20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Azərbaycanlı deputatdan Adnan Oktar haqda sərt sözlər

21 İyul 2018, 10:39
Cəmiyyət
A A
Azərbaycanlı deputatdan Adnan Oktar haqda sərt sözlər

“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi…”

Artıq neçə gündür ki, Türkiyə mətbuatının əsas manşet xəbərləri özünü “Mehdi” kimi təqdim edən, “hoca” ləqəbli Adnan Oktarın həbsi, ortaya çıxan dəhşətli, iyrənc faktlarla bağlıdır. Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs edilən “hoca” və onun cinayətkar şəbəkəsi ilə bağlı ortaya çıxan məlumatlar, şahidlərin açıqlamaları, etirafları gündəmi silkələməkdə davam edir.

Bundan əvvəl də Adnan Oktar İslam dinini gözdən salan, yalançı ilahiyyatçı, əsl mason, İsrail agenti kimi tanınırdı. Lakin nədənsə Türkiyə rəsmiləri bu vaxta qədər bütün bunlara göz yumurdu. “Hoca” isə özünü “İslam alimi” kimi təqdim edərək, din pərdəsi altında rəhbərlik etdiyi televiziya, sosial şəbəkələr vasitəsilə əxlaqsızlığı yaymaqda davam edirdi.

Ötən gün “hoca”nın keçmiş müridlərindən olan Fırat Develioğlu canlı yayımda “Adnan Oktarın ”Mehdi” olduğuna inanırdıq, o, cihat və zəkat bəhanələri ilə gəncləri aldadırdı” açıqlamalarını verdi. F.Develiğlu “hoca”nın şəbəkəsinə necə daxil olduğu barədə də ilginc məlumatlar bildirib: “1986-cı ildə ailənin bir övladı kimi İslam dinini yaxından öyrənmək üçün Adnan Oktarın şəbəkəsinə qatıldım.

Fırat Develioğlu ile ilgili görsel sonucu

Təxminən 90-cı illərə qədər oradakı qızların əllərinə belə toxunmurduq. Lakin 90-cı illərdən sonra vəziyyət dəyişməyə başladı. İlk əvvəllər ağlımızda dindən başqa heç nə yox idi. Hər şeyin məntiqi dinə bağlanırdı. Şəbəkənin artıq cinayətkar dəstəyə çevrildiyini görüb 1999-cu ildən oradan ayrıldım. Həmin ilə qədər təxminən 100-200 minə yaxın insan maraq xətrinə bu şəbəkəyə gəlib-gedib. Onların arasında məşhurlar da var idi”.

Adnan Oktar ile ilgili görsel sonucu

Həbsdən sonra aparılan ilk araşdırmalarda Adnan Oktarın rəsmən masson olduğu, İsraillə daim əlaqələr qurduğu ortaya çıxdı. “Hoca” həbs oldunduqdan sonra ilk açıqlamasında heç bir günahı olmadığı, gördüyü işlər, qurduğu əlaqələrin hamısının Türkiyə naminə olduğunu bildirirdi.

“Hoca” həbs olunandan az sonra onun tərəfindən təcavüzə uğradığını iddia edən 35 qız polisə şikayət edib. Bu şikayətçilərin 15 nəfəri 11-17 yaş arası olan zaman təcavüzə uğradığını bildirib. Hətta adı gizli saxlanılan 16 yaşlı qız anası tərəfindən gizli şəbəkəyə təhvil verildiyini deyib.

Adnan Oktar ile ilgili görsel sonucu

Şikayətçilərin bəziləri artıq mətbuata danışıb və onların söylədikləri faktlar iyrənc və dəhşətlidir. Məsələn, 16 il sonra Adnan Oktarın şəbəkəsində olan, daha sonra bu şəbəkədən güclə canını qurtara bilmiş  34 yaşlı G.S.-in sözlərinə görə, “hoca” daim “dində lezbiyanlıq halaldır” deyərək qızları bir-biri ilə cinsi əlaqəyə girməyə məcbur edirmiş: “Adnan Oktar xəstəliyi ucbatından heç kimlə cinsi əlaqəyə girə bilmirdi. Amma oğlanları və qızları hər gün bir-biri ilə əlaqəyə girməyə məcbur edirdi. O deyirdi ki, bunu din buyurur. Siz kişilərin bütün ehtiyaclarını qarşılamalısız, əks halda, mələklər sizi lənətləyər”.

