Türkiyənin Bingöl şəhərində 5,2 bal gücündə zəlzələ olub.
“Reportyor.info” Türkiyə mediasına istinadən xəbər verir ki, ətraf bölgələrdə də hiss edilən zəlzələ ocağı 15,51 kilometr dərinlikdə yerləşib.
Kandilli rəsədxanası zəlzələnin gücünün 5,3 bal olduğunu qeyd edib. Dağıntı və itki barədə məlumat yoxdur.