26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Nərminin qan qrupu IV, basdırılan meyitin qan qrupu isə II qrup olub” – YENİ DETALLAR

21 Oktyabr 2021, 15:31
Cəmiyyət
A A
“Nərminin qan qrupu IV, basdırılan meyitin qan qrupu isə II qrup olub” – YENİ DETALLAR

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülməsində təqsirli bilinən İlkin Süleymanovun məhkəməsi keçirilib.

Reportyor.info “qafqazinfo”ya istinadla xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda uşağın nənəsi Leybə Quliyeva və əmisi Arif Quliyev ifadə verib.

Nərmin Quliyeva hadisədən əvvəl sonuncu dəfə məhz əmisigildə olub və oradan çıxandan sonra itkin düşüb. Arif Quliyev bildirib ki, qardaşıgillə onun evi arasında məsafə 700 metrdir: “Nərmin bizə gödəkçə gətirmişdi. Günorta saat 3-ə qalmış olardı. Dedi ki, gödəkçəni atası göndərib. Mən də ondan qardaşımgilə bir torba göndərməliydim. Baxdım ki, ağırdır, apara bilməyəcək. Dedim ki, bacını da götürüb gələrsən, apararsız. Nərmin getdi və təxminən bir saat sonra böyük bacısı gəldi ki, Nərmin gəlib çıxmayıb”.

A.Quliyev həmin gün Nərminin əynində hansı paltarlar olduğunu tam dəqiqliyi ilə xatırladığını bildirib. Lakin onun dediyi geyimlərlə daha əvvəl ifadə vermiş şahidlərin təsvirləri üst-üstə düşməyib. Arif Quliyevin ifadələrində ziddiyyətlər olduğuna görə onun dindirilməsi növbəti prosesdə davam etdiriləcək.

Məhkəmədən sonra İlkin Süleymanovun ailə üzvləri mediaya açıqlamalarında Nərminin yaxınlarının bir çox məsələləri gizlətdiklərini iddia ediblər. İlkin Süleymanovun qardaşı Adil Süleymanovun sözlərinə görə, Nərminin ailəsi həqiqətin üzə çıxmasını istəmir: “Cinayətin günahsız bir adamın üstündə qalmasına yardım edirlər. Həqiqətləri gizlətdikcə də ziddiyyətlər çoxalır. Məsələn, uşağın anası dindiriləndə demişdi ki, Nərminin əynində axırıncı dəfə yubka, ağ kalqotka olub. Əmisi isə deyir ki, cins şalvar olub. Ona görə ki, yandırılmış meyitin əynində cins şalvar olub. Əmisi Nərminin bütün geyimlərini yadında saxlayıb, amma həmin gün evlərinə gələn qardaşı Şərifin, onun böyük qızının nə geyindiyini xatırlamır?”.

A. Süleymanov deyir ki, iş materiallarında daha da ziddiyyətli məqamlar var: “Nərmin Quliyevanın qan qrupu ilə meyitin qan qrupu fərqlidir. Nərminin qan qrupu IV, basdırılan meyitin qan qrupu isə II qrup olub. Bu fakt ekspertiza rəyində də var”.

Qeyd edək ki, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayıb və 47 gün sonra qətlə yetirib.

İ.Süleymanov cinayəti törətdiyinə dair etiraf ifadəsinə qol çəksə də, məhkəmədə bunu təkzib edib. O iddia edib ki, Tovuz rayon Polis Şöbəsində işgəncələrə məruz qaldığı üçün ifadəyə məcbur qol çəkib.

Əvvəlki yazı

Daha bir yüksəklik Azərbaycana verilir – Erməni deputat təsdiqlədi 

Sonrakı yazı

Azərbaycanda 8-ci sinif şagirdi ÖLDÜ

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.