27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zəngilanlılar öz yurd-yuvalarına qayıdış yolundadır

18 Oktyabr 2021, 11:25
Cəmiyyət
A A
Zəngilanlılar öz yurd-yuvalarına qayıdış yolundadır

Zəngilan rayonunun ərazisi müxtəlif dövrlərdə dəfələrlə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalıb. 1828-ci ilə qədər bölgənin ərazisinin bir hissəsi Naxçıvanın, bir hissəsi isə Qarabağ xanlığının tərkibində olub. 1929-cu ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ennəzir kəndləri, 1946-cı ildən isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlanılıb. Nəhayət Zəngilan 8 avqust 1930-cu ildə müstəqil rayon kimi formalaşıb və özünün dəqiq müəyyən bir ərazisi olub.
Zəngilana şəhər statusu 8 avqust 1930-cu ildə verilib. Yerli, dinc əhali burada tütünçülük, üzümçülük, taxılçılıq, heyvandarlıq və ipəkçiliklə məşğul olub.
Azərbaycan torpaqlarında məskunlaşdığı vaxtdan yerli əhaliyə əzab verərək, sıxışdırıb öz doğma yerlərindən qovmağa çalışan ermənilər 1988-ci ildən yenidən quduzlaşmağa başladı. Bu dəfə açıqcasına yerli azərbaycanlıları artıq Ermənistan ərazisindən departasiya etdilər. Yaxın rayonlara hücum etməyə başladılar.
1988-ci ildən 1993-cü ilə qədər düşmənə sinə gərərək, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu.
1990-cı ildən ermənilər yolları bağlayıb, qatarları dayandırıb sadə, dinc əhalini girov götürürdülər.
Nəhayət, elan olunmamış müharibəyə başladılar. Rusiya silahlı Qüvvələrinin köməyi, havadarlığı ilə Qarabağa və sərhəd rayonlarımıza hücum edib atəşə tutdular. Bir sıra rayonlarımızı işğal etdilər. İnsanları öldürdülər. Növbə Zəngilana da çatdı.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində qaldılar və ov tüfəngləri ilə ermənilərlə vuruşdular. 1992-ci ilin əvvəllərindən Ermənistan Zəngilana mütəşəkkil hücuma başladı. Oktyabr ayının 20-də düşmənin döyüş təyyarələri rayonun mərkəzini bombaladı. İlin sonunda isə bir çox strateji yüksəkliklər işğalçı ermənilərin əlinə keçirildi.
1993-cü ilin oktyabr ayının 29-da Zəngilan Rusiyanın köməyi ilə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Oktyabr ayının 25-29-da təxminən 34 min nəfər zəngilanlı İran sərhəddinə toplaşdı, Araz çayını isə keçmək, soyuq havada onun gur sularında üzmək çətin və qorxulu idi.
Xalqımızın xilaskarı, Ümummilli Liderimiz Heydər Əliyev bu dəfə də öz xalqının köməyinə çatdı, O, İran Hökuməti ilə danışıqlar apardı və İran tərəfi Araz çayı üzərindəki bənddə suyu bağladı. Su azaldı. Yalnız bundan sonra əhali çayı keçib, xilas oldu.
Əgər su bağlanmasa idi buraya qaçaraq toplaşan zəngilanlılar, həmçinin qoca, qadın və uşaqlar çayı keçə bilməzdi və burada ikinci Xocalı hadisəsi baş verə bilərdi.
Zəngilan qaçqınları Arazı keçib Azərbaycan Respublikasının 43 rayonunda məskunlaşdılar.
30 ilə yaxın işğal müddətində digər ərazilərimiz kimi düşmən Zəngilan rayonunun da yeraltı, yerüstü sərvətlərini quldurcasına talayıb, evləri, əraziləri yerlə yeksan ediblər.
Bütün Avropada ən böyük çinar meşəsini baltalayaraq xarici ölkələrə satıb, 350-400 illik palıd ağaclarını kəsilib satılıb və həmin ərazini yandırılıblar. Mərmər, qızıl, qranit, molibden və Zəngilanın digər yeraltı və yerüstü qiymətli sərvətləri ermənilər tərəfindən talan edilib. Bu rayonun qədimiliyinin əyani sübutu olan Rayon Tarix Diyarşünaslıq muzeyi, mədəni-tarixi abidələr də talan edilərək Ermənistana aparılıb. Digərləri isə dağıdılıb.
Torpaqlarımızın 20 faizdən çoxunu işğal edən Ermənistan, 30 ilə yaxın işğal dövründə də dinc qalmyıb. Təmas xəttlərimizi mütəmadi olaraq iri çaplı pulenyotlardan atəşə tutub. Bunun nəticəsində onlarla evlər dağıdılıb, dinc əhali həlak olub.
Ermənistan öz sərsəm xəyallarından əl çəkməyərək “Dənizdən dənizə” xülyasına qapılıb durmadan qanlı cinayətlər törətməyə başladı.
2020-ci ilin avqust- sentyabr aylarında isə , mənfur, yurdsuz düşmən yenidən hücuma keçdi.
2020-ci ilin sentyabr ayının 27-də Ali Baş Komandanımız cənab İlham Əliyev xalqımızın gözlədiyi əmri verdi.
İkinci Qarabağ Müharibəsi başladı.
Zəngilan döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı və qısa bir müddət ərzində Zəngilan rayonu işğalçı quldurlardan azad edildi.
Artıq Zəngilan rayonu öz doğma dilində danışır. Respublika Prezidentimiz dəfələrlə bu rayona səfər edib.
Çox keçməz ki, zəngilanlılar daimi olaraq öz abad, yenidən qurulmuş yurd-yuvalarına qayıdarlar.
Şəhla Ağbulud

Əvvəlki yazı

Sabiq bələdiyyə sədri həbs edildi

Sonrakı yazı

Azərbaycanlı milyonçu bu ölkədən sığınacaq istədi – Vəkildən açıqlama

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.