Azərbaycanda inkişaf etmiş sahələrdən biri də üzümçülükdür. Sovet dvlətinin mövcud olduğu zamanlarda Azərbaycan üzümçüləri ittifaq səviyyəsində böyük uğurlara imza atmışlar. Onlardan biri də Şamaxı rayonunun Sabir adına sovxozun üzümçülük briqadiri, Əməkdar Üzüm Ustası, Sosialist Əməyi Qəhramanı, Prezident təqaüdçüsü Sədrəddin Əhmədov olmuşdur.
Bu günlərdə onun fəaliyyəti və nailiyyətlərindən bəhs edən kitab işiq üzü görüb. Kitabda onun 1941-1945 -ci illərdə keçdiyi müharibə yolu, əməkdə qazandığı uğurlarından, ailə üzvləri, qohumları və qəsəbədəki nifuzundan söhbət açılır. Kitabın müəllifi, A. Alxanov adına Sabir qəsəbə tam orta məktəbin biologiya müəllimi, doktorant Sədaqət Cəmiyevadır. Kitabda qəzet, jurnal və kitablarda gedən materiallardan istifadə olunub.

Sədrəddin Əhmədov 1.7.1923- cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuş 25.3.2012 -ci ildə Şamaxı rayonu sabir qəsəbəsində vəfat etmişdir. Əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı, əməkdar üzüm ustası. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Mozdokdan Avstriyaya qədər şərəfli döyüş yolu keçmişdir. 1947 ilin mart ayında ordudan tərxis olunaraq Quşçu kəndinə qayıtmış və o vaxtdan təsərrüfatın müxtəlif sahələrində çalışmışdır. Lenin ordeni, Oktyabr İnqilabı ordeni, III dərəcəli Şöhrət ordeni və Şərəf Nişanı ordeni ilə təltif olunub.