12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rusiya “A planı”nı işə salır – ermənilər şokda

26 İyul 2018, 11:05
Siyasət
A A
Rusiya “A planı”nı işə salır – ermənilər şokda

Putinlə görüş  öncəsi Paşinyana bəd müjdə; Moskva üsyankar vassalını ram eləmək üçün “qaza basıb” hərəkətə keçir: ölkəyə satılan mavi yanacaq bahalaşacaq, başqa təzyiq vasitəsi də var; erməni nəşri: “Siyasi qərar artıq verilib”; Paşinyan isə Əliyevi qabaqlamaq üçün Trampla görüşə can atır – hədəf…

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfərə gedir. Onun Sankt-Peterburqda Avrasiya Birliyinin (AB) toplantısına qatılacağı gözlənilir. İki günlük səfər çərçivəsində erməni baş nazir Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

Bu, inqilab dalğasında deputat-jurnalistdən baş nazirə çevrilən Paşinyanın Rusiyaya sayca ikinci, eyni zamanda kritik səfəridir. Ona görə kritik ki, birinci görüşdən sonra Nikol Paşinyan ikitərəfli münasibətlərə kölgə salan, özünə qarşı Kremlin etimadını azaldıb şübhələrini artıran bir sıra addımlar atıb. Onlardan ən sonuncusu Paşinyanın 12-13 iyul tarixindəki Brüssel səfəridir. “Yeni Müsavat” xatırladır ki, həmin tarixdə keçirilmiş NATO sammitinə qatılan Paşinyan “Rus NATO-su” kimi tanınan KTMT-dən yeganə ölkənin rəhbəri olub.

Moskva bunu hələ də həzm edə bilmir. Rusiyanın aparıcı KİV-lərində bu gün də davam edən tənqidi yazılardan buna asanca əminlik hasil eləmək olar. Bu da hamısı deyil. Belə görünür ki, Moskva artıq Paşinyana qarşı daha effektli rıçaqları işə salmaq üzrədir.

*****

Putin Paşinyan ile ilgili görsel sonucu

“Rusiya Ermənistan üçün qazın qiymətinin qaldırılması barədə artıq siyasi qərar verib”. “Yeni Müsavat”ın məlumatına görə, bu haqda erməni nəşri “Qraparak” yazıb. Qəzet qərarın cari ilin sonunda Ermənistanla hazırkı razılaşma bitdikdən sonra reallaşdırılacağını qeyd edib.

“Rusiyalı ekspertlərdən biri bizə dedi ki, Moskva bu qərarın Avrasiya Birliyi çərçivəsində tərəfdaşı olan İrəvana qarşı qeyri-dost yanaşma kimi qəbul edilməməsi üçün Belarus üçün də qiymətləri qaldıracaq. Sonradan Minsk üçün bu qiymət müəyyən sxemlər əsasında  endirilsə də, İrəvan üçün əvvəlki vəziyyətdə saxlanılacaq. Belə ki, Rusiya nəinki yeni hökumətə güvənmir, həm də bir sıra məsələlərlə bağlı çaşqınlıq içindədir – nə barədə ki, Ermənistandan Moskvaya gələn yüksək çinli qonaqlara danışmaqdan belə çəkinmirlər”.

Məqalədə daha sonra deyilir: “Qoy Ermənistan unutmasın və qonşu Gürcüstanın nümunəsindən də vəcdə gəlməsin. Qərb Gürcüstana elə böyük qrantlar ayırmayıb. Ancaq kreditlər verib və bu gün Gürcüstanın xarici borcu Ermənistanın 7 milyard dollarlıq borcundan fərqli olaraq, 11 milyard təşkil edir. Gürcüstan bu gün Osetiya və Abxaziyasız qalıb, ölkənin rəhbəri İvanişvili isə ”Qazprom”da 6%-lik mülkiyyətə sahibdir. Necə deyərlər, o, “Rusun uşağı”dır”.

*****

Putin Paşinyan ile ilgili görsel sonucu

Moskvanın “üsyankar və nankor Paşinyan hökuməti”nə qarşı cilovlayıcı ön tədbir olaraq ən əvvəl qaz faktorundan istifadə edə biləcəyi barədə “Yeni Müsavat” olaraq 13 iyun 2018-ci il tarixli sayımızda yazmışıq. Həmin yazıdan kiçik sitat: “Özünün etibarlı mənbələrinə istinadən edən ”Jamanak” qəzeti yazıb: Rusiya Ermənistan üçün təbii qazın qiymətini 2018-ci ilin sonunadək min kub metr üçün 150 dollar müəyyən edib. İndi isə sərhəddə qazın qiymətinin dəyişə biləcəyinə işarə edərək, Ermənistanın yeni rəhbərliyini yola gətirmək üçün ona təzyiq etməyə çalışır. Rusiyanın planı aydındır – qaz bahalaşsa, bu, indiki hakimiyyətin reytinqinə neqativ təsir edəcək”.

