƏNDİRİR –Onun davranışı Nevill Çemberleni xatırladır – TƏHLİL

04 Avqust 2018, 11:26
Siyasət
A A
TRAMPIN TARİF MÜHARİBƏSİ ÇİNİ DAHA DA GÜCLƏNDİRİR –Onun davranışı Nevill Çemberleni xatırladır – TƏHLİL

Harold Jeyms

“Project Syndicate”

 

Ölkələr öz təhlükəsizliyi barədə narahat olduqda, tez-tez xarici məhsullara olan asılılığı azaltmağa, təchizat zəncirlərini qısaltmağa və ölkə daxilində daha çox mal istehsal etməyə təkid edirlər. Amma proteksionizm həqiqətən təhlükəsizliyi artırırmı?

İndi dünya tammiqyaslı ticarət müharibəsinin kənarına çatırsa, proteksionizmin lehinə olan bəzi mülahizələri nəzərdən keçirməli və sonra XX əsrin ən böyük ticarət döyüşünü yenidən xatırlamalıyıq.

Ticarətlə bağlı müzakirələrdə ikiüzlülük çoxdur. İdxal tarifləri və digər oxşar tədbirlər tez-tez ümumi rifah üçün əlverişli xarici siyasət alətləri kimi təqdim olunur. Ancaq ritorikaya nəzər yetirdikdə, görürük ki, bu cür tədbirlər həqiqətən ayrı-ayrı iştirakçıları mükafatlandırır və ədalətsiz bir vergi formasıdır.

ABŞ prezidenti Donald Tramp ticarət müharibəsinin məqsədə çatma üçün vasitə olduğunu iddia edir. Onun fikrincə, tariflər – ədalətsiz valyuta təcrübəsi və milli təhlükəsizlik təhdidlərinə münasib cavabdır. Əlbəttə, daxili siyasi sərhesab var, yəni tariflər rəqiblərin mallarını daha bahalı hala gətirərək, müəyyən istehsalçılara kömək edəcək. Lakin məsələ ondan ibarətdir ki, tariflər qaçılmaz olaraq daxili istehlakçıları daha yüksək qiymətlərlə ödəşməyə vadar edir.

Trampın “Ticarət müharibələri yaxşı vasitədir və qazanmaq asan olur” iddiasında yeni bir şey yoxdur. Deməli, biz onun iddiasını tarixin testindən keçirə bilərik. 1932-ci ildə Nevill Çemberlen İngiltərə Xəzinədarlığının kansleri vəzifəsini icra edərkən, ölkəsinin bir əsrlik azad ticarət çempionluğunu ləğv edib. İngiltərənin uzun müddətli ticarət defisitindən narahat olaraq, o, yeni bir “qorunma sistemi”ni açıqlayıb və ondan “bu günə qədər təkliflərimizə çox diqqət yetirməyən xarici ölkələrlə danışıqlar üçün” istifadə etməyə çalışıb.

Çemberlen bu qənaətə gəlib ki, “ən azı xarici bazarlarda bizə qarşı ayrı-seçkilik etmək üçün istifadə edə biləcəkləri vasitələrlə özümüzü silahlandırmaq üçün ehtiyatlı olmalıyıq”. Bununla da o, II Dünya müharibəsinə yol açıb. Onun ticarət siyasəti İngiltərəni zəiflədib və Almaniyanı gücləndirib. Cəmi altı il ərzində Almaniyanın nasist rejimi ilə bağlı siyasəti onu 1938-ci ilin Münxen müqaviləsinin zirvəsinə çatdırıb. Hitler altı ay sonra Çexoslovakiyanı məhv edərək onu Üçüncü Reyxə qatıb.

Müharibədən öncəki illərdə alman millətçiliyinin dirilişindən qorxu vardı. Almaniyanın “qarnını doyduran” Qərb qüvvələri ittifaq sistemi və ya daha iddialı kollektiv təhlükəsizlik paktına ehtiyac duyurdu.

Fransa ilk seçimə üstünlük verib və Polşa ilə ittifaq, həmçinin Çexoslovakiya, Rumıniya və Yuqoslaviyadan ibarət “kiçik Antanta” ilə həm Macarıstan, həm də alman ekspansionizminə sədd çəkib.

