23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Üç min ödəməyən xəstələri hospitalın “VİP korpus”undan çıxarıblar

09 Oktyabr 2021, 13:18
Seçmə
A A
Üç min ödəməyən xəstələri hospitalın “VİP korpus”undan çıxarıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Reportyor.info Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsinə şərait yaradılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktında yazılır ki, bu iş üzrə başlayan istintaq zamanı müəyyən edilib ki, İmran Ağayev Hospitalın baş həkimi olmaqla yanaşı “Medi Style” MMC-nin də təsisçisidir.

İttihama görə, İmran Ağayev Hospitala müxtəlif yerlərdən Təcili Tibbi Yardım avtomobilləri ilə gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib.

Amma özünün direktoru olduğu “Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə xidmət haqqı ödənilməklə gətirilən xəstələrin qəbulunu tezləşdirib, onlar üçün yer problemi yaşanmayıb.

İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən özünə məxsus klinikanın təcili yardımları ilə Hospitala aparılması üçün 300-1500 manat olmaqla cəmi 51.599 manat pul alıb.

Həmçinin müəyyən edilib ki, həmin məbləğin cəmi 7.500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ isə İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.

Bundan başqa İmran Ağayevin Hospitalda Nəqliyyat şöbəsinin rəhbəri olmuş Rüfət Vəlizadə ilə də birgə cinayət əməlləri sübuta yetirilib.

Belə ki, xəstələrin Hospitala yerləşdirilməsi, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində xəstələrdən və ya onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaiti rüşvət qismində yığılıb. Bu məbləğ minimum 500 manat, maksimum isə 4 min manat civarında olub. Hospitalın VİP korpusunda qiymət çox zaman 3000 manat olaraq xəstə yaxınlarına təklif edilib.

İstintaqla müəyyən edilib ki, xəstələrdən Zaməddin Məmmədov Hospitala qəbul edilərək “VİP korpusu”a yerləşdirilib. Bunun üçün ondan 3000 manat tələb edilib. Amma Z.Məmmədov başda məbləği 300 manat kimi başa düşüb. Onu xəstəxanaya yerləşdirəndə bilib ki, məbləğ 3000 manatdır. Deyilən məbləği ödəyə bilmədiyi üçün oradan çıxarılıb.

İttihamda göstərilir ki, təqsirləndirilən Rüfət Vəlizadə Hospitalda qeydiyyatçı vəzifəsində işləməklə qeyri-rəsmi olaraq köməkçisi olan Qulu Orucovla da bir neçə cinayət əlaqəsinə girərək xəstələrdən pul alıb.

İstintaq zamanı o da aşkar edilib ki, Rüfət Vəlizadə özü koronavirusa yoluxduğu, izolyasiya olunmalı olduğu halda rəsmi qurumlara yalan məlumat verərək, telefonun GPS sistemini söndürərək müxtəlif yerlərə gedib.

Əvvəlki yazı

Azərbaycan BMT-də Gürcüstanı dəstəklədi

Sonrakı yazı

Qətlə yetirilmiş “Emin 444″ün qardaşı narkotiklə həbs olundu – Təfərrüat

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.