24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Gəncə tətikçisini “el qəhrəmanı” edənlərin məqsədi…

19 İyul 2018, 10:11
Cəmiyyət
A A
Gəncə tətikçisini “el qəhrəmanı” edənlərin məqsədi…

Qabil Hüseynli: “Bu planda ilk növbədə xarici qüvvələrin izinin olması qənaətindəyəm”; Mübariz Əhmədoğlu: “Həmin qüvvələr Azərbaycana qarşı təxribatlara başlayan zaman, istər-istəməz anti-Azərbaycan fikirli şəxsləri axtarıblar”

Gəncədə bir qrup təxribatçının törətdiyi hadisələrdən sonra ictimaiyyətdə bəzi çaşdırıcı fikirlər də yayılmışdı. Belə ki, bütün faktlara, detallara və hətta rəsmi açıqlamalara, tutulanların özlərinin ifadələrinə baxmayaraq, bəzi “hüquq müdafiəçiləri”, bloggerlər Gəncə olaylarını xarici faktor yox, daxili məsələ kimi təqdim edirdilər. Üstəlik, bəziləri Yunis Səfərovu – Gəncə tətikçisini ilk gündən qəhrəman elan edən, az qala, “tapançalı el qəhrəmanı” adlandıranlar da vardı. Hansı ki, bu cür iddiada olanların çoxu Avropada yaşayan “radikallar”dır.

Maraqlıdır, belə rəy yaradılması cəhdində məqsəd nə idi?

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, Gəncədə bir-birinin ardınca baş verən olayları kortəbii və kimlərinsə təşəbbüsünə söykənən hadisə hesab etmir:

“Çünki bu, dəqiq hazırlanmış və öncədən planlaşdırılmış bir iş idi. Bu planda ilk növbədə xarici qüvvələrin izinin olması qənaətindəyəm. Belə hesab edirəm ki, bu olaylarda radikal dini qruplaşmaların təsirini də istisna etmək olmaz. Bunu istintaq aşkara çıxaracaq. Daxildən ”beşinci kolon”un da bu işdə əli ola biləcəyi ehtimalını mümkün variantlardan biri hesab edirəm. Lakin aparıcı və bu hadisələri yönləndirən qüvvələrin xaricdən istiqamətləndirilməsi versiyasının daha aparıcı olduğunu düşünürəm.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Zənnimcə, daha dəqiq faktları istintaq aşkara çıxaracaq. Ancaq xaricdə olan mühacir qruplaşmalarının da bəllidir ki, əllərində güclü informasiya təbliğatı var. Onun vasitəsilə insanlara təsir etmək qabiliyyətindədirlər. Lakin onların bu silahlı hadisələrdə əlinin ola biləcəyi qənaətində də deyiləm. Çünki bu şəxslərin çağırışları daxildə güclü rezonans doğurmur və daha geniş kütlələrin şüuruna təsir edə biləcək gücdə deyil. Sadəcə, onlar bu hadisədən öz maraqlarına uyğun yararlanmaq cəhdi etdilər“.

Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Qərbdə olan mühacirlər həm də xaricdəki bəzi qüvvələr tərəfindən maliyyələşdirilir:

“Düşünürəm ki, Mingəçevirdə elektrik qəzası və Gəncə hadisələrində xaricdəki bəzi qüvvələrin iştirakı var. Söhbət qəti şəkildə İran dövlətindən getmir, müəyyən bir təxribatçı qruplardan gedir.  Konstitusiyamıza görə, Azərbaycanda bu günlərə prezident seçkiləri təyin olunmuşdu. Belə çıxır ki, əgər seçkilərin tarixi irəli çəkilməsəydi, hazırda ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələr fəaliyyətə keçəcəkdilər. O zaman düşünün ki, nələr ola bilərdi. Mümkündür ki, xarici qüvvələr daha öncədən bu planı qurublar və prezident seçkilərinin erkən keçiriləcəyini nəzərə almayıblar. İndi də plana uyğun olaraq Azərbaycanda qarışıqlıq yaratmaq istəyiblər.