Böyük Britaniya ikinci seçimə üstünlük verib və ərazi bütövlüyünü müdafiə etmək üçün Millətlər Liqasını ən təsirli vasitə sayıb.

Hər iki yanaşma əsasən Fransa və İngiltərənin öz proteksionizmi ucbatından Böyük Depressiya zamanı çöküb. Bu iki ölkə birbaşa yüksək tariflər siyasətinə və əcnəbi imperiyaların məhsullarına üstünlük verən idxal kvotasına keçib.

Nəticədə, Çexoslovakiyanın sənaye istehsalçıları, Rumıniya və Yuqoslaviyanın kənd təsərrüfatı ixracatçıları artıq Qərbi Avropa ölkələrində öz məhsullarını sata bilməyib. Bunun əvəzinə, onlar – həm iqtisadi, həm də siyasi baxımdan – nasist Almaniyasından asılı hala düşüb.

Eyni şəkildə, Polşa 1920-ci illərdə və 1930-cu illərin əvvəlində Almaniya ilə gömrük müharibəsi sonra 1934-cü ildə nasist rejimi ilə təcavüz əleyhinə müqavilə imzalayıb.

Bütün bunlara görə Millətlər Liqası və digər çoxtərəfli qurumlar proteksionizmə qarşı konfranslar və zirvə toplantıları təşkil etməyə çalışıblar. Ancaq səylər uğursuz olub.

Böyük Depressiya dövründə valyuta manipulyasiyası ittihamları proteksionist tədbirlər üçün əsas stimul idi. Bu gün Tramp eyni sözləri söyləyir, həm pul siyasətini sərtləşdirən ABŞ-ın Federal Ehtiyat Fondunu tənqid edir, həm də milli valyutasını ucuzlaşdıran Çinin bostanına daş atır.

Böyük Depressiyanın dərsi aydındır: milli təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldilmiş ticarət müharibələri əslində, təhlükəsizliyi zəiflədir. Bu, müdafiə ittifaqları vəziyyətində xüsusilə doğrudur, çünki ticarət maneələri müttəfiqlər üçün nəzərdə tutulan revizionist hakimiyyətlə daha sıx əlaqələr qurmağa məcbur edir.

Həqiqətən hazırda bu ssenari oynanır. Trampın proteksionist ritorikası Çinin dramatik yüksəlişinə cavabdır. Lakin Avropa İttifaqı və Kanadaya da təsir edən tarif müharibəsinə başlayaraq, Tramp Çinin ABŞ-dan daha cazibədar bir tərəfdaş kimi görünməsini təmin edir. Sözsüz ki, Tramp və Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ-Aİ tarif müharibəsinin gərginliyinə dair əvvəlcədən razılığa gəliblər. Ancaq Tramp artıq Transatlantik ittifaqı zəiflədir. 1930-cu illərdə Almaniyanın qonşuları kimi, Avropa və Kanada daha açıq və ya daha sabit tərəfdaş tapmaqdan başqa heç bir seçim olmadığını hiss edə bilərlər.

Trampın keçən ay Avropaya səfəri ilə İkinci Dünya müharibəsindən bəri qlobal sabitliyin qorunub saxlanmasına dair uzunmüddətli ittifaqı zədələyib. Onun Rusiya prezidenti Vladimir Putinlə mətbuat konfransındakı davranışı Çemberlen üslubunda idi.

Tramp həqiqətən, Çinin dünya üçün daha cəlbedici olmasını istəmirsə, o, 1945-ci ilin xarabalıqlarından yaranan azad ticarət və çoxtərəfli qurumlara qarşı müharibəni davam etdirməməlidir.

 

Tərcümə: Strateq.az

Əvvəlki yazı

Yer kürəsi Qiyamət Gününün astanasında:tükənən resurslar, potensial su savaşları, quduz istehlakçılıq – Araşdırma

Sonrakı yazı

Qida Təhlükəsizliyi Agentliyi:”Bu şəxslər energetik içkilərdən qəti istifadə etməsin”

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

Fuad Qəhrəmanlıya gələn pullar… – Video

12 Fevral 2026, 15:21
Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

Yeni metro stansiya bu tarixdən AÇILIR – Sakinlərə ŞAD XƏBƏR

12 Fevral 2026, 15:19
Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

Əli Kərimlinin saxlanılmasının ANBAAN GÖRÜNTÜSÜ

12 Fevral 2026, 15:18
“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.