26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İŞİD burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN… – DƏHŞƏTLİ PLAN

22 İyul 2018, 02:32
Cəmiyyət
A A
İŞİD burada DİRİLDİLİR: yeni müharibə meydanı və AZƏRBAYCAN… – DƏHŞƏTLİ PLAN

Əfqanıstanın şimalında İŞİD döyüşçülərinin olması Mərkəzi Asiya üçün ciddi təhlükə təşkil edir.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Əfqanıstandakı səfiri Aleksandr Mantıskiy “RİA-Novosti” agentliyinə bildirib.

“Bu, çox ciddi problemdir, onu hesabdan silmək olmaz. Ən pisi odur ki, onlar hazırda Əfqanıstanın şimal rayonlarında, yəni, Mərkəzi Asiya respublikalarının sərhədlərə yaxın ərazilərdə cəmləşirlər”, – səfir deyib.

Onun sözlərinə görə, İŞİD-in Suriya və İraqda məğlubiyyətindən sonra vəziyyət daha da kəskinləşib:

“Hərçənd amerikalılar bunu inkar edirlər, amma əfqan hakimiyyəti bütovlükdə etiraf edir ki, ölkənin şimalına İŞİD döyüşçülərinin axını var. Onlar bilmirlər ki, nə qədər döyüşçü var, lakin döyüşçülər Suriya və İraqdan gedirlər. Döyüşçülərin çox hissəsi əcnəbilərdir”.

Səfir qeyd edib ki, döyüşçülər yalnız ölkənin şimal rayonları deyil, həmçinin şərqində nəzarəti təmin etməyə çalışırlar.

Döyüşçülərin sərhədləri necə keçdiyinə gəlincə, diplomat bildirib ki, Rusiya tərəfi bu suallara cavab almaq istəsə də, hələ cavab yoxdur:

“Fərqlənmə nişanları olmayan helikpterlər Əfqanıstanın hava məkanında uçurdular. Yerli siyasətçilər bildirirlər ki, onlar İŞİD döyüşçüləri daşıyır, həmçinin onları ərzaq və döyüş sursatları ilə təchiz edirdilər”.

O vurğulayıb ki, bu, Əfqanıstanın hava məkanına nəzarət edən qərb partnyorların qarşısına ciddi suallar qoyur.

Daha əvvəl İranın keçmiş müdafiə naziri Əhməd Vahidi bildirib ki, Qərb gücləri İŞİD terror qruplaşmasının İraq və Suriyada məğlubiyyətindən sonra döyüşçüləri Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirir.

“Qərb gücləri İŞİD-i dəstəkləyərək onun İraq və Suriyada məğlub olmamasına çalışırdılar. Amma bu ölkələrdə İŞİD-in məğlubiyyətindən sonra terror qruplaşmasının üzvlərini Əfqanıstan və Mərkəzi Asiyada yerləşdirirlər”, – o deyib.

Moskva da Tehranın mövqeyini bölüşür. Rusiya Xarici İşlər Nazirliyi ikinci Asiya şöbəsinin direktoru Zamir Kabulovun sözlərinə görə, İŞİD döyüşçülərinin Mərkəzi Asiyaya hücum ssenarisinin reallaşma təhlükəsi artıb. Rusiyalı diplomat vurğulayıb ki, İŞİD Əfqanıstana amerikalılara qarşı cihad üçün gəlməyib.

“İŞİD bu ölkəyə Mərkəzi Asiyaya sonrakı ekspansiya üçün müharibə meydanı yaratmaq üçün gəlib. Bu, çox ciddi məsələdir. Mən demirəm ki, onlar artıq Mərkəzi Asiyaya hücum edirlər, onlar buna hazırlaşırlar. Əgər biz bu anda yatıb qalacağıqsa, onda həqiqətən Amudərya və Pyanj çayları üzrə sərhəddə MDB və KTMT-dəki müttəfiqlərimizlə böyük gücdən istifadə etməli olacağıq”, – o bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraq və Suriyada aldığı hərbi məğlubiyyətlər cihadçıları taktikanı dəyişdirməyə məcbur edir. Qiymətləndirmələrə görə, yaxın perspektiv üçün terrorçuların bazası Əfqanıstana yerini dəyişə bilər. Hakimiyyətin radikalların öhdəsindən gələ bilmədiyi bu ölkədə terrorçuların fəaliyyəti üçün münbit şərait var.

Əfqanıstanda İŞİD-in mərkəzinin yaranması postsovet sərhədləri, xüsusilə, Rusiya üçün təhlükə təşkil edir. Yeni ərazilərdə terrorçuların kontingentinin bir hissəsini etnik özbəklər təşkil edirlər. Mərkəzi Asiyadan gəlmələr 2017-ci ildə dəfələrlə Rusiyada terror aktlarına hazırlıqda ittiham olunaraq saxlanılıb.

Yaxın Şərq və Afrika üzrə rusiyalı ekspert Qriqoriy Lukyanov bildirib ki, postsovet məkanına coğrafi baxımdan yaxın olan Əfqanıstan İŞİD-in sağ qalmağı bacaran hissəsinin əsas mərkəzinə çevrilir.

“Bu ölkədə çıxılmaz vəziyyət yaranıb. Nə hakimiyyət, nə də Taliban onların rəqibi olan İŞİD-in öhdəsindən gəlmək üçün resurslara malikdir. “Xilafət”in tərəfdarları ölkənin müxtəlif hissələrində narkotrafik və qaçaqmalçılıq axınları üzərində nəzarəti təmin ediblər. Yaxın perspektivdə Əfqanıstanda İŞİD-i həm hərbi, həm də iqtisadi nöqteyi-nəzərdən heç nə hədələmir”, – Lukyanov qeyd edib.

Əfqanıstanda möhkəmlənmiş İŞİD bölməsi üçün cihadın beynəlmiləlləşdirilməsi – etnik müxtəliflik və kənardan könüllülərin kütləvi cəlb edilməsi tipikdir. Tayfa əlamətləri ortaya çıxdığı üçün Taliban hərəkatında tez-tez parçalanmalar baş verir. Bu, İŞİD üçün xarakterik deyil. Təhlükəli tendensiya ondan ibarətdir ki, İŞİD-də mühüm yer tutan əfqan özbəkləri və taciklərin soydaşları keçmiş SSRİ ərazisində yaşayırlar. Bu kanal vasitəsilə “xilafət” tərəfdarlarının təsirinin Rusiyaya qədər uzana biləcəyi ilə bağlı təhlükə var.

İŞİD-in İraq və Suriyadan Mərkəzi Asiyaya “köçməsi” isə regiona yaxın olan Azərbaycan üçün də təhlükənin olduğunu deməyə əsas verir.

Əvvəlki yazı

Fəthullah Gülənlə Adnan Oktarı nə birləşdirir? – DƏHŞƏTLİ FAKTLAR AÇIQLANDI

Sonrakı yazı

“Həyat yoldaşımın icazəsi ilə bir gecə o qadınla, bir gecə isə arvadımla…” – Sumqayıtda AĞLASIMAZ HADİSƏ

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.