04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ABŞ-da yaxalanan rus casusunun yeni əlaqələri üzə çıxıb –Maria Butina yüksək rütbəli məmurlarla görüşlərə qatılıb

23 İyul 2018, 13:40
Dünya
A A
ABŞ-da yaxalanan rus casusunun yeni əlaqələri üzə çıxıb –Maria Butina yüksək rütbəli məmurlarla görüşlərə qatılıb

Rusiya üçün casusluqda ittiham olunan Maria Butinanın düşünüldüyündən daha yüksək səviyyəli kontaktları varmış. O, 2015-ci ildə Vaşinqtonda səfərdə olan rusiyalı məmurla Birləşmiş Ştatların iki yüksəkçinli rəsmisinin görüşə qatılıbmış. Görüş ABŞ Federal Ehtiyatlar Sistemi və Xəzinədarlıq Departamentində keçirilib. Xəbəri “Reuters” agentliyi yayıb.

Həmin görüşlər barədə onlardan xəbərdar bir neçə nəfər və Vaşinqtondan bir beyin mərkəzi açıqlama verib. Rəsmilərin isə FED-in ozamankı vitse-sədri Stanley Fisçer və xəzinədarlıq rəhbərinin beynəlxalq məsələlər üzrə keçmiş köməkçisi Nathan Şeets olduqları bildirilir.

Butina 2015-ci ilin aprelində Rusiya Mərkəzi Bank sədrinin müavini Alexander Torşinlə birlikdə Birləşmiş Ştatlara səfər edib. Onlar Fisçer və Şeets ilə ayrı-ayrı görüşlər keçirərək keçmiş prezident Barak Obama administrasiyası dövründəki ABŞ-Rusiya iqtisadi münasibətlərini müzakirə ediblər.

“Reuters” yazır ki, bu iki görüş barədə əvvəllər məlumat yox idi və onlar Butinanın Amerikanın siyasi liderləri və xüsusi maraq qrupları ilə yüksək səviyyədə kontaktlar yaratdığını ortaya qoyur.

Ötən cümə günü Butina-nın vəkili Robert Driscolldan bu görüşlər haqda souruşublar, o, ayrıntılara malik olmadığını deyib.

Fisçer və Şeets ilə görüşü Vaşinqtondakı Milli Maraq Mərkəzi (Center for the National Interest) təşkil edib. Bu mərkəz ABŞ-Rusiya münasibətlərinin yaxşılaşdırılmasını dəstəklədiyini bildirib. Qurumun rəhbəri Paul Saunders 2016-cı ilin dekabrında yenicə prezident seçilmiş Donald Trampı Rusiyayla gərginliyi azaltmağa çağırmışdı. Qurumun eyniadlı dərgisində üzvləri Birləşmiş Ştatların Rusiyayla qarşıdurmasının, yaxud Avrasiyada münaqişələrdə iştirakının bədəli barədə xəbərdarlıq edirlər.

“Reuters” mərkəzin hesabatında sözügedən görüşlər haqda məlumat gördüyünü qeyd edir.

29 yaşlı Butina ötən həftə həbs olunub. ABŞ prokurorları onun Rusiya kəşfiyyatı ilə əlaqələri olduğunu bildirir. Butina isə Rusiya üçün casusluq etmədiyini deyir. Onun bu çərşənbə günü məhkəmə qarşısına çıxarılacağı gözlənir.

Rusiyanın xarici işlər naziri ötən şənbə ABŞ dövlət katibinə deyib ki, Burina “saxta ittihamlar”la saxlanıb və buraxılmalıdır.

Butinanın çalışdığı bildirilən Torşinin isə Rusiya prezidenti Vladimir Putinlə sıx münasibətləri olduğu vurğulanır. Butina Vaşinqtonda müxtəlif tədbirlərdə onun üçün tərcüməçilik edib.

Fisçer “Reuters”ə emailində Torşin və tərcüməçisi ilə görüşdüyünü təsdiqləyib. O, detalları, yaxud tərcüməçinin Butina olub-olmamasını xatırlamayıb, amma söhbətin “Rusiya iqtisadiyyatının durumu”nu əhatələdiyini, Torşinin də mərkəzi bank sədrinin müavini olduğunu qeyd edib.

ABŞ prokurorları Butinanı iki amerikalı və bir Rusiya rəsmisi ilə əlbir olaraq Birləşmiş Ştatların Rusiya siyasətinə təsir göstərməyə çalışmaqda, Milli Silah Assosiasiyasına (NRA) nüfuz etmək cəhdində suçlayır. NRA prezident Donald Trumpda daxil olmaqla respublikaçı siyasətçilərlə sıx əlaqələri olan nüfuzlu silah təşkilatıdır.

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller Trampın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini araşdırır. Tramp və Putin ittihamları rədd edir.

(Azadlıq radiosu)

Əvvəlki yazı

17 yaşlı qız özünü binadan atdı –Bakıda dəhşətli intihar

Sonrakı yazı

Məmur qızı: “Ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi” – FOTO

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.