Qızın sonrakı açıqlamaları daha dəhşətli olub. Belə ki, o bildirib ki, şəbəkə onu qardaşı ilə də cinsi əlaqədə olmağa məcbur edib: “Məni öz aralarına aldıqlarında hələ kollecdə oxuyurdum. Bir neçə dəfə onun evlərindən birinə gedib-gəldim. Daha sonra yanıma bir adam qoydu və hər yerə onun nəzarəti altında gedirdim. Əvvəl elə bilirdim bu, mənim təhlükəsizliyim üçündü, yalnız sonra anladım ki, qaçıb burada baş verənləri kiməsə danışmayım deyə belə bir addım atıb. Bir dəfə məni qrupda bir neçə oğlanın qarşısına atdı və münasibətə girməmizi əmr etdi. Məni öz qardaşımla cinsi əlaqəyə məcbur etdi. Etiraz edəndə isə bunun Mehdinin əmri olduğunu dedi”.

Adnan Oktar ile ilgili görsel sonucu

Şikayətçilərin bir çoxu qeyd edib ki, Adnan Oktar xəstə olduğu üçün qadınlarla yaxınlıq edə bilmirmiş. Bu səbəbdən qızları seksə təhrik edərkən özü kənardan izləməyi sevirmiş. Bəzən isə azyaşlı qızların bakirəliyini əlləri ilə toxunub pozurmuş. Digərləri isə bildirib ki, “hoca” qızlara baş örtüyünün haram, bikini geyiminin isə halal olduğunu deyirmiş.

Təbii ki, bütün bunlar İslam dinini gözdən salır, insanların bu dinə olan inamını şübhə altına alırdı.

Bu arada bir faktı qeyd edək ki, özünü “Mehdi” kimi təqdim edən Adnan Oktar bu cür iyrənc təhlilləri ilə bağlı “Harun Yəhya” imzası ilə kitablar da çap edirdi. Çox təəssüf ki, onun kitabları Azərbaycana da ayaq açmışdı. Məlumata görə, daha çox massonluğu və əxlaqsızlığı təbliğ edən həmin kitablar Bakıdakı kitabxanalara çox ucuz qiymətə, 2-3 manata satılır, bəzən isə pulsuz verilirmiş..

Fazil Mustafa ile ilgili görsel sonucu

“Adnan Oktar əslində Türkiyədə bizə məlum olan Sasani dini görüşünün təmsilçilərindən biridir”. Bu sözləri azərbaycanlı deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən dedi. Deputat da vurğuladı ki, Adnan Oktar öz davranışları ilə İslam dinini hörmətdən salan şəxslərdən biridir: “İlkin vaxtlarda onun müəyyən yaradılışla bağlı, sanki elmi görünə biləcək təhlilləri maraq doğururdu, din xadimi kimi diqqət cəlb edirdi. Bir qədər də əxlaqsızlığı təbliğ edən, guya qadın azadlığını diqqət mərkəzinə gətirib bunu əxlaqsız formada təqdim edən, gerçək qadın azadlığına dəstək verən şəxs kimi tanınırdı. Türkiyədə də onun müəyyən qədər izləyiciləri var idi. Ola bilsin ki, Azərbaycanda da sosial şəbəkələrdə ona dəstək verənlər var idi. Deyərdim ki, Adnan Oktar Sasani dünya görüşünün bir qalıntısıdır. Türkiyədə bir qədər sonra irqçiliyi təbliğ edib gündəmə gətirən, səviyyəsiz bir din adamı görüntüsü verdi. Deyə bilmərəm ki, onun haqqında səslənən ittihamlar nə dərəcədə əsaslı və ya əsaslı deyil. Amma hər halda, fəaliyyəti o qədər də dinə fayda verən, onun modern üslubda tanınmasına yardım edəcək bir fəaliyyət sayılmazdı. Hər halda, ona qarşı yönələn ittihamlar hüquq pozuntusu ilə bağlı olarsa və məhkəmə hökm verərsə, bunları da nəzərdə tutacaq. Məlum olduğu kimi, onun fəaliyyəti heç də xoş deyildi. Onun son fəaliyyəti daha iyrənc forma almağa başlamışdı. Bu da İslam dininin mənfi bir formada tanınmasına səbəb olurdu”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Əvvəlki yazı

Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi…

Sonrakı yazı

20 il sonra görüntüləndi: Meşədə yalnız və çılpaq – FOTOLAR

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.