Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu hüquq müdafiəçisi Əliməmməd Nuriyevi bir neçə ictimai şurada iştirakına görə tənqid edib.
“Reportyor.info” xəbər verir ki, GAP sədri bunları yazıb: “Bu qədər biabırçılığa nə ehtiyac? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü – Əliməmməd Nuriyev; Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü (və sədri) – Əliməmməd Nuriyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü – Əliməmməd Nuriyev; İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü – Əliməmməd Nuriyev; Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın üzvü və sədri – Əliməmməd Nuriyev, Ədliyyə Naziri yanında İctimai Komitə (İctimai Şura) üzvü – Əliməmməd Nuriyev və sairə…
Tamam, zənn edək ki, siz çox keyfiyyətli və səviyyəli insansız deyə sizi “seçirlər”. Bəs sizin insafınıza nə gəlib? Ölkə rəhbərliyi şəffaflıq, ictimai nəzarət deyəndə məgər bütün ictimai şuralarda Əliməmməd Nuriyevin iştirakını nəzərdə tutub? Əlbəttə ki, yox! Bəs bu olanlara nə ad vermək olar?
Bütün bu olanların bir adı var “hörmətli” Azay Quliyev: “Pripiska” və ölkə rəhbərliyini mütəşəkkil dəstə tərəfindən aldatma! Əmin olun zaman gələcək Sizlər də bu monopolist əməllərinizə görə cavab verəcəksiniz.
Əliməmməd Nuriyev sən demə həmçinin ASAN Xidmət yanında İctimai Şuranın da üzvü imiş…Hərşeyşünas adam buna deyirlərmiş”.
Gülay




















