21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Yeddi hədəfli “yol xəritəsi”nin 20 faizi icra olunmayıb

24 İyul 2018, 08:35
Cəmiyyət
A A
Yeddi hədəfli “yol xəritəsi”nin 20 faizi icra olunmayıb

Kommunal xidmətlərə Strateji Yol Xəritəsinin ümumi icra vəziyyəti 68 faizdir; proje monitorinq edildi

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin 2017-ci ildəki icra vəziyyəti monitorinq olunub. Monitorinqi həyata keçirən  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ramil Hüseynin “Yeni Müsavat”a dediyinə görə, yeddi strateji hədəfdən ibarət olan bu Strateji Yol Xəritəsinin ümumi icra vəziyyəti 68 faizdir. Sənəd çərçivəsində 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 55 faizinin icrası tamamlanıb, 25 faizi qismən icra edilib, 20 faizi isə icra edilməyib.

Strateji yol xəritəsinin birinci hədəfi olan kommunal xidmətlər sektorunun tənzimlənməsində dayanıqlılığın və effektivliyin təmin edilməsi çərçivəsində nəzərdə tutulan tədbirlərin 91 faizi icra edilib, 9 faizi icra edilməyib. Bu strateji hədəf üzrə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb.  Nazirlər Kabinetinin qərarı ilə “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olan vəsaitlərdən istifadə Qaydası” təsdiq edilib.

Kommunal xidmətlərə Strateji Yol Xəritəsi ile ilgili görsel sonucu

İkinci strateji hədəf olan tam şaxələndirilən və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi üzrə işlərin 56 faizi tam, 36 faizi qismən icra edilib, 18 faiz isə icra edilməyib. Bu hədəf çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası nəticəsində elektrik enerjisinə ölkədaxili ehtiyacın proqnozlaşdırılmasına dair geniş hesabat hazırlanıb.

Sənədin üçüncü strateji hədəfi olan dünya üzrə orta səmərəlilik və keyfiyyət standartlarının tətbiqi və məqsədlərə nail olmaq üçün mexanizmlərin işə salınması sahəsində nəzərdə tutulan tədbirlərin 42 faizi tam, 25 faizi qismən icra edilib, 33 faizi isə icra olunmayıb. Bu hədəf çərçivəsində elektrik stansiyalarının potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlanıb və müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi olan “Səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması”nın 2017-ci ilə aid tədbirlərinin 27 faizi tam, 33 faizi qismən icra edilib, 40 faizi isə icra edilməyib. Hədəf üzrə nəzərdə tutulan tədbirlərə uyğun olaraq qaz şəbəkəsinin mövcud vəziyyəti və qaz itkiləri təhlil olunub, qaz itkilərinin səviyyəsinin tələb olunan minimal göstəriciyə çatdırılması məqsədilə inkişaf planı hazırlanıb.

Beşinci hədəf olan “Yüksəksəviyyəli su idarəetmə strukturunun yaradılması” nın 2017-ci ildə icra vəziyyəti belədir: 78 faiz icra edilib, 20 faiz qismən icra edilib.

Kommunal xidmətlərə Strateji Yol Xəritəsi ile ilgili görsel sonucu

Altınci strateji hədəf olan  “Su təchizatında itkilərin azaldılması və səmərəliliyin təmin edilməsi” çərçivəsində nəzərdə tutulan tədbirlərin 50 faizi icra edilib, 50 faizi qismən icra edilib.

Strateji yol xəritəsinin sonuncu “Dayanıqlı və etibarlı istilik təchizatı infrastrukturunun yaradılması” hədəfinin 2017-ci ildə 69 faizi tam icra edilib, 17 faizi qismən icra edilib, 14 faizi isə icra edilməyib. Bu hədəf çərçivəsində Bakı şəhəri və respublikanın regionlarında istilik təchizatı sistemlərinin fəaliyyəti ilə bağlı monitorinqlər davam etdirilib, qiymətləndirmələr aparılıb, yenidən qurulması, modernləşdirilməsi və tikintisi nəzərdə tutulan bəzi obyektlər üzrə istilik mənbələrinin layihə-smeta sənədləri hazırlanaraq razılaşdırmaya və ekspertizaya təqdim edilib və zəruri mühəndis hazırlığı işləri aparılıb.

Özəl və kommersiya yönümlü istilik təchizatı sistemlərinin yaradılması ilə bağlı təhlillər aparılıb, istilik itkilərinin minimuma endirilməsi və xərclərin azaldılması istiqamətində işlər görülüb.

Əsas icraçı qurumların performansına gəldikdə isə  Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Strateji Yol Xəritəsində 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizini,  “Azəristiliktəchizat” ASC isə 93 faizini yerinə yetirib. İqtisadiyyat Nazirliyi qeyd edilən dövr ərzində nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 89 faizini,   Azərsu” ASC 79 faizini,  Maliyyə Nazirliyi 75 faizini,  Tarif (qiymət) Şurası 67 faizini, Energetika Nazirliyi 64 faizini  yerinə yetiriblər. Digər qurumlardan isə “ ”Azərenerji” ASC 50 faiz, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 46 faiz,  “Azərişıq” ASC  38 faiz icra göstəricilərinə malikdirlər.

İqtisadiyyat şöbəsi,
“Yeni Müsavat”

Əvvəlki yazı

Sahil Babayevin kadr islahatının gerçək üzü: Səlim Müslümovun adamları iş başında

Sonrakı yazı

Bakıda dəhşət – Ata qızını bıçaqlayaraq qətlə yetirdi

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47
TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

TƏBİB 700 minlik dərman vasitəsini deputata məxsus olduğu bildirilən şirkətdən alacaq

21 İyul 2025, 13:41
Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

Balababa Rzayev Naxçıvanda 47 milyon manata yarımstansiya tikir

21 İyul 2025, 13:34
Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır

21 İyul 2025, 13:31
Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

Əcnəbilər də Qarabağa səfər edə biləcəklər

21 İyul 2025, 13:28
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

21 İyul 2025, 13:27
Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

Cəlilabadda göldə balıqlar kütləvi tələf olub – Fotolar

21 İyul 2025, 13:24
“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.