27-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sahil – S İnşaat” MTK fırıldağının qurbanları İlham Əliyevə müraciət etdi

15 Sentyabr 2021, 11:14
Cəmiyyət
A A
“Sahil – S İnşaat” MTK fırıldağının qurbanları İlham Əliyevə müraciət etdi

 

Paytaxtın Yeni Günəşli ərazisində çoxmənzilli yaşayış binası tikən “Sahil – S İnşaat” MTK tərəfindən aldadılan sakinlər əllərini hər yerdən üzdükləri üçün sonuncu ümid instansiyası olan Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Anaxeber.info məlumat verir ki, mənzilləri təhvil verilməyən sakinlər Prezidentin bu dələduzluqla bağlı hüquq-mühafizə və vergi orqanlarına göstərş verməsini xahiş edirlər.
Onların sözlərinə görə, “Sahil – S İnşaat” MTK tikintini yarımçıq saxlayıb, aylardır onları süründürür, evlərin açarlarını sahiblərinə vermir, üstəgəl, bağlanmış müqavilələrə xitam verərək satış qiymətlərinə dəyişiklik etməkdədir. Bu, özbaşınalıq və qanun pozuntusudur. Amma heç bir dövlət qurumu sakinlərin ardıcıl olaraq etdiyi müraciətlərə tükünü tərpətmir.
Eyni zamanda, mənzillərin 90 faizi satılsa da, şirkət rəhbəri Taley Allahverdiyev bunu gizlədərək vergidən yayınmağa çalışır. Sakinlər Prezidentə müraciətdə bu qanunsuzluqları sadalayaraq bildirirlər ki, işin tezliklə araşdırılmasını gözləyirlər.
“Cənab Prezident, biz Baş Prokuror Kamran Əliyevə, iqtisadiyyat naziri və dövlət vergi xidmətinə müraciətlər yazmışıq. Amma heç bir nəticəsi olmayıb.
Siz ötən gün icra başçıları təyin edərkən bir daha məmurlara xatırlatdınız ki, vətəndaşlara xidmət etməlidirlər, qanunsuzluq, rüşvətxorluq hallarına yol verənlər əvvəlkilərin aqibətindən dərs çıxarmalıdır.
Amma təəssüf ki, bu qədər vətəndaş fırıldağın qurbanına çevrilib, bir dələduz şirkət istədiyini edir, müqavilələri ləğv edərək təzə qiymətlər irəli sürür, evlərimizin açlarına sahib çıxa bilmirik, dövlət orqanları susurlar.
Cənab Prezident, biz sizə inanırıq və “Sahil – S İnşaat” MTK-nın insanların hüquqlarını pozması ilə bağlı məsələnin araşdırılmasına tapşırıq verəcəyinizə güvənirik”, – deyə müraciətdə vurğulanır.
Sakinlər dövlət başçısına müraciətdə bildirirlər ki, şirkətdən bir kvadrat metrini 800 manatdan alıblar: “İndi müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir.
Baş Prokuror Kamran Əliyevin tapşırığı ilə araşdırma başladılsa, MTK rəhbərini qandallayıb aparmalı olacaqlar. Çünki onun fəaliyyəti qanun pozuntusudur. Heç bir tikinti firması imzaladığı müqaviləni pozub yenidən qaydalar müəyyənləşdirə bilməz.
Yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı”.
Mənzil sahibləri Prezidentə müraciətdə deyirlər ki, artıq məsələ hüquq-mühafizə orqanlarının icraatında olmalıdır: “Cənab Prezident, bizim şikayətlərimizə baxılmır. Bu günə kimi neçə fırıldaqçı MTK rəhbərinə cinayət işi açılıb, amma bu məsələdə reaksiya görmürük. Pandemiya səbəbindən karantin şərtlərinə riayət edib dövlət orqanlarının qarşısına toplaşmırıq. Ancaq o demək deyil ki, etdiyimiz müraciətlər nəticəsiz qalmalıdır”.

Əvvəlki yazı

Ramin Hacılı aclığı dayandırıb – Vəziyyəti hələ də kritikdir 

Sonrakı yazı

Bakının işğaldan azad edilməsi münasibətilə paytaxtda iki yürüş keçirildi – FOTOLAR

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.