24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İlham Əliyev: “Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu”

24 Sentyabr 2021, 12:35
Siyasət
A A
İlham Əliyev: “Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu”

 

 

“İlk uğurlarımız həm hərbi əməliyyatların aparılması, həm də Azərbaycan Silahlı Qüvvələrinin mənəvi ruhu baxımından çox vacib rol oynadı. Düşünürəm ki, İkinci Qarabağ müharibəsi məhz uğura aparan amillər baxımından son dərəcə nümunəvidir”.

 

Reportyor.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

 

Dövlət başçısı Hadrut əməliyyatının vacibliyinə diqqəti cəlb edib: “Bizi orada gözləmirdilər, Ermənistan tərəfi bizim o istiqamətdə irəlilədiyimizi güman etmirdi. Bu, düşmən üçün tam gözlənilməz oldu. Hadrutu ələ keçirdiyimizdən bir neçə gün sonra belə onlar şəhərə nəzarət etdiklərini iddia edirdilər. Hadrutun hakim yüksəkliklərində bizim döyüşçülərin olduğu bir zamanda ermənilər şəhərin ələ keçirilib-keçirilməməsi məsələsinə bir qədər diletant yanaşırdılar. Hadrut ətrafındakı bütün hakim yüksəklikləri ələ keçirdikdən sonra şəhərin taleyi mahiyyət etibarı ilə həll edilmişdi. Bizim mümkün qədər az itkilərlə şəhərə fiziki daxil olmağımız vaxt məsələsi idi. Hərbçimizin şəhər administrasiyasının binası üzərinə Azərbaycan bayrağını taxması və mənə məruzə etməsi ilə bağlı görüntülər televiziyada yayımlandıqdan sonra Ermənistan tərəfinin nağıl uydurmaq üçün heç bir əsası qalmadı”.

 

Prezident İlham Əliyev Hadrutdan öncə – oktyabr ayının əvvəllərində Cəbrayıl şəhərinin azad edildiyini deyib: “Bu, simvolik baxımdan əhəmiyyətli idi. Çünki Cəbrayıl azad etdiyimiz ilk şəhər oldu – bundan əvvəl yalnız kəndləri və yaşayış məntəqələrini azad etmişdik. Şübhəsiz ki, 2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi vacib mərhələ oldu. Belə ki, bu böyük şəhər əhali sayına görə Qarabağ bölgəsinin Ağdamdan sonra ikinci şəhəri idi”.

 

“Zəfərimizin ən yüksək zirvəsi Şuşa əməliyyatı oldu. Zəfər yolu ilə Şuşaya gələn hər kəs bizim ora haradan getdiyimizi görə bilər. Bu, fiziki və mənəvi səylərin inanılmaz səfərbərliyi idi. Günlərlə meşədə, yolsuzluq şəraitində, yüngül silahlarla, yorulmadan irəliləmək və sonra Şuşa şəhərini azad etmək misilsiz rəşadət, əsl qəhrəmanlıq nümunəsidir. Təbii ki, Şuşanın azad edilməsi düşmənin belini qırdı, onlar demək olar, bundan sonra təslim oldular!”, – Prezident deyib.

Əvvəlki yazı

Hüquqşünas, şərqşünas, həkim… – Azərbaycanlı nazirlərin təhsilləri (SİYAHI)

Sonrakı yazı

Eldar Həsənov yenidən hakim qarşısına çıxarıldı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.