18-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yer kürəsi Qiyamət Gününün astanasında:tükənən resurslar, potensial su savaşları, quduz istehlakçılıq – Araşdırma

04 Avqust 2018, 11:24
Araşdırma
A A
Yer kürəsi Qiyamət Gününün astanasında:tükənən resurslar, potensial su savaşları, quduz istehlakçılıq – Araşdırma

Dmitri Bobrov

inosmi.ru, 03.08.2019

Aparıcı iqlimşünaslar əmindirlər ki, bu yay Avropada və dünyanın başqa bölgələrində başlanan qeyri-adi istilər öz növbəsində insan fəaliyyətindən doğan kürəsəl istiləşməylə bağlıdır. Ümumdünya Metereologiya Təşkilatına (ÜMT) əsasən, indiki istilik “atmosferdə istilikxana qazlarının, o cümlədən karbon qazı və metanın hədsiz dərəcədə cəmləşməsilə bağlı uzunmüddətli tendensiyalara sığışır”.

İnsanlıq zərərli tullantıların kəskin azaldılmasına nail olmasa, iqlim dəyişiklikləri dönməz ola bilər. Dünyanın orta istiliyini iki dərəcədən aşağı saxlamağı nəzərdə tutulmuş iqlim üzrə 2015-ci il Paris sazişi indiki durumda artıq yetərsiz sayılır.

7,6 milyard adam – planetimiz üçün hədsiz dərəcədə çoxdur, onlar əndazəsiz miqdarda enerji istehlak edirlər. Ernst Ulrix fon Vaytszekkerin – məşhur alman alimi, Roma klubunun həmsədrinin fikri belədir. Alim Avstriyanın “Ştandart” (Standard) nəşrinin səhifələrində Yer kürəsinin daha çox insanı doyuzdura biləcəyini və resursların bu başdan xeyli nəsillərə yetəcəyini iddia edən elmi nikbinlərlə açıq polemikaya girişir. Vaytszekker bu cür iddiaları “aşkar yalan” adlandırır. O, planetimizdəki adamların sayını məhdudlaşdırmağın gərəkdiyini elmi şəkildə əsaslandıran Darvin, Rikardo, Russo və Avropa maarifçiliyinin başqa xadimlərinə isnad edir. Vaytszekker bildirir ki, o vaxtdan bəri durum nəzarətdən çıxıb: söhbət sözün hərfi mənasında demoqrafik partlayışdan gedir və bu problemə bütün yanaşmalarımızı yenidən mənalandırmağa vadar edir. Əhali artımı və yaxınlaşan ekoloji fəlakət yan-yana gəlir: bu prosesi durdurmaq üçün doğuşu kəskin aşağı salmaq və enerjinin dəyərini dəfələrlə qaldırmaq gərəkdir.

Fon Vaytszekker yada salır – Roma klubu hələ ötən əsrin 70-ci illərinin əvvəlində “Artımın hüdudları” məruzəsində qarşıdakı ekoloji fəlakət haqda xəbərdarlıq edib. fon Vaytszekker bu yaxınlarda çap edilmiş “Biz tələdəyik” (Wir sind dran) kitabında Roma klubunun başqa həmsədri – isveçli Anders Viykmanla birgə yazır ki, Yer kürəsi və adamları xilas etmək üçün gərəkənləri artıq bu gün etmək, iqlim fəlakətini, növlərin yox olmasını, okeanların turşulaşmasını dayandırmaq lazımdır. Praktik olaraq təbii resursların yırtıcı istismarına yanaşmanın özü yenidən nəzərdən keçirilməlidir. Braziliyanın tropik meşələrinin doğranması milyardlarla dollar gətirə bilər, amma bu, bütün planet üçün fəlakətli olacaq. CO2 tullantısı paylarının şərəfsiz alverini dayandırmaq lazımdır. İnkişaf etməkdə olan ölkələr öz normasını artıq sərf edib və cənubda pay alır, lakin Afrikada kömür elektrik stansiyaları və domna sobalarının inşası dünyada ekoloji durumu yalnız ağırlaşdırır. Ziyanlı tullantılara (həm avtomillərə, həm də bütünlükdə sənayedə) vergi dəfələrlə qaldırılmalıdır. Bu zaman düşünməyinə dəyməz ki, elektromobil bütün bəlalardan zirehdir, çünki onun işlətdiyi elektrik birinci növbədə karbohidrogenlərin yandırılması hesabına əldə olunur. Axı btün dünyada siyasətçilər populist təsəvvürlər üzündən vird edirlər ki, enerji ucuz olmalıdır. Xeyr, ucuz olmamalıdır! Məsələn, Polşada elektrik ucuzdur, amma bu, ekologiyaca ziyanlı qonur kömürün yandırılması hesabına generasiya olunur.