Politoloq Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

Öncə Mingəçevirdə qəza baş verdi, ardınca da Gəncədə Elmar Vəliyevə qarşı sui-qəsd oldu. Düşünürəm ki, burada ən əsas arqument həmin gün Azərbaycan ordusunun çox orijinal qaydada, modern şəkildə hərbi təlimlərə başlaması idi. Hər kəsdə belə bir fikir var di ki, Azərbaycan ordusu çox güclü bir təlimə başlayıb. Fikirlər dolaşırdı ki, əgər Ermənistan tərəfi Azərbaycan ordusunun hərbi təliminə reaksiya versə, ordumuz təlimdən istifadə edib, işğal olunmuş ərazilərə girəcək. Həmin ərəfədə Rusiyanın deputatları, ekspertləri də Azərbaycana gəlib, Cocuq Mərcanlı kəndində demişdilər ki, Dağlıq Qarabağ  və ətraf rayonları Azərbaycana məxsusdur və ermənilər bu ərazilərdən çıxmalıdırlar.  Bu hadisədən bir qədər öncəyə nəzər salsaq görərik ki, ABŞ prezidenti Donald Tramp da İlham Əliyevə məktub göndərib, Dağlıq Qarabağla bağlı dəyişikliyin olacağını bildirmişdi. Tramp konkret fikirlər söyləmişdi. Bütün bu siyasi gedişlərin fonunda isə yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan ordusu hərbi təlimlərə başlamışdı. Bu isə belə bir təəssürat yaradırdı ki, torpaqlarımız işğaldan azad olunacaq.

Bunu İranda olan müəyyən qruplar həzm edə bilməzlər. Həmin qrupun üzvləri Dağlıq Qarabağın işğaldan azad olunmasını faciə kimi qəbul edirlər. Ona görə də bu cür hadisələr başladı. Həmin qüvvələr Azərbaycana qarşı təxribatlara başlayan zaman, istər-istəməz anti-Azərbaycan fikirli şəxsləri axtarıblar. Onlar üçün fərq etmir ki, bu adamlar Azərbaycan ərazisindədirlər, yoxsa hansısa Avropa ölkəsində. Yalnız onlar ABŞ-da yaşayan və Azərbaycan əleyhinə olan qüvvələrlə iş görə bilmirlər. Lakin İrandakı müəyyən qrupun Avropadakı azərbaycanlılarla Azərbaycanın əleyhinə iş görməsi ilə bağlı çoxsaylı faktlar var.  Rusiyadakı azərbaycanlılara qarşı da bu, belədir. Gürcüstandakı azərbaycanlıların da bir qismi bu cür xarici qüvvələr tərəfindən idarə edilə bilir. Son zamanlar Gürcüstanın Azərbaycandan incik düşməsinə səbəb də bu kimi qüvvələrin apardığı işlərdir. Gəncədə çox ciddi şəkildə təxribat aparılması üçün hazırlıq görülmüşdü. Ancaq onlar bu istəklərinə nail ola bilmədilər”.

Politoloq bildirib ki, bəzi şəxslər bilərəkdən məsələni daxili hadisə kimi xarakterizə edirlər: “Onlar istəyirlər ki,  məqsədlərini gizlətsinlər və hadisəni daxili məsələ kimi göstərsinlər. Ümidləri də budur ki, onları himayə edən şəxslər yenə də hansısa plan quracaq və hərəkətə keçəcək. Mümkündür ki, onlar yenə də plan üzərində işləyib, hansısa təxribata cəhd etsinlər. Ancaq Azərbaycan dövləti güclüdür və bütün bunların qarşısını alaraq, qalib çıxacaq”.

Əli RAİS,
“Yeni Müsavat”

Əvvəlki yazı

Qənirə Paşayeva Milli Mətbuat Gününü münasibətilə xanım jurnalistləri təbrik etdi

Sonrakı yazı

Adnan Oktarın azərbaycanlı qızları: Onların başına nə oyunlar açılıb? VİDEO

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.