Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Reportyor.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Reportyor.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.