Bu, şübhəsiz ki, belədir. Ona görə ki, təbii qaz strateji əhəmiyyətli enerji daşıyıcısıdır və onun bahalaşması avtomatik şəkildə kasıb ölkədə yeni bahalaşma dalğası yaradacaq. Məsələ həm də ondadır ki, Ermənistan alternativ İran qazından da istifadə edə bilmir. Çünki işğalçı ölkədə qaz təchizatı və qazpaylayıcı sistem bütünlüklə Rusiyanın “Qazprom” şirkətinin mülkiyyətidir. Yəni monopoliya məsələsi. Eləcə də iqtisadiyyatın digər sahələri, olan-qalan iri müəssisələr faktiki, Rusiyanın nəzarətindədir. Ermənistan üçün problem həm də ondadır ki, Rusiya ona İrandan mavi yanacaq almağa da imkan vermir.

Putin Paşinyan ile ilgili görsel sonucu

Bunu Kremlin Paşinyana və onun qərbçi komandasına qarşı “A planı” da adlandırmaq mümkündür. Maraqlıdır ki, Kremlin qaz şantajı məhz Nikol Paşinyanın Brüssel səfərindən az sonra və hətta onun Rusiya səfəri öncəsi gündəmə gəlib. Bu da erməni hökumətinə çox pis müjdə sayıla bilər. Paşinyan üçün başqa pis xəbər də var.

*****

“Ermənistanın eks-prezidenti Robert Köçəryan yenidən siyasətlə məşğul olmaq üçün ölkəyə qayıdacaq”. Bunu da “Qraparak” qəzeti yazıb (axar.az).

“O, ölkəyə təkcə 1 mart qırğını ilə bağlı dindirilmədə iştirak üçün gəlmir. Köçəryanın hədəfi siyasətə girməkdir. Belə ki, Rusiya zamanında Serj Sərkisyandan narazı idi, indi isə Nikol Paşinyan onu qane etmir. Moskvanın Paşinyanın yerini Köçəryana ötürəcəyi ilə bağlı proqramın olması istisna edilmir. Köçəryanın zəmanət verilmiş toxunulmazlığı var. Ciddi əsaslar olmadan Köçəryanın toxunulmazlığını ləğv etmək mümkün deyil. Bunun üçün isə bir neçə il ərzində gərgin iş görülməlidir”, – deyə məqalədə bildirilir.

*****

Bu arada Nikol Paşinyan sentyabrda – BMT Baş Məclisinin növbəti sessiyası çərçivəsində çıxış etməyi və ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırdığı məlum olub. Yada salaq ki, NATO-nun Brüssel sammitində erməni baş nazir artıq Trampla şəkil çəkdirmək şərəfinə nail olub.

“Ancaq həmin bir neçə saniyəlik görüş ona azdır. Paşinyan heç olmasa, yarım saatlıq görüş arzusundadır”. “Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu deyib. Bəs Paşinyan niyə Trampa görüşə bunca can atır?

Elxan Şahinoğlu: “Bunun iki səbəbi var: 1. Qərbin siyasi dəstəyinə nail olub ondan kreditlər qoparmaq. 2. Azərbaycan prezidenti İlham Əliyevi qabaqlamaq – hansı ki, Trampla bir neçə dəfə ayaqüstü söhbətləşib, ancaq o da təkbətək və ya nümayəndə heyətlərinin tərkibində Ağ Ev rəhbəri ilə təmasda olmayıb. Hərgah, D.Tramp azərbaycanlı həmkarına üç məktub yollayıb. Həmin məktublarda ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunur. Paşinyan yəqin düşünür ki, əgər o, İlham Əliyevdən qabaq Trampla görüşsə, bu, böyük qələbə və Qərbin Ermənistana fəal dəstəyinin təzahürü olacaq. Başqa yandan, Tramp üçün bu görüş vaxt itkisindən başqa bir şey olmayacaq. Xatırladım ki, Obamadan fərqli olaraq Tramp erməni lobbisinə heç bir vəd verməyib. Lobbi onun rəqibi Hillari Klintonu dəstəkləyirdi. Ən əsası, Trapm Paşinyanla nədən danışacaq ki? Onların arasında heç bir ortaq maraq yoxdur”.

Necə deyərlər, suda boğulan saman çöpündən yapışdığı kimi, Paşinyan da Rusiya hədəsi qarşısında “saman çöpü” axtarmağa başlayıb. Xilas üçün isə “çöp” yox, təhlükəsizlik kəməri lazımdır…

“Yeni Müsavat”ın analitik xidməti

Əvvəlki yazı

Cəbhədə vəziyyət gərginləşib

Sonrakı yazı

Adnan Oktar mason olmaq üçün 1 milyon 50 min avro ödəyib – faktlar, sənədlər, etiraflar

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.