23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

O zaman eşitsin və bilsin, hörmətli Altay Həsənov!

02 İyul 2021, 01:03
Cəmiyyət
A A
O zaman eşitsin və bilsin, hörmətli Altay Həsənov!

Deyirlər Azərbaycanda media siyasətini Birinci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənov idarə edir. O zaman eşitsin və bilsin, hörmətli Altay Həsənov.

AFN vaxtilə onun həmsoyadı Əli Həsənovdan maliyyə almadı. Səbəbi isə o idi ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri maliyyə ayırdığı (öz cibindən vermirdi, müxtəlif dövlət qurumlarına, şirkətlərə göstəriş verilirdi və Əli Həsənovun siyahısındakı KİV-lərə abunəlik, reklam və s. adlarla maliyyə ayrılırdı. İndi vəziyyət bir qədər dəyişib, müxtəlif qurumlar aylıq vəsaitlər verir KİV-lərə, nəğd formada) KİV-lərə qadağa qoymuşdu: Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi təbliğatı aparılmayacaq, onun səfərləri, tədbirləri, fəaliyyəti haqda çox az hallarda xəbərlər veriləcək. Bunu bilməyən və əməl etməyən çox az KİV vardı. Məhz bu tələbə görə AFN ondan gələn maliyyədən imtina etdi. Məhz ona görə də reklamlarımızın qabağında əjdaha peyda oldu. Hansı qurumla, hansı şirkətlə reklam üçün müzakirə aparırdıqsa bir istəkləri olurdu: İctimai-siyasi şöbədən zəng gəlsin verək. Bizim İctimai-siyasi şöbə ilə məhz yuxarıda yazdığım səbəbdən əməkdaşlıq etmədiyimizi dediyim mətbuat xidmətləri də var dostluğumda, Allah şahididirlər.
İndi biz yenə dövlət tədbirlərindən, siyahılardan kənarda qalmışıq. Bu günə öz əməyimizlə, alın tərimizlə gəlmişik. Heç kimdən maliyyə qəbul etməmişik. Öz gücümüz hesabına nəyə nail ola bilmişiksə olmuşuq. Bəli, İP-miz azdır, çünki sosial şəbəkələrdə reklama pul yatıra bilmirik. Ofisimiz yoxdur, çünki maliyyə dəstəyimiz yoxdur. 3 işçi ilə işləyirik, xəbər tutumumuz, özümüzün bəlli kursumuz var. Oxucuya təqdim etdiyimiz xəbərləri, yazıları peşəkarlıqla hazırlamağa çalışırıq. Fəaliyyətimizdə şantajı, böhtanı, yalan-yanlışı, İP xatirinə şounu üstün tutmadıq, tutmayacağıq da. Şəxsən mən 20 ildən çoxdur ki, mediadayam. Qəzetdə operatorluqdan başlamışam, redaktorluğa qədər yüksəlmişəm. Ölkənin bir neçə nüfuzlu media orqanında çalışmışam. Təvazökrlıqdan uzaq da olsa, qeyd edim ki, imzam tanınır, hörmət edilir.

AFN 9 ildir fəaliyyət göstərir. Bu illər ərzində haqqımızda bir dəfə də olsun məhkəmə qərarı olmayıb. Bir dəfə də olsun vaxtilə idarəçilərin tərtib etdiyi “qara siyahıya” düşməyib. Bəs nədir bizimlə dərdiniz? Dövlətin ayırdığı vəsait nədən dövlətçilik üçün çalışan, dövlət maraqlarından bir dəfə də olsun kənara çıxmayan AFN-ə ayrılmadı? Bunun üçün hansı kriteriyaya sahib olmaq lazım idi? Vaxtilə Əli Həsənovun təklifinə boyun əyimədiyimizə görəmi indi yenə kənara atılırıq?
Hörmətli Altay Həsənov!
Əslində bizə niyə maliyyə ayrılmadığını yaxşı bilirik. İqtisadiyyat naziri Mikayıl Cabbarov haqda tənqidi yazılarımızın saytdan çıxarılması üçün edilən təkliflərdən imtina etdikdən sonra xəbərdarlıq almışdıq. Hətta Dövlət Təhlükəsizliyi Xidməti bizi “uyarmışdı”. “Sözə baxmadıq”, AFN-in baş redaktoru, həyat yoldaşım Səbuhi Qafarovu 5 ildən çoxdur işlədiyi işdən çıxartdılar. Dayanmadıq! Dayanmayacağıq! Bundan sonra olan-qalan reklamlarımızın qarşısına Əli Həsənovsayağı əjdaha qoyacağınız ehtimalı da böyükdür. Amma biz mübarizəmizi dayandırmayacağıq.
Bir gün olacaq ki, mən Cənab Prezidentin, hörmətli Mehriban xanımın qarşısına çıxacam, bütün bunları onların özünə deyəcəm və bu ölkədə yaşayıb-yaşamayacağım haqda son qərarım ondan sonra olacaq. Hələlik fürsət sizin əlinizdədir…

Həbibə ABDULLA

Əvvəlki yazı

Avropa İttifaqında “peyvənd sertifikatı”nın tətbiqi başladı

Sonrakı yazı

103 illik qocaman bir ömür – dara düşəndə dadımıza çatan şərəfli Azərbaycan Polisi…

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.