Vaytszekker əmindir ki, yeni iqlim siyasəti populyar ola bilməz, amma mütləq lazımdır. Bundan başqa, istehlakın indiki tempini məhdudlaşdırmaq gərəkdir. İndi Yerin əhalisi 7,6 milyard təşkil edir və əgər bütün insanlar Avropadakı və ya ABŞ-dakı istehlak səviyyəsini əldə etsələr, planetimizin sonu çatacaq. Amma istehlak bu günki Hindistanın səviyyəsində saxlansa, onda Yer 10 milyard adama hələ davam gətirər. Yeri gəlmişkən, Cənubi Amerika ölkələri son iyirmi ildə doğuşu əsaslı şəkildə azalda bilib və bu, rufahın artmasına səbəb olub. Halbuki Afrikada demoqrafik partlayış davam edir: Nigeriyada bir qadına 5,6, Somalidə (hətta vətəndaş müharibəsi şəraitində) 6,4, Nigerdə isə 7,6 uşaq düşür. BMT hesablamalarına görə, 2050-ci ildə qitə əhalisi 2,5 milyard, əsrin sonuna doğru isə 4,4 milyard nəfər təşkil edəcək. Bu, planetin 1980-ci ildəki bütün əhalisindən çoxdur. Su kürəsəl istiləşmə və əhali artıqlığı şəraitində əsas strateji resursa çevrilir. Dünyada içməli su çatışmazlığı planetin simasını dəyişən hərbi münaqişələrə və əhalinin kütləvi köçünə səbəb ola bilər.

Başqa bir alman alimi – hələ ötən sərin 90-cı illərində ABŞ-ın keçmiş vitse-prezidenti El Qorun təklif etdiyi “Kürəsəl Marşal planı”nı hazırlayanlardan biri Frants-Yozef Radermaher qarşıdakı təhlükələrdən xəbərdarlıq edir. Radermaher hadisələrin üç daha çox ağlabatan ssenarisini təqdim edib: atom müharibəsi kimi nəsə bir ekstremal, meteorit düşümü, təbii fəlakət, yaxud epidemiya.

Birinci ssenari fəlakətlidir. Radermaherin fikrincə, dünyada heç nə dəyişilməsə, total kollaps çökəcək. Sosial, iqtisadi və ekoloji durumun kəskin pisləşməsi kütləvi yoxsullaşmağa, hərc-mərcliyə, aclığa və milyardlarla insanın qurban gedə biləcəyi müharibələrə səbəb olacaq. Nəticədə Yerdə həyat geri gedəcək, insanlıq özünün mədəni və sivil nailiyyətlərini itirəcək. Radermaherin proqnozuna görə, belə fəlakətli ssenari ehtimalı 2050-ci ilə doğru 15%-ə yetəcək.

İkincisi – “Braziliya variantı” daha ağlabatandır. Bu, dünya miqyasında cəmiyyətin iki zümrəyə bölünməsini bildirir. Yuxarıda feodal sərvətinə və hakimiyyətə malik olan elita – Braziliyadakı kimi. Aşağıda – yoxsulluqda sürünən geniş xalq kütlələri. Bu zaman dünyanın bütün ölkələrində orta təbəqə yox olacaq. Bu öz növbəsində demokartiyanın sonu və həm demoqrafik, həm də ekoloji böhranın qismən həllini bildirəcək, çünki yoxsullar o qədər də intensiv doğulmayacaq, xəstəliklərdən öləcək və daha az enerji işlədəcəklər. Bu bizi Rusiya filosofu Nikolay Berdyayevin ətraflı təsvir etdiyi “yeni orta əsrlər” anlayışına qaytarır.

Əlbəttə, üçüncü nikbin ssenari də var – bu zaman demokratiyanı və ətraf mühiti xilas etmək mümkündür. Bu, “ekososial bazar iqtisadiyyatı” adlanır, onun gerçəkləşdirilmə ehtimalı 35%-dir. Bu layihə Afrika və Hindistanda doğuşu kəskin azaltmağı, inkişaf etməkdə olan ölkələrdə ekoloji təmiz istehsal qurmaq qəsdilə beynəlxalq əməkdaşlığı nəzərdə tutur. Qərb quraqlıq torpaqları mənimsəmək və Günəş enerjisini generasiya etmək üçün bu bölgələrə xeyli yatırım qoymalı olacaq, bu məsələdə beynəlxalq əməkdaşlıq mütləq lazımdır. Belə layihənin dəyəri ildə 500 milyard avrodur. Radermaher əmindir: daimi iqtisadi artım konsepsiyasının özünü yenidən nəzərdən keçirmək, Afrika və Asiyada doğuşu məhdudlaşdırmaq, qazılan enerji daşıyıcılarının yandırılmasını və bütünlükdə istehlakı kəskin azaltmaq gərəkdir. Bu cür yanaşma “istehlak iynəsi”nə yatan elektoratda dəstək tapmaz, amma insanlığın başqa variantı yoxdur.

Əvvəlki yazı

Bakıda mağazaya basqın:satıcı qadın 10 manata görə döyüldü

Sonrakı yazı

TRAMPIN TARİF MÜHARİBƏSİ ÇİNİ DAHA DA GÜCLƏNDİRİR –Onun davranışı Nevill Çemberleni xatırladır – TƏHLİL

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55
BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

BDYPİ: Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın içində məhv edə biləcək məsuliyyətsizlikdir

18 Avqust 2025, 10:54
Şahdağ Milli Parkı geyim alır

Şahdağ Milli Parkı geyim alır

18 Avqust 2025, 10:53
